Tərtib Etdi: Aslanova Nübar
Windows 10
Tərtib etdi: Aslanova Nübar
Fayl Qovluq
Əməliyyat sistemi nədir?
Əməliyyat sistemləri kompüterlərin idarə olunması üçün yaradılmış
xüsusi
proqramlar toplusudur. Kompüter işə salınan
zaman ilk olaraq işə düşən
əməliyyat sistemi olur. Əməliyyat sisteminin yüklənməsindən
sonra kompüter
üzərində müxtəlif əməliyyatları icra etmək mümkündür.
Hal-hazırda istifadə olunan əməliyyat sistemləri qrafiki interfeysə əsaslanan
sistemlərdir. Qrafiki interfeys dedikdə əməliyyat sistemi ilə istifadəçi arasında
əlaqənin xüsusi işarələr (piktoqramlar) vasitəsi ilə təmin olunması başa düşülür.
Windows 10 əməliyyat sistemi və əsas anlayışları
Windows əməliyyat sistemi yükləndikdə (yəni kompüter işə salındıqda)
ekranda
ilk görünən iş masası (Desktop) olur. İş masası
üzərində müxtəlif
piktoqramlar,tapşırıqlar paneli, sistemin baş menyusuna
(Start) giriş düyməsi və
s. yerləşir.
Piktoqram (və ya ikon) dedikdə iş masası
üzərində olan
obyektlər-fayl və
qovluqlar , qısayollar nəzərdə tutulur.
Fayl Qovluq
Fayl və qovluqlar windows əməliyyat sisteminin əsas obyektləri sayılır.
Fayl - müəyyən adla yaddaşda saxlanılan verilənlər toplusudur. Fayla misal
olaraq Word( və yaxud excel və s.) proqramında yazılmış sənədi,şəkli,
musiqi
faylını göstərmək olar.
Qovluq isə faylları öz tərkibində saxlamaq üçün nəzərdə tutulmuşdur.
Məsələn, biz kompüterimizdə olan bir neçə musiqi faylını bir
“musiqilər”
qovluğunda saxlaya bilərik.
Fayl və ya qovluqları adlandıran zaman bu işarələrdən istifadə etmək
olmaz!
Dostları ilə paylaş: