Təsdiq edilmişdir 1 nömrəli əlavə Uşaq bağçalarının nümunəvi ştatı



Yüklə 285,18 Kb.
tarix21.06.2018
ölçüsü285,18 Kb.
#54292

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 20 may



tarixli 61 №-li qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə
Uşaq bağçalarının nümunəvi ştatı





Qrupların sayına görə ştat vahidləri




1 qr.

2 qr.

3 qr.

4 qr.

5 qr.

6 qr.

7 qr.

8 qr.

9 qr.

10qr.

Müdir

1

1

1

1

1

1

1

1

1

1

Tərbiyəçi-metodist

-

-

-

-

-

-

-

0,5

0,5

1

Təsərrüfat müdiri

-

-

0,5

1

1

1

1

1

1

1

Mühasib

-

0,5

0,5

0,5

0,5

1

1

1

1

1

Aşbaz

1

1

1,5

2

2

2

2

2

2

2

Yardımçı fəhlə

-

-

-

-

-

-

0,5

1

1

1

Binaların, qurğuların və ava-

danlığın təmiri və xidmət üzrə

fəhlə (çilingər-santexnik, elek-

tromontyor, dülgər və s.)



-

-

-

-

-

-

-

0,5

0,5

0,5

Paltaryuyan

0,25

0,5

0,75

1

1

1,5

1,5

2

2

2

Xadimə

-

-

-

-

-

-

-

-

-

1





Bir qrup hesabı ilə ştat vahidləri




6 günlük həftəsində gün ərzində uşaqların davamiyyətinə görə

5 günlük həftəsində gün ərzində uşaqların davamiyyətinə görə




9

saatlıq


10

saatlıq


12

saatlıq


24

saatlıq


9

saatlıq


10,5

saatlıq


12

saatlıq


24

saatlıq


Tərbiyəçi

1,5

1,67

2

2,2

1,25

1,55

2

2

Xadimə-dayə

1

1,25

1,5

1,5

1

1,15

1,25

1,5



QEYDLƏR.

1. Bir və iki qruplu uşaq bağçalarının müdirləri (gecə-gündüz işləyən və yaxud belə qrupu olan uşaq bağçalarından başqa) gündə 3 saat tərbiyə işi aparmalıdırlar. Ona görə də həmin bağçalarda altıgünlük iş həftəsi olduqda 0,5 vahid və beşgünlük iş həftəsi olan uşaq bağçalarında tərbiyəçi ştatı 0,25 vahid ixtisar edilir.

2. Altıgünlük iş həftəsində gecə-gündüz işləyən uşaq bağçasında gecə dayəsi hər 2 qrupa vahid hesabı ilə müəyyən edilir, gecə-gündüz işləyən bir qruplu və yaxud ayrı-ayrı binalarda bir qruplu ayrıca küçəyə çıxış yolu olan otaqlarda yerləşdirilmiş bir neçə belə oxşar qrupları olan uşaq bağçalarında hər qrupa müvafiq olaraq iki və 1,3 vahid müəyyən edilir. Gecə-gündüz işləyən uşaq bağçalarında qrupların sayı tək olarsa, qruplardan birinə gecə dayəsi vəzifəsi belə bir qrupu olan uşaq bağçasının normasına uyğun müəyyən edilir.

3. Mərkəzləşdirilmiş mühasibatlığın xidmət etdiyi uşaq bağçalarında böyük mühasib və mühasib ştatları nəzərdə tutulmur.

4. Altıgünlük iş həftəsi olan, gündə 12 saat və gecə-gündüz işləyən bir qruplu uşaq bağçalarında əlavə 0,14 vahid aşbaz vəzifəsi müəyyən edilir.

Gündə 12 saat və gecə-gündüz işləyən uşaq bağçalarında:

iki və üç qruplu olduqda əlavə 0,5 vahid aşbaz vəzifəsi müəyyən edilir;

altı və yeddi qrup olduqda əlavə 0,5 vahid yardımçı fəhlə vəzifəsi müəyyən edilir.

5. Paltaryuyan vəzifəsi o hallarda saxlanılır ki, dəyişəkləri yuyulmaq üçün camaşırxanaya vermək mümkün olmasın.

6. Ocaqçı vəzifəsi və binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi binanın qızdırılması üçün mərkəzi istilik sistemi mənzil-kommunal sisteminə verilməyən uşaq bağçalarında müəyyən edilir:

mərkəzi istilik sistemi olduqda - hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (topf, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv. metrdən çox olduqda - növbədə bir ocaqçı vəzifəsi;

qazla qızdırıldıqda - növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;

mərkəzləşdirilmiş istiliklə təchiz edilən uşaq bağçalarında istilik məntəqəsi və ya elevator olduqda - binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə növbədə bir fəhlə vəzifəsi;

soba ilə qızdırılan uşaq bağçalarında 0,5 vahiddən az olmamaqla hər beş sobaya 0,5 vahid sobayandıran vəzifəsi;

bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulur.

Mərkəzləşdirilmiş istilik sistemində göstərilən vəzifələrin ümumi sayından bir vahid illik müəyyən edilir.

7. Soyuducusu, elektrik plitəsi və elektrik isidici cihazı olan 4-7 qruplu uşaq bağçalarına 0,5 vahid binaların, qurğuların və avadanlığın təmiri və xidmət üzrə fəhlə vəzifəsi müəyyən edilir.

8. Uşaq bağçasına və ya bir neçə məktəbəqədər uşaq müəssisəsinə xidmət edən avtomobil nəqliyyatı (motoroller) olduqda sürücü (motoroller sürücüsü) vəzifəsi müəyyən edilir.

9. Müstəqil binası, iki və daha çox qrupu olan uşaq bağçalarında dalandar vəzifəsi süpürülən sahənin yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalarına uyğun olaraq müəyyən edilir. Uşaq bağçasının 1,5 hektardan az olmayan sahədə meyvə bağı və bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi əvəzinə bağban vəzifəsi müəyyən edilə bilər.

10. Müstəqil binası, iki və daha çox qrupu olan uşaq bağçaları binalarını qorumaq üçün istirahət və bayram günləri də daxil olmaqla, 2 vahid gözətçi vəzifəsi müəyyən edilə bilər.

11. Sanatoriya uşaq bağçalarında (az və zəif formada olan vərəmli uşaqlar üçün) xadimə-dayə və beşgünlük iş həftəsi olduqda gecə dayəsi hər qrupa 0,14 vahid hesabı ilə göstərilən vəzifələrə əlavə edilir.

İnternat tipli sanatoriya uşaq bağçalarının ştatı istirahət və bayram günləri də nəzərə alınmaqla gecə-gündüz işləyən uşaq bağçalarının nümunəvi ştatına uyğun olaraq müəyyən edilir.

Sanatoriya uşaq bağçasının ştatında paltaryuyan vəzifəsi (camaşırxanadan istifadə edilməsinin mümkünlüyündən asılı olmayaraq) müəyyən edilir.

12. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün uşaq bağçaları və ümumi tipli uşaq bağçalarında belə uşaqlar üçün təşkil edilmiş qruplarda göstərilən hər bir qrupa əlavə olaraq bir vahid surdopedaqoq (lal və karlara dərs deyən müəllim) vəzifəsi müəyyən edilir, gecə dayəsi vəzifəsi isə uşaqların gecə-gündüz davam edən hər belə qrupa, gecə-gündüz işləyən bir qruplu uşaq bağçaların norması üzrə müəyyən edilir.

13. Nitq pozğunluğu olan uşaqlar üçün uşaq bağçalarında və ümumi tipli uşaq bağçalarında belə uşaqlar üçün təşkil edilmiş xüsusi qruplarda göstərilən hər bir qrupa bir vahid loqoped vəzifəsi müəyyən edilir.

14. Eşitmə qabiliyyətində və nitqində pozğunluq olan uşaqlar üçün uşaq bağçalarında və ümumi tipli uşaq bağçalarında belə uşaqlar üçün təşkil edilmiş xüsusi qruplarda ştat heyəti (uşaq bağçasının müdiri və qrup heyətindən başqa) siyahı üzrə uşaqların sayını 25-ə bölməklə alınan qrupların sayına görə müəyyən edilir.


________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 29 may

tarixli 61 №-li qərarı ilə



təsdiq edilmişdir

2 nömrəli əlavə

Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları





Qrupların sayından asılı olaraq ştat vahidləri

1

2

3

4

5

6

7

8

9

10

11

12




2 qr

3 qr

4 qr

5 qr

6 qr

7 qr

8 qr

9 qr

10 qr

11 qr

12 qr

Müdir

1

1

1

1

1

1

1

1

1

1

1

Tərbiyəçi-metodist

-

-

-

-

-

0,5

1

1

1

1

1

Böyük tibb bacısı

0,5

0,5

0,5

1

1

1

1

1

1

1

1

Təsərrüfat müdiri

-

0,5

0,5

1

1

1

1

1

1

1

1

Böyük mühasib

-

-

-

-

-

-

-

-

1

1

1

Mühasib

0,5

0,5

0,5

1

1

1

1

1

-

-

-

Baş aşbaz

-

-

-

-

-

-

-

-

-

1

1

Aşbaz

1,5

1,5

1,5

1,5

2

2

3

3

3

2

2

Yardımçı fəhlə

-

-

0,5

0,5

0,5

0,5

1

1

1

1

2

Binaların, qurğuların və avadanlığın təmiri və xidmət üzrə fəhlə (çilingər-santexnik, elektromontyor, dülgər və s.)

-

-

-

-

-

-

-

0,5

0,5

0,5

0,5

Anbardar

-

-

-

-

-

-

-

-

-

1

1

Dəyişəyə baxan tikişçi qadın

-

0,5

0,5

0,5

0,5

0,5

0,5

1

1

1

1

Paltaryuyan (24 saatlıq qrupu olan körpələr evi-uşaq bağçası)

0,5

0,5

1

1,25

1,5

1,5

1,75

1,75

2

2,25

2,5

Paltaryuyan (24 saatlıq qrupu olmayan körpələr evi-uşaq bağçası)

0,5

0,5

1

1

1,25

1,25

1,5

1,5

1,75

2

2






Bir qrup hesabı ilə ştat vahidləri




6 günlük həftəsində gün ərzində uşaqların davamiyyətinə görə

5 günlük həftəsində gün ərzində

uşaqların davamiyyətinə görə




9

saatlıq


10

saatlıq


12

saatlıq


24

saatlıq


9

saatlıq


10,5

saatlıq


12

saatlıq


24

saatlıq


Tərbiyəçi:

körpə qruplarda


1

1,67

2

3,6

1,25

1,55

2

3


bağça yaşlı qruplarda

1

1,67

2

2,2

1,25

1,55

2

2

Sanitar-dayə körpə yaşlı

qruplarda



1,33

1,45

1,75

2,75

1,1

1,3

1,5

2,5

xadimə-dayə bağça yaşlı

qruplarda



1

1,25

1,5

1,5

1

1,15

1,25

1,5

_________________



QEYDLƏR.

1. İki qruplu körpələr evi-uşaq bağçalarının müdirləri (gecə-gündüz işləyən və yaxud belə bir qrupu olan körpələr evi-uşaq bağçalarından başqa) bağça yaşlı qruplarda gündə 3 saat tərbiyə işi aparmalıdırlar. Ona görə də həmin körpə-uşaq bağçalarında altıgünlük iş həftəsi olduqda 0,5 vahid və beşgünlük iş həftəsi olduqda 0,4 vahid tərbiyəçi ştatı ixtisar edilməlidir. 9 saat işləyən bağça yaşlı qrupu və beşgünlük iş həftəsi olan körpə-uşaq bağçalarında tərbiyəçi ştatı 0,25 vahid ixtisar edilir.

2. Gecə-gündüz işləyən körpələr evi-uşaq bağçalarında bir körpə qrupu olduqda sanitar-dayə vəzifəsi altıgünlük iş həftəsində 3,33 vahid, beşgünlük iş həftəsində 2,75 vahid müəyyən edilir.

3. Altıgünlük iş həftəsində gecə-gündüz işləyən körpə-uşaq bağçalarında gecə dayəsi hər iki bağça yaşlı qrupa 2 vahid hesabı ilə beşgünlük iş həftəsi olduqda hər iki bağça yaşlı qrupa 1,3 vahid hesabı ilə müəyyən edilir. Gecə-gündüz işləyən körpələr evi-uşaq bağçalarında bir neçə bağça yaşlı qrup olduqda və hər qrupu ayrı-ayrı binalarda ayrıca küçəyə çıxış yolu olan otaqlarda yerləşdirilən qruplarda, eləcə də gecə-gündüz işləyən körpələr evi-uşaq bağçalarında bağça yaşlı qrupların sayı tək olduqda bir qrup üçün gecə dayəsi müvafiq olaraq 2 və 1,3 vahid hesabı ilə müəyyən edilir. Gecə-gündüz işləyən körpələr evi-uşaq bağçalarında bir körpə və bir bağçayaşlı qrup olduqda hər iki qrupun uşaqlarına axşam və gecə xidmət etmək üçün iki vahid sanitar-dayə vəzifəsi müəyyən edilə bilər və belə halda gecə dayəsi vəzifəsi müəyyən edilmir.

4. Dörd və daha çox körpə yaşlı qrupu olan körpələr evi-uşaq bağçalarında 0,5 vahid patronaj tibb bacısı vəzifəsi müəyyən edilir.

5. Gecə-gündüz işləyən körpələr evi-uşaq bağçaları dörd və daha çox körpəyaşlı qrupu olan körpələr evi-uşaq bağçalarında izolyator olduqda ştat normativi üzrə əlavə hər qrupa sanitar-dayə vəzifəsi müəyyən edilir.

6. Mərkəzləşdirilmiş mühasibatlığın xidmət etdiyi körpələr evi-uşaq bağçalarında böyük mühasib və mühasib ştatları nəzərdə tutulmur.

7. Altıgünlük iş həftəsi olan, gündə 12 saat və gecə-gündüz işləyən bir qruplu uşaq bağçalarında əlavə 0,14 vahid aşbaz vəzifəsi müəyyən edilir.

Gündə 12 saat və gecə-gündüz işləyən körpələr evi-uşaq bağçalarında;

dörd, beş və altı qruplu olduqda əlavə 0,5 vahid yardımçı fəhlə vəzifəsi müəyyən edilir;

9 qrup olduqda əlavə 1 vahid yardımçı fəhlə vəzifəsi müəyyən edilir.

8. Ocaqçı vəzifəsi və binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi mənzil-kommunal sisteminə verilməyən körpələr evi-uşaq bağçalarında müəyyən edilir:

mərkəzi istilik sistemi olduqda hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (torf, daş kömür) qızdırılan qazanxananın sahəsi 75 kv.metr dən çox olduqda növbədə bir ocaqçı vəzifəsi;

qazla qızdırıldıqda növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;

mərkəzləşdirilmiş istiliklə təmin edilən uşaq bağçalarında istilik məntəqəsi və ya elevator olduqda binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə növbədə bir fəhlə vəzifəsi;

soba ilə (peçlə) qızdırılan uşaq bağçalarında 0,5 vahiddən az olmamaqla hər beş sobaya 0,5 vahid sobayandıran (peçyandıran) vəzifəsi;

Bu bənddə nəzərdə tutulan ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulur.

Mərkəzləşdirilmiş istilik sistemində göstərilən vəzifələrin ümumi sayından bir vahid illik müəyyən edilir.

9. Soyuducu, elektrik plitəsi və elektrik isidici cihazı olan 4-8 qruplu körpələr evi-uşaq bağçalarına 0,5 vahid binaların, qurğuların və avadanlığın təmiri və xidmət üzrə fəhlə vəzifəsi müəyyən edilir.

10. Həmin körpələr evi-uşaq bağçasına və ya bir neçə məktəbəqədər uşaq müəssisinə xidmət edən avtomobil nəqliyyatı (motoroller) olduqda sürücü (motoroller sürücüsü) vəzifəsi müəyyən edilir.

11. Müstəqil binası olan körpələr evi-uşaq bağçalarında dalandar vəzifəsi süpürülən sahənin yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalarına uyğun olaraq müəyyən edilir. Körpələr evi-uşaq bağçasının 1,5 hektardan az olmayan sahədə meyvə bağı və bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar əvəzinə bağban vəzifəsi müəyyən edilə bilər.

12. Müstəqil binası olan körpələr evi-uşaq bağçaları binalarını qorumaq üçün istirahət və bayram günləri də daxil olmaqla, 2 vahid gözətçi vəzifəsi müəyyən edilə bilər.

13. Sanatoriya körpələr evi-uşaq bağçalarında (az və zəifləşmiş formada olan vərəmli uşaqlar üçün) sanitar-dayə və xadimə-dayə və beş günlük iş həftəsi olduqda gecə dayəsi hər qrupa 0,14 vahid hesabı ilə göstərilən vəzifələr əlavə edilir.

İnternat tipli sanatoriya körpələr evi-uşaq bağçalarının ştatı istirahət və bayram günləri də nəzərə alınmaqla gecə-gündüz işləyən körpə-uşaq bağçaların nümunəvi ştatına uyğun olaraq müəyyən edilir.

14. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün körpələr evi-uşaq bağçalarında və belə uşaqlar üçün ümumi tipli uşaq bağçalarında təşkil edilmiş qruplarda əlavə olaraq, göstərilən hər qrupa bir vahid surdopedaqoq vəzifəsi müəyyən edilir, uşaq davamiyyəti gecə-gündüz olan hər belə qrupa gecə dayəsi vəzifəsi isə bağça yaşlı qrupu olan gecə-gündüz işləyən və ayrı-ayrı qrupları müxtəlif binalarda yerləşən körpələr evi-uşaq bağçaların norması üzrə müəyyən edilir.

15. Nitq qüsuru olan uşaqlar üçün körpələr evi-uşaq bağçalarında və ümumi tipli körpələr evi-uşaq bağçalarında belə uşaqlar üçün təşkil edilmiş xüsusi qruplarda göstərilən hər bir qrupa əlavə bir vahid loqoped vəzifəsi müəyyən edilir.



16. Eşitmə qabiliyyətində və nitqində qüsur olan uşaqlar üçün körpələr evi-uşaq bağçalarında və belə uşaqlar üçün ümumi tipli körpələr evi-uşaq bağçalarında təşkil edilmiş xüsusi qruplarda ştat heyəti (körpələr evi-uşaq bağçasının müdiri və qrup heyətindən başqa) siyahı üzrə uşaqların sayı körpə yaşlı qruplar üzrə 20-yə və bağça yaşlı qruplar üzrə isə 25-ə bölməklə alınan qrupların sayına görə müəyyən edilir.

___________________
Yüklə 285,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin