Əməkdar Elm Xadimi, RTEA-nın akademiki, g.-m.e.d., prof.M.İ.Çıraqov
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ Geologiya fakültəsi Elmi Şurasının 04 saylı
25 dekabr 2018-ci il tarixli iclasında təsdiq edilmişdir
Elmi Şuranın katibi: dos.E.A.Məmmədova
KRİSTALLOQRAFİYA, MİNERALOGİYA VƏ
GEOKİMYA KAFEDRASI
2516.01 “Mineralogiya, kristalloqrafiya” ixtisas fənninin P R O Q R A M I
(Fəlsəfə doktoru proqramı üzrə təhsilin
doktorantura pilləsi üçün)
Bakı-2018
«Mineralogiya, kristalloqrafiya» ixtisas fənninin doktoranturaya qəbul proqramı Kursun məqsədi – kristalloqrafiyanın əsasları haqqında təsəvvür yaratmaqdır. Yer qabığının tərkibi minerallar, filizlər, süxurlar haqqında atom səviyyəsində məlumat verir. Element atomlarının minerallarda yayılma formalarına aydınlıq gətirilir. Bununla yer yer qabığında elementlərin paylanması və faydalı qazıntıların axtarış istiqaməti müəyyənləşir. Forma, tərkib, quruluş və xassə arasında əlaqəyə aşkarlıq gətirilir. Bu da elmi tədqiqatların nəticələrinin düzgün interneratasiyası üçün çox vacibdir. Kristallik maddələri öyrənmək üsulları istifadə sahələri və üsulların mahiyyəti aydınlaşır.