1
|
2
|
3
|
4
|
4. «Azərneftkimyamaş» Dövlət Şirkətinə tapşırılsın ki, müəssisələrin fəaliyyətində olan nöqsanları aradan qaldırsın və bu sahədə struktur dəyişiklikləri aparmaq üçün təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
|
«Azneftkimyamaş» Dövlət Şirkəti
|
1996-cı il 25 avqust
|
Maşınqayırma və energetika şöbəsi
1996-cı il, 5 sentyabr
|
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, müvafiq banklar və digər dövlət təşkilatları ilə birlikdə Azərbaycan Respublikasının xarici borclarının vəziyyətini araşdırsın və bu məsələnin həlli barəsində təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
|
Maliyyə Nazirliyi, Material Ehtiyatları Nazirliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti
|
1996-cı il 25 avqust
|
İqtisadiyyat və maliyyə-kredit siyasəti, neft və kimya, xarici iqtisadi əlaqələr şöbələri
1996-cı il, 20 avqust
|
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, Milli Bank və müvəkkil banklarla birlikdə müəssisələr arasında qarşılıqlı borcların azaldılması barədə təkliflərini hazırlayıb, 5 gün ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
|
İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi,
Baş Dövlət Vergi Müfəttişliyi,
Milli Bank
|
1996-cı il 26 iyul
|
İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi
1996-cı il 27 iyul (icra olunub)
|
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi ilə birlikdə əmək haqqının məhsulun maya dəyərinə düzgün əks etdirilməsi barədə təkliflərini hazırlayıb, bir həftəyə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin
|
İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi
|
1996-cı il 31 iyul
|
İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi
1996-cı il 29 iyul
|
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, məhsulun (işin və xidmətin) maya dəyərinin hesablanmasını tənzimləyən normativ sənədi 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər və Nazirlər Kabineti avqustun 15-dək bu sənədin təsdiq olunmasını təmin etsin
|
İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi
|
1996-cı il 5 avqust
|
İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi
1996-cı il, 12 avqust
|
|