Təsdiq edilmişdir 1 nömrəli əlavə



Yüklə 255,16 Kb.
tarix09.12.2018
ölçüsü255,16 Kb.
#85671

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 24 yanvar

tarixli 12 nömrəli qərarı ilə

sdiq edilmişdir
1 nömrəli əlavə

Dövlət ali təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının

vətəndaşı arasında


NÜMUNƏVİ FƏRDİ MÜQAVİLƏ № _______



Bakı şəhəri

“_____”__________________ 20___ il

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən 2010/2011-ci tədris ilindən mülkiyyət formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi ilə kadr hazırlığının adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirildiyini, mövcud qanunvericiliyə əsasən dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil haqqının ödənilməsindən azad edildiyini, “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamına əsasən ali təhsil müəssisələri tərəfindən həmin ali təhsil müəssisələrində təhsil alan məcburi köçkünlərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəalarını nəzərə alaraq, dövlət ali təhsil müəssisəsi_______________________­_bir tərəfdən,

(hüquqi ünvanı, adı)

məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə qəbul olmuş _______________________________________

(soyadı, adı, atasının adı)

(bundan sonra – təhsilalan) digər tərəfdən bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:


1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə dövlət ali təhsil müəssisələri tərəfindən göstərilən təhsil xidmətlərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Dövlət ali təhsil müəssisəsinin bu təhsil müəssisəsində təhsil alan məcburi köçkündən təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə dövlət ali təhsil müəssisəsinin nizamnaməsinə, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl olunmasını tələb etmək hüququ vardır.

2.2. Təhsilalanın dövlət ali təhsil müəssisəsindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

2.3. Ali təhsil müəssisəsi təhsilalanın təhsil müddəti ərzində aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. dövlət ali təhsil müəssisəsinin infrastrukturundan digər təhsilalanlar kimi bərabərhüquqlu əsaslarla istifadə etmək üçün müvafiq şərait yaratmaq;

2.3.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil vermək;

2.3.3. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin etmək.

2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.4.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsində nəzərdə tutulan tələblərə riayət etmək;

2.4.2. öz hərəkətləri ilə dövlət ali təhsil müəssisəsinə maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.4.3. dövlət ali təhsil müəssisəsi tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək.


3. Xərclərin məbləği və ödəniş qaydası
3.1. Xərclərin məbləği “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə müəyyən edilmiş hər bir təhsilalana düşən təhsil xərclərinin məbləğinə uyğun olaraq müəyyənləşdirilir və bu vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dövlət ali təhsil müəssisələrinə köçürülür.

3.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini dəyişdirdikdə müvafiq Müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni dövlət ali təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.


4. Fors-major

4.1. Fors-major hallara (qarşısıalınmaz hallara) tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.


5. Müqavilənin ləğv edilməsi qaydası
5.1. Tərəflərdən biri bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Bu Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.

5.4. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, dövlət ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.


6. Mübahisəli məsələlərin həlli
6.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilərlər.
7. Tərəflərin məsuliyyəti
7.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
8.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
9. Digər şərtlər
9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində olmaqla, eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədə tərtib edilmişdir və bir nüsxəsi dövlət ali təhsil müəssisəsində təhsil alan məcburi köçkünə verilir, digər nüsxəsi isə dövlət ali təhsil müəssisəsində saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

Dövlət ali təhsil müəssisəsi
____________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

____________________________
imza _______________________


Dövlət ali təhsil müəssisəsində ödənişli formada təhsil alan məcburi köçkün ________________________________

(soyadı, adı, atasının adı)


