Əlavə Bakı metropolitenində başvermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində
sərnişin və yüklərindaşınmasındatəhlükəsizliyin təmin edilməsi üçün tədbirlər P L A N I
Sıra №
Tədbirlərinadı
İcramüddəti
İcraçılar
1
2
3
4
1.
Bakı şəhər metropoliteninin «Ulduz» və «N.Nərimanov» stansiyaları arasında baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 28 oktyabr tarixli 402 saylı Fərmanına müvafiq olaraq, həlak olanların ailələrinə yardım göstərilməsi üzrə lazımi tədbirlər görülsün
1 il
Rayon və şəhər İcra
Hakimiyyətləri
2.
Zərər çəkmiş vətəndaşların pensiya və müavinətlərinin vaxtında verilməsi təmin edilsin
Bakı metropoliteninin «Ulduz» və «N.Nərimanov» stansiyaları arasında baş verilmiş qəzanın səbəblərinin araşdırılması, həmin hadisədə təqsirkar olan şəxslərin müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarının birgə xüsusi axtarış əməliyyatlarının gedişi barədə Dövlət Komissiyasına müntəzəm surətdə məlumatlar verilsin
Bakı metropolitenində təxribata daha tez məruz qala biləcək obyekt və sahələrdə, rejim tədbirləri tətbiq edilsin, stansiyaların, depo və tunellərin, tikilməkdə olan metropoliten obyektlərinin mühafizəsi, xidmət obyektlərində pasportları və əl yüklərini yoxlama rejimləri gücləndirilsin. Respublika iqtisadiyyatında mühüm rol oynayan nəqliyyat obyektlərinin istismarı və mühafizəsi üzrə rejimin gücləndirilməsi sahəsində tədbirlər görülsün
Metropolitenə məxsus bütün ərazilərdə, kiçik dərinliklərdə yerləşən metro tunellərinin keçdiyi yerüstü sahələrdə, o cümlədən metronun daxilində və yeraltı keçidlərdə ticarət və məişət obyektlərinin, layihədənkənar tikili və köşklərin yerləşdirilməsi və bu məqsədlə ərazinin icarəyə verilməsi qadağan edilsin. Metropolitenə aid olmayan mövcud ticarət və məişət obyektləri bu qərarın qüvvəyə mindiyi vaxtdan ötən 5 gün müddətində ləğv edilsin
mütəmadi
Bakı metropoliteni, Daxili İşlər
Nazirliyi, Bakı şəhər İcra
Hakimiyyəti
6.
Metro stansiyalarında sərnişin axınının gərginliyini azaltmaq üçün qatarların hərəkət cədvəlinin dəyişdirilməsi sahəsində optimal sərnişin paylama mexanizmi yaradılsın
5 gün
Bakı metropoliteni
7.
Sərnişinlərə nəzarət gücləndirilsin, onların özləri ilə apardıqları əşyalar tam yoxlanılsın. Qatarların sonuncu stansiyalarda ciddi yoxlanılması və onların dalanlarda, tunellərdə məqsədli, müvəqqəti və müddətli (gecə) dayanmalarda mühafizəsi təşkil edilsin. Elektrik deposundan buraxılan qatarların yoxlanılmasından ötrü xüsusi komissiya yaradılsın, qatarlara həmin komissiya tərəfindən texniki baxış keçirildikdən və onların xəttə buraxılmasına dair müsbət rəy verildikdən sonra akt tərtib etməklə istismar üçün xəttə verilsin
mütəmadi
Daxili İşlər Nazirliyi,
Bakı metropoliteni
8.
Metropolitenin sabit işinin təmin edilməsi məqsədilə:
intizamın möhkəmləndirilməsi, texniki istismar qaydalarının, təlimatların və əmrlərin danışıqsız və dəqiq yerinə yetirilməsinə görə məsuliyyətin artırılması işçilərin başlıca vəzifəsi hesab edilsin, bölmələrdə qəflətən yoxlamaların aparılması üzrə kompleks briqadalar yaradılsın;
mütəmadi
Bakı metropoliteni
işçilərin bilik və bacarıqlarının səviyyəsi müntəzəm surətdə yüksəldilsin, bundan ötrü mövcud texniki imkanlardan geniş istifadə edilsin, işçilərin bilik və bacarıqlarının plandankənar yoxlanması keçirilsin. Bütün xidmət sahələrində texniki yoxlamalar keçirilsin, hərəkətin təhlükəsizliyinə təsir edə biləcək halların aradan qaldırılması üçün müvafiq tədbirlər planı hazırlansın;
mütəmadi
Bakı metropoliteni
bütün hərəkət vahidləri, obyektlər, xidmətlər ilkin yanğınsöndürmə vasitələri və alətləri ilə təmin edilsin, müəssisədə olan bütün elektrik avadanlığının o cümlədən, məişət xarakterli elektrik cihazları və avadanlıqlarının elektrotexniki qaydalara müvafiqliyi xüsusi yaradılmış komissiya vasitəsilə müayinə edilsin;
15 gün
Bakı metropoliteni,
Daxili İşlər Nazirliyi
texniki vasitələrin və qurğuların diaqnostik və profilaktik yoxlamalarının, plan-xəbərdarlıq təmirinin müddətlərinə və keyfiyyətlə yerinə yetirilməsinə riayət olunmasına ciddi nəzarət edilsin; texniki cəhətdən nasaz hərəkət qatarlarının xəttə buraxılması ilə bağlı hər hansı bir cəhdin qarşısı alınsın. Vaqon parkının texniki vəziyyəti təhlil edilsin, təmir texnologiyasına nəzarət gücləndirilsin, lazımı ehtiyat hissələrinin və texniki avadanlığın alınması üçün müvafiq tədbirlər həyata keçirilsin;
mütəmadi
Bakı metropoliteni
hərəkət qatarlarına və onların avadanlıqlarına, təmas şəbəkəsi, elektrik təchizatı, işarəvermə və rabitə qurğularına texniki nəzarət sistemlərinin yaradılması və tətbiqi üzrə proqram işlənib hazırlansın;
1996-1997-ci illər
Bakı metropoliteni
birinci kateqoriyalı istehlakçı kimi metropolitenin sabit və fasiləsiz enerji təchizatı təmin edilsin;
2 ay
«Azərenerji» DŞ,
Bakı metropoliteni
komanda heyətinin daimi əsaslar üzrə gecə-gündüz növbətçiliyi təşkil edilsin;
mütəmadi
Bakı metropoliteni
ışçilərin professional hazırlığını yüksəltmək üçün lazımı təlim-tədris tədbirləri görülsün
mütəmadi
Bakı metropoliteni
9.
Bakı metropoliteninin «M.Əzizbəyov» və Q.Qarayev» stansiyaları arasındakı tunelə neft məhsullarının sızmasının, «Xətai» stansiyasındakı eskalator maşınları bölməsində yeraltı sulara qarışan neft yağlarının toplanmasının səbəbləri və mənbələri öyrənilsin. Həmin ərazidən keçən kəmərlərin müayinəsi aparılsın, zədələr aradan qaldırılsın, neqativ proseslər ləğv edilənədək göstərilən stansiyaların təhlükəsiz istismarının təmin olunmasından ötrü lazımı tədbirlər görülsün
10 gün
Dövlət Neft Şirkəti,
Bakı metropoliteni,
Daxili İşlər Nazirliyi
10.
Yağla işləyən bütün cihaz və qurğular dəqiq yoxlanılsın, onların bir çoxunun köhnəldiyinə görə yağ buraxması nəzərə alınaraq təmir olunsun, yaxud yeniləri ilə əvəz edilsin.
mütəmadi
Bakı metropoliteni
11.
Bakı metropolitenin maliyyə-texniki bazasını möhkəmləndirmək məqsədilə:
müəssisənin rentabelliyinin yüksəldilməsi üzrə tədbirlər işlənib hazırlansın və həyata keçirilsin;
1 ay
İqtisadiyyat Nazirliyi,
Bakı metropoliteni
yeni vaqonların, müxtəlif material, avadanlıq və ehtiyat hissələrinin alınmasına, köhnə vaqonların əsaslı təmir edilməsinə vəsait ayrılması 1996-cı ildən başlayaraq hər il büdcə layihələrində imkan dairəsində nəzərdə tutulsun
1996-1998-ci illər
Bakı metropoliteni
12.
1994-1995-ci illərdə və bundan sonrakı müddətlərdə metropolitenin təsərrüfat-maliyyə fəaliyyətini yoxlamaq, dövlət büdcəsindən ayrılan vəsaitin bilavasitə lazımı istiqamətdə xərclənməsini araşdırmaqla nəzarəti gücləndirmək
Maliyyə Nazirliyi,
Bakı metropoliteni
13.
Bakı metropolitenində və digər nəqliyyat müəssisələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə, yanğınsöndürmə və xilasetmə işlərinin etibarlı təşkil olunması üçün Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri idarəsinin nəzdində ixtisaslaşdırılmış xüsusi qrup yaradılsın və onun texnika və avadanlıqlarla təchiz edilməsi üçün aşağıda adı çəkilən malların alınmasına vəsait ayrılsın:
1996-cı il
Maliyyə Nazirliyi,
Daxili İşlər Nazirliyi
AQ-24 (130) markalı qazdan-tüstüdən mühafizə xidməti avtomobili - 1 ədəd
AB-20 53229 PM-525 markalı köpüklə yanğınsöndürmə avtomobili - 2 ədəd
PO-3 Aİ markalı köpük əmələ gətirən - 20 ton
KİP-8 markalı oksigen təcridetmə əleyhqazı
- 30 ədəd
4 saatdan artıq işləyən P-12 markalı əleyhiqaz
- 30 ədəd
30 metrlik xilasetmə kəndiri - 50 ədəd
50 metrlik xilasetmə kəndiri - 20 ədəd
PU markalı avtogenlə kəsici qurğu - 2 ədəd
FZQP-1M markalı qrup fanarı - 50 ədəd
USPİ-4-50 markalı xilasetmə qurğusu - 2 ədəd
HQ-16 markalı hidravlik qayçı - 5 ədəd
XPİ markalı kimyəvi hopdurucu - 10 ton
İstilik keçirməyən geyim dəsti - 50 ədəd
Respublika büdcəsinin imkanları daxilində yüklərin, bağlamaların müasir cihazlarla yoxlanılmasından ötrü aşağıdakı avadanlıqların alınması nəzərdə tutulsun:
1996-1998-ci illər
Maliyyə Nazirliyi,
Daxili İşlər Nazirliyi
metal əşyaları müəyyən etmək üçün əldə gəzdirilən xüsusi cihazlar - 60 ədəd
fabrik üsulu ilə hermetik bağlanılmış yüklərin yoxlanılmasından ötrü xüsusi stasionar qurğular
- 2 ədəd
14.
Metropolitendə hər cür qəza və yanğın hadisələrinin vaxtında qarşısını almaq üçün bütün texniki vasitələr və şəxsi heyət daim hazır vəziyyətdə saxlanılsın, yanğın təhlükəsizliyinin tələbləri ciddi yerinə yetirilsin, şəhərin müvafiq xidmətləri ilə birgə yanğınxilasetmə üzrə müntəzəm taktiki təlimlər həyata keçirilsin
mütəmadi
Daxili İşlər Nazirliyi,
Bakı metropoliteni
Müəssisədə işləyən bütün işçilərdən rübdə bir dəfə yanğın-texniki minimum üzrə məqbullar qəbul edilsin
15.
Yanğın təhlükəsizliyinin təmin olunması vərdişlərinin öyrədilməsi məqsədilə nəqliyyatın bütün növlərinin öyrədilməsi məqsədilə nəqliyyatın bütün növlərində müvafiq təşkilatları (mülki müdafiə, polis, qaz, elektrik, su təchizatı şəbəkələri, təcili yardım və s.) cəlb etməklə vaxtaşırı yanğından mühafizə təlimləri keçirilsin.
ildə 2 dəfə
Bakı metropoliteni, Azərbaycan
Dövlət Dəmir Yolu İdarəsi,
«Azəravtonəqliyyat» DK,
«Azərbaycan Hava Yolları» DK,
Xəzər Dəniz Gəmiçiliyi, Bakı
Dəniz Limanı, Daxili İşlər
Nazirliyi, Səhiyyə Nazirliyi,
Respublika Mülki Müdafiə
Qərargahı, «Azəriqaz» DŞ,
«Azərenerji» DŞ, Mənzil-
Kommunal Təsərrüfatı Komitəsi,
şəhər və rayon icra
hakimiyyətləri
16.
Respublikaya işgüzar məqsədlərlə və şəxsi dəvətlə gələn xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, həmçinin xarici ölkələrdən gəlmiş nəqliyyat vasitələrinin, onların sürücülərinin respublika ərazisində qeydiyyatdan keçmələrinə, yaşamalarına, davranış qaydalarına riayət etməsinə nəzarət gücləndirilsin
mütəmadi
Daxili İşlər Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi,
Gömrük Komitəsi
17.
Respublika xalq təsərrüfatı sahəsində fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə işlərin təşkili, onların profilaktikası və öyrənilməsi üzrə ixtisaslaşmış dövlət struktur bölməsinin yaradılması üzrə təkliflər işlənib hazırlansın
1 ay
İqtisadiyyat Nazirliyi, Maliyyə
Nazirliyi, Ədliyyə Nazirliyi,
Daxili İşlər Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi
18.
Dəmiryol nəqliyyatının tərtibetmə məntəqələrində çeşidləmə qovşaq stansiyalarında qatarların, xüsusən neft məhsulları və yanğına qarşı təhlükəli yük doldurulmuş qatarların tərtib edilməsi zamanı onların texniki və yanğın əleyhinə təhlükəsizlik vəziyyəti yoxlanılsın və aşkara çıxarılan qüsurlar operativ surətdə aradan qaldırılsın
mütəmadi
Azərbaycan Dövlət Dəmir Yolu
İdarəsi
19.
Tərtibetmə və təyinat məntəqələrində sərnişin qatarlarına gündəlik nəzarət gücləndirilsin, bələdçi briqadalarından sayıqlığın artırılması tələb edilsin və xüsusi təlim kursları keçməklə onlar yanğınsöndürmə vərdişlərinə öyrədilsin
mütəmadi
Azərbaycan Dövlət Dəmir Yolu
İdarəsi
20.
Bütün gəmi və bərələr yanğın təhlükəsizliyindən ötrü xüsusi yanğınsöndürmə və xilasetmə inventarları ilə təchiz edilsin və komplektləşdirilsin. Texniki vasitələrin işi təsdiq olunmuş normativ aktlara uyğun ciddi surətdə yoxlanılsın və bununla əlaqədar müvafiq təlimlər keçirilsin
1 ay
Xəzər Dəniz Gəmiçiliyi
21.
Bərə gəmilərinin işinə nəzarət artırılsın, limana buraxılan bütün avtomaşın və vaqonlara daxili və xarici baxış keçirilsin, əraziyə kənar şəxslərin daxil olmamasına nəzarət gücləndirilsin. Dəniz vağzalının ərazisində gözləmə zalının qorunmasına diqqət artırılsın. Bütün obyektlərdə yanğından mühafizə vasitələri komplektləşdirilsin
mütəmadi
Bakı Dəniz Limanı
22.
Sərnişin nəqliyyatında texniki cəhətdən nasaz avtomaşınların, tramvay və trolleybusların xəttə buraxılması qəti qadağan olunsun, sərnişin nəqliyyatı vasitələrinin vaxtlı-vaxtında və ciddi texniki yoxlamadan keçirilməsi, sürücülərin səfərqabağı həkim müayinəsindən keçməsi təmin edilsin.
mütəmadi
«Azəravtonəqliyyat» DK,
Bakı Şəhər İcra Hakimiyyətinin
«Sərnişinnəqliyyat» İdarəsi
23.
Yol hərəkatının təhlükəsizliyi üzrə Respublika Komissiyası şəhər sərnişin nəqliyyatının və şəhərlərarası nəqliyyatın hərəkət və yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində profilaktika işlərinin gedişini müzakirə etsin, bu sahədə işlərin gücləndirilməsi və məqsədyönlü aparılması üçün daim lazımı tədbirlər görsün