Xocalı faciəsinin 20-ci il dönümünə
həsr olunmus tədbirlər
Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar 26 fevral 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə Bakıda böyük yürüş keçirildi.
Xocalı soyqırımının 20-ci ildönümü fevralın 26-da qardaş Türkiyədə, İstan-bulun Taksim meydanında da izdihamlı yürüşlə anılıb.
Mançester Azərbaycan Cəmiyyətinin (Azerbaijani Society in Manchester) təşkilatçılığı ilə Mançester Universitetinin azərbaycanlı tələbələri tərəfindən “Xocalıya Ədalət!” kampaniyası çər-çivəsində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım aksiyası keçirilib. Cəmiyyətdən verilən məlumata görə, nümayişdə 30-dan çox həmyerlimiz iştirak edib.
-10-
ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə ye-tirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.
Dostları ilə paylaş: |