Yaşadığı yer: Azərbaycan Respublikası

________________________________


ünvan: __________ küçəsi, ev №______
mənzil № __________, tel: ______________
şəxsiyyət vəsiqəsi
seriya ___________________________

imza____________________________


_______________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 24 yanvar

tarixli 12 nömrəli qərarı ilə

sdiq edilmişdir
2 nömrəli əlavə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu

olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə


NÜMUN
ƏVİ ÇƏRÇİVƏ MÜQAVİLƏ



Bakı şəhəri

“_____”__________________ 20___ il

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən 2010/2011-ci tədris ilindən mülkiyyət formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi ilə kadr hazırlığının adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirildiyini, mövcud qanunvericiliyə əsasən dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqqının ödənilməsindən azad edildiyini və “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamına əsasən ali təhsil müəssisələri tərəfindən həmin ali təhsil müəssisələrində təhsil alan məcburi köçkünlərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi bir tərəfdən, dövlət ali təhsil müəssisəsi_____________________________________

(hüquqi ünvanı, adı)

digər tərəfdən bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:



1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə dövlət ali təhsil müəssisələri tərəfindən göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya olunması zamanı tərəflər arasında yaranan münasibətlərdir.
2. Tərəflərin hüquqları
2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:

2.1.1. dövlət ali təhsil müəssisəsindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

2.1.2. dövlət ali təhsil müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək;

2.1.3. dövlət ali təhsil müəssisəsindən dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil verilməsini tələb etmək.

2.2. Dövlət ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Tərəflərin öhdəlikləri
3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin məbləğinə uyğun olaraq, bu Müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş qaydada ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə qəbul olmuş məcburi köçkünün təhsil haqqının onun təhsil aldığı dövlət ali təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürür.

3.2. Dövlət ali təhsil müəssisəsi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

3.2.1. ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək;

3.2.2. tədris ili bitdikdən sonra 20 (iyirmi) iş günü müddətində təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;

3.2.3. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək;

3.2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhsil haqqının məbləği daxilində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin dövlət standartlarına uyğun təhsilini təşkil etmək;

3.2.5. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq.
4. Xərclərin məbləği və ödəniş qaydası
4.1. Ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə qəbul olmuş məcburi köçkünün təhsil haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

4.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir.


5. Fors-major
5.1. Fors-major hallara (qarşısıalınmaz hallara) tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

5.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

5.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən məlumatı təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

5.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Bildirişin göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

5.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz qüvvənin təsiri 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
6. Müqavilənin ləğv edilməsi qaydası
6.1. Tərəflərdən biri bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edə bilər.

6.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla yazılı bildiriş göndərir. Tərəflərdən biri Müqavilənin ləğv edilməsi barədə digər tərəfin imtina etməsi barədə məlumat aldıqda və həmin məlumatda vaxt göstərilmədiyi təqdirdə, 30 (otuz) iş günü müddətində ondan cavab almadıqda, Müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.

6.4. Müqaviləyə vaxtından əvvəl xitam verilərkən, dövlət ali təhsil müəssisəsində imtiyazlı şərtlərlə təhsil alan məcburi köçkünlər təhsil aldıqları ixtisaslar və onların istəkləri nəzərə alınmaqla, digər dövlət ali təhsil müəssisələrinə köçürülürlər.


7. Mübahisəli məsələlərin həlli
7.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.


8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
9. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
9.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavələr və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.
10. Digər şərtlər
10.1. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti _________________ tarixinədəkdir.

10.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etməzsə və əgər dövlət ali təhsil müəssisəsində imtiyazlı şərtlərlə təhsil alan məcburi köçkün təhsilini davam etdirərsə, həmin Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə və eyni müddətə uzadılır.

10.3. Bu Müqavilə Azərbaycan dilində olmaqla, eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədə tərtib edilmişdir və bir nüsxəsi müvafiq dövlət ali təhsil müəssisəsində, digər nüsxəsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyində saxlanılır.

11. Tərəflərin rekvizitləri və imzaları



Azərbaycan Respublikasının
T
əhsil Nazirliyi

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai pr., 49 VÖEN 1500046011

Tel: 496-35-55 h/h 137010002944

Azərbaycan Beynəlxalq Bankı


SWIFT BIK IBAZAZ 2X
Bankın VÖEN-i 9900001881

____________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
imza________________________


Dövlət ali təhsil müəssisəsi

______________________________

(hüquqi ünvanı, adı)

______________________________


______________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)


imza _________________________



___________________

Yüklə 255,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin