Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1996-cı il 20 may
tarixli 59 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin
və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-yardımçı və
xidmət işçiləri heyətinin nümunəvi ştatları
|
Sinif komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı
|
|
4-dək
|
5-6
|
7-9
|
10-13
|
14-16
|
17-19
|
20-22
|
23-25
|
26-29
|
30 və daha çox
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
Direktor
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Direktorun tədris (təlim-
tərbiyə) işi üzrə müavini
|
|
-
|
-
|
0,5
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Direktorun litsey (gimnazi-ya) və s. profil üzrə müavini
|
-
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Direktorun təsərrüfat işi üzrə
müavini
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
1
|
Təsərrüfat müdiri
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
-
|
-
|
-
|
-
|
Mühasib
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
1
|
Katibə-makinaçı
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Uşaqlar birliyi rəhbəri
|
-
|
-
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Kitabxana müdiri
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Kitabxanaçı
|
-
|
-
|
1
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
Laborant
|
-
|
-
|
-
|
1
|
1
|
1,5
|
1,5
|
2
|
2
|
2
|
Kiçik xidmətedici işçi (xadi-
mə, paltar saxlayan, çilingər,
santexnik, elektromantyor,
dülgər və s.)
|
1
|
2
|
3,5
|
4,5
|
6
|
7
|
8
|
10
|
11
|
12
|
QEYDLƏR.
1. 5 və daha çox sinif-komplekti və 100-dən çox şagirdi olan ibtidai məktəblərin ştatları əsas və orta məktəblərin nümunəvi ştatlarına uyğun surətdə müəyyən edilir.
2. 30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinifə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir.
Bir sıra fənnlər xarici dildə tədris olunan orta ümumtəhsil məktəblərində direktorun xarici dil üzrə müavini vəzifəsi müəyyən edilir.
3. 10-dək sinif-komplekti olan orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda 0,5 vahid, 10 və daha çox sinif-komplekti olduqda bir vahid uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi müəyyən edilir.
4. Orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda sinif-komplektlərinin sayından asılı olmayaraq hərbi rəhbər vəzifəsi müəyyən edilir.
Əsas və orta məktəb, litsey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir.
5. Nümunəvi ştatda göstərilən laborant vəzifəsi əsas və orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olduqda tətbiq edilir.
Doqquz sinif-komplekti və avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olan əsas və orta məktəblərə laborant vəzifəsi müəyyən edilir. 40 və daha çox sinif-komplekti olduqda əlavə bir vahid laborant vəzifəsi daxil edilir.
6. Sinif komplektlərinin sayı 20 və daha çox olan məktəblərdə, litseylərdə və gimnaziyalarda direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsi şagirdlərin sayı 401 və daha çox olduğu halda müəyyən edilir.
7. Ocaqçı binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi mənzil-kommunal sisteminə verilməyən məktəblərdə müəyyən edilir:
mərkəzi istilik sistemi olduqda – hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (topf, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv metrdən çox olduqda - növbədə 2 ocaqçı vəzifəsi;
qazla qızdırıldıqda - növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;
mərkəzləşdirilmiş istiliklə təchiz edilən ümumtəhsil məktəblərində litseylərdə və gimnaziyalarda istilik məntəqəsi və ya elevator olduqda binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə - növbədə bir fəhlə vəzifəsi;
soba ilə qızdırılan ümumtəhsil məktəblərində 0,5 vahiddən az olmamaqla - hər bir sobaya 0,5 vahid sobayandıran vəzifəsi.
Bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulmuşdur.
Göstərilən vəzifələrin ümumi sayından bir vəzifə (sobayandıran vəzifəsi 0,5 vahid) illik müəyyən edilir.
8. Paltarsaxlayan vəzifəsi kiçik xidmətedici işçi heyətinin ümumi sayı dairəsində paltar saxlamaq üçün avadanlıqla təchiz edilmiş xüsusi yer olduqda müəyyən edilir və qış mövsümü üçün nəzərdə tutulur.
9. Hər günü uzadılmış qrupa 1 vahid tərbiyəçi vəzifəsi müəyyən edilir.
Günü uzadılmış qrup şagirdlərin sayı 20 nəfərdən az olmadıqda təşkil edilir.
10. 30-dan çox sinif komplekti olan məktəblərdə xadimə vəzifəsi hər iki sinifə 0,5 vahid hesabı ilə artırılır.
11. Əgər bir xadimə ştatına məktəbin ümumi götürülən sahəsinin 400 kv.metrdən çox düşərsə, əlavə xadimə vəzifəsi müəyyən edilə bilər, bu şərtlə ki, hər 400 kv.metr süpürülən sahəyə bir vahiddən artıq olmasın.
12. Məktəblərdə dalandar vəzifəsi süpürülən sahənin yerli İcra Hakimiyyətləri tərəfindən təsdiq edilmiş normalarına uyğun surətdə müəyyən edilir. Məktəbin 1,5 hektardan az olmayan sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi ləğv edilərək bağban vəzifəsi müəyyən edilə bilər.
13. Əsas və orta məktəb, litsey və gimnaziya binalarının qorunması üçün istirahət və iş günü hesab edilməyən bayram günləri də daxil olmaqla 2 vahid gözətçi vəzifəsi müəyyən edilir.
14. Ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün aşağıdakı miqdarda vəsait nəzərdə tutulur: 5-dən 10-dək sinif olduqda - 0,5 müəllim stavkası; 10-dan 20-dək - 1 stavka, 20-dən 40-dək 1,5 stavka; 40 və daha çox olduqda 2 müəllim stavkası.
Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların balansında nəqliyyat vasitəsi olduqda, məktəb üzrə sürücü vəzifəsi müəyyən edilir.
15. Mərkəzləşdirilmiş mühasibatlığın xidmət etdiyi məktəblərdə mühasib vəzifəsi nəzərdə tutulmur.
16. Günüuzadılmış məktəblərin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə-yardımçı və xidmətedici heyətin ştatı 2-ci əlavədə göstərilənlər də nəzərə alınmaqla həmin nümunəvi ştata uyğun olaraq müəyyən edilir.
17. İbtidai, əsas və orta ümumtəhsil məktəblərinin xərc smetasında təxsisat və ştat müəyyən edildikdə məktəbəqədər uşaq müəssisələrində təhsil alan 6 yaşlılar sinfi və hazırlıq sinifləri nəzərə alınmamılıdır.
18. Ümumtəhsil məktəblərindəki ştat vahidlərinin sayı həmin nümunəvi ştata uyğun surətdə ildə bir dəfə sentyabr ayında müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1996-cı il 26 may
tarixli 59 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyəti üzrə
ƏLAVƏ ŞTATLAR
Vəzifələrin adı
|
Ştat vahidlərinin sayı
|
Tibb bacısı
|
1
|
Anbardar
|
1
|
Aşbaz
|
1
|
Köməkçi fəhlə
|
1
|
QEYDLƏR
1. Anbardar, aşbaz, köməkçi fəhlə vəzifələri yemək bilavasitə məktəbin özündə hazırlandıqda daxil edilir. Günüuzadılmış məktəblərdə doqquzdan çox sinif olduğu iki aşbaz vəzifəsi daxil edilir, bu şərtlə ki, həmin sinifdəki uşaqların hamısı üçün yemək hazırlanmış olsun.
2. Günüuzadılmış məktəblərdə bir vahid mühasib vəzifəsi müəyyən edilir.
3. Günüuzadılmış məktəblərdə qoşqu nəqliyyatı, motoroller və ya avtomobil olduqda məktəb üzrə yalnız bir vahid mehtər və yaxud yük maşını, motoroller sürücüsü vəzifəsi müəyyən edilir.
4. Günüuzadılmış məktəblərdə həkim yardımı başqa ümumtəhsil məktəblərindəki ümumi qaydada göstərilməlidir.
_________________
Dostları ilə paylaş: |