Təsdiq edilmişdir 1 nömrəli əlavə



Yüklə 208,67 Kb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü208,67 Kb.
#98669
  1   2   3

Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 2005-ci il 7 fevral

tarixli 24 nömrəli qərarı ilə

təsdiq edilmişdir
1 nömrəli əlavə
2005-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı

tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında çox mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü islahatlar, dünya iqtisadi məkanına sürətli inteqrasiya, davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın təmin olunması əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikasında sosial siyasətin formalaşması və onun hüquqi bazasının yaradılması ölkənin malik olduğu iqtisadi potensialı reallaşdırmağa, sabit inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynamışdır. Ölkədə reallaşdırılan iqtisadi strategiya indiyə qədər həyata keçirilən iqtisadi kursun varisliyini özündə saxlamaqla, inkişaf prosesində daha yüksək dinamizmə və sosial konsensusa nail olmaq, ölkə vətəndaşlarının, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan əhali qruplarının zəruri tələbatlarını ödəmək məqsədini özündə cəmləşdirmişdir. Ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının maneəsiz reallaşması və hərtərəfli qorunması, sosial sferada mövcud olan sosial münasibətlərin tənzimlənməsi, ayrı-ayrı əhali qruplarının, aztəminatlı insanların, o cümlədən əlillərin sosial tələblərinin və maraqlarının ödənilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması, bu qəbildən olan insanların sosial müdafiəsi və reabilitasiyasının təşkil edilməsi, onlara ünvanlı sosial yardımın göstərilməsi ölkədə uğurla həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindəndir.

2005-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"na, "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"na əsasən hazırlanmışdır.
Bu Dövlət Proqramı BMT-nin Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsindən, Kopenhagen Ümumdünya Zirvə Toplantısında Azərbaycan Hökumətinin bu sahə ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərindən, milli qanunvericilik aktlarındaн, eyni zamanda, əlillərin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn müəyyən vəzifələri əhatə edir.


Yüklə 208,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin