Kristallar və kristallik maddələr.
Kristallik maddələrin əsas xassəlləri: bircinslik, anizotropluq, həndəsi üzlər əmələ gətirmə qabiliyyəti. Material hissəciklərin yüksək və aşağı nizaklılığı. Ornamentlərlə quruluş arasında əlaqə, bir, iki ölçüdə dövrülük quruluşda və ornamentlərdə. Fəza qəfəsi anlayışı - fəza qəfəsi kristal quruluşunun həndəsi obrazı kimi.
Kristalların simmetriyası.
Simmetriya əməliyyatları, simmetriya elementləri: simmetriya oxları - I növ simmetriya elementləri, fırlanma aynalı və inversiyon, simmetriya müstəvisi – II növ simmetriya elementi, simmetriya (inversiya) mərkəzi. Simmetriya qanunu (simmetriya oxlarının mövcudluğu qanunu). Qapalı simmetriya elementləri. 9 sərbəst simmetriya elementlərinin qarşılıqlı təsiri – üç əsas teoremlər. 32 nöqtəvi simmetriya qrupunun (sinfinin, növünün) çıxarılışı. Kristalloqrafik qrupların riyazi qruplarla təsviri. 32 simmetriya sinfinin işarələnmısi və təsnifatı. Bəsit forma və kombinasiyalar. Halloedrik və homoedrik bəsit formalar.
Dostları ilə paylaş: |