Təsdiq edilmişdir 1 nömrəli əlavə Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 91.4 Kb.
tarix04.07.2018
ölçüsü91.4 Kb.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr

tarixli 211 nömrəli qərarı ilə



təsdiq edilmişdir
1 nömrəli əlavə

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı

ra №-si

İllik tibbi yardım

Remittəedici forma

Proqressivləşən forma

1

2

3

4




1. Konsultasiyalar

1.1.

Nevropatoloq

ildə 2 dəfə

ildə 4 dəfə

1.2.

Okulist

ildə 2 dəfə

ildə 4 dəfə

1.3.

Terapevt

ildə 2 dəfə

ildə 4 dəfə




2. Laborator və instrumental müayinələr

2.1.

Qanın ümumi müayinəsi

ildə 2 dəfə

ildə 2 dəfə

2.2.

Sidiyin ümumi müayinəsi

ildə 2 dəfə

ildə 2 dəfə

2.3.

Qanda qaraciyər sınaq-larının təyini

ildə 2 dəfə

ildə 2 dəfə

2.4.

Qanda böyrək sınaqlarının təyini

ildə 2 dəfə

ildə 2 dəfə

2.5.

Baş və ya onurğa beyninin MRT müayinəsi

ildə 2 dəfə

ildə 2 dəfə

2.6.

Baş-beyin qabığının törə-dilmiş görmə potensial-larının qeydiyyatı

ildə 2 dəfə

ildə 2 dəfə

2.7.

Görmə analizatorunun həssaslığının və lyabil-liyinin qeydiyyatı

ildə 1 dəfə

ildə 2 dəfə




3. Dərman preparatları

3.1.

Antikonvulsantlar: Karbamazepin 200 mq

illik 40 həb

illik 80 həb

3.2.

Trankvilizatorlar və yuxu-gətiricilər:

Diazepam 10 mq



illik 56 həb

illik 84 həb

3.3.

Psixostimulyatorlar və nootroplar:

Piracetam 400 mq kapsul

Kavinton 5 mq həb


illik 120 kapsul

illik 120 həb



illik 120 kapsul

illik 120 həb



1

2

3

4

3.4.

Antidepressantlar:

Amitriptillin 25 mq



illik 60 həb

illik 120 həb

3.5.

Antispastik preparatlar: Tizanidin 4mq

6 ay, gündə 2-3 həb

(ayda 60-90 həb)



6 ay, gündə 2-3 həb

(ayda 60-90 həb )



3.6.

Analgetiklər: Paracetamol

illik 40 həb

illik 80 həb

3.7.

Antibiotiklər: Ampicillin

illik 20 ampul

illik 20 ampul

3.8.

Qastroprotektorlar:

Omeprazol 20 mq

Maaloks


illik 60-120 həb


illik 60-120 həb


3.9.

Diuretiklər:

Veroşpiron 50 mq



ayda 20-30 həb

ayda 20-30 həb




4. Digər preparatlar

4.1.

Betahistin 16-24 mq

illik 120 həb

illik 120 həb

4.2.

Oksibutinin Na (driptan)

illik 90 həb

illik 180 həb

4.3.

Vitamin E

illik 60 həb

illik 60 həb

4.4.

Essentiale

illik 720 kapsul

illik 720 kapsul

4.5.

5-NOK

illik 80 həb

illik 120 həb

4.6.

Flukonozol

illik 6 kapsul

illik 6 kapsul

4.7.

Midantan 100 mq

illik 60 həb

illik 60 həb

4.8.

Anaprilin 40mq

illik 40 həb

illik 40 həb

4.9.

Enalapril 10, 20 mq

illik 90-120 həb

illik 90-120 həb

4.10.

Emoksipin

illik 2,0 x 20

ampul


illik 2,0 x 20 ampul

4.11.

Ondansetron (zofran) 4mq

illik 20 ampul

illik 40 ampul

4.12.

Plazmaferez

illik 6-8 seans

illik 10-12 seans


_____________________
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr

tarixli 211 nömrəli qərarı ilə

təsdiq edilmişdir
2 nömrəli əlavə
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat
Q A Y D A S I
1. Bu Qayda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin edilməsi məsələlərini tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin nevroloji kabinetində qeydiyyata alınırlar.

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər inyeksiya vasitələrini və digər dərman preparatlarını qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (ərazi poliklinikası) tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun, 2 nüsxədən ibarət yazılmış resept əsasında pulsuz alırlar.

4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin edilərkən, terapevtik doza 30 (otuz) günlük müalicə kursundan artıq olmamalıdır.

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminatı müalicə-profilaktika müəssisəsinin (ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə resept əsasında həyata keçirilir.

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları inyeksiya vasitələrinin və digər dərman preparatlarının dəyəri Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

___________________
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr

tarixli 211 nömrəli qərarı ilə

təsdiq edilmişdir
3 nömrəli əlavə
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi
Q A Y D A S I
1. Bu Qayda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi məsələlərini tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə göndərilməsinin məqsədəuyğunluğu onların müşahidədə olduqları müalicə-profilaktika müəssisəsinin müalicə həkimi və şöbə müdiri tərəfindən müəyyən edilir.

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olduqda, onlara məsləhət görülən kurort, müalicənin növü, sanatoriyanın profili və diaqnoz qeyd olunmaqla müəyyən edilmiş formada tibbi arayış verilir.

4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort tövsiyəsi məsələsinin həllində onların digər xəstəlikləri də nəzərə alınmalıdır.

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə sanatoriya-kurort müalicəsini almaq üçün putyovkalar (yollayışlar) işləməyənlərə Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına verilir.

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər (tibb müəssisələrinin müvafiq göndərişi ilə ölkə hüdudları daxilində) sanatoriya-kurort putyovkası (yollayışı) ilə işləyənlər iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin edilirlər.

7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını almaq üçün ərizələrini və müalicə-profilaktika müəssisəsi tərəfindən verilmiş tibbi arayışı sanatoriya-kurort putyovkasını verən aidiyyəti idarə, müəssisə, təşkilat və ya orqanlara təqdim edirlər.

8. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını aldıqdan sonra onlara müşahidədə olduqları müalicə-profilaktika müəssisəsi tərəfindən sanatoriya-kurort kartası verilir.

9. Sanatoriya-kurort putyovkasını vermiş idarə, müəssisə, təşkilat və ya orqanlarda putyovkanın “geri qayıtma” talonunun qeydiyyatı aparılır və onun istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.
___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr

tarixli 211 nömrəli qərarı ilə



təsdiq edilmişdir
4 nömrəli əlavə
Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının
S İ Y A H I S I



Sıra №-si

Dərman preparatlarının adı

Remittəedici forma

Proqressivləşən forma

1.

Qlükokortikosteroidlər:

Metilprednizolon



illik 250 mq x

56 ampul


illik 250 mq x

56 ampul


2.

Deksametazon


illik 4 mq-1ml x 20 ampul

illik 4 mq-1ml x

20 ampul



3.

Prednizolon

illik 25 mq 60 ampul

50 mq 100 həb



illik 25 mq 60 ampul

50 mq 200 həb



4.

Sitostatiklər

(β-interferonlar):

mitoksantron

β-interferon 1A

avoneks


tələb olunmur

həftədə 1 ampul-

illik 52 ampul


5 flakon illik

həftədə 1 ampul- illik 52 ampul



____________________

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə