Təsdiq edilmişdir «1996-cı ilin birinci yarısında ölkənin iqtisadi inkişafının yekunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında duran başlıca vəzifələr haqqında»



Yüklə 210,15 Kb.
tarix27.06.2018
ölçüsü210,15 Kb.
#55052

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 27 iyul

tarixli 97 nömrəli qərarı ilə

təsdiq edilmişdir
«1996- ilin birinci yarısında ölkənin iqtisadi inkişafının yekunları Azərbaycan

Respublikası Nazirlər Kabinetinin qarşısında duran başlıca vəzifələr haqqında»
Azərbaycan Respublikası Prezidentinin 1996- il 25 iyul tarixli 477 nömrəli

Fərmanının yerinə yetirilməsini təmin etmək üçün Nazirlər Kabinetinin

TƏDBİRLƏR PLANI


Azərbaycan Respublikası Prezidentinin tapşırıqları

onların icra müddəti

Materialların hazırlanması və təqdim olunmasına məsul nazirlik və idarələr

Nazirlər Kabinetinə təqdim edilməsi tarixi

Materialların hazırlanmasına Nazirlər Kabineti İşlər İdarəsinin şöbə qərar layihələrinin təqdim edilmə tarixi

1

2

3

4

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi iqtisadiyyatda struktur dəyişiklikləri aparmaq məqsədi ilə Azərbaycan Respub-likasının nazirlikləri, komitələri, dövlət şirkətləri, konsernləri və baş idarələri ilə birlikdə sağlamlaşdı-rılması və yenidən qurulması zəruri hesab olunan dövlət müəssisələri üzrə müvafiq proqramlar və layihələr hazırlayıb 1996-cı il sentyabr ayının 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazir-lər Kabineti bu proqramları və layihələri nəzərdən keçirib, bir ay ərzində onların maliyyələşdirmə mənbələrin müəyyənləşdirsin. Bu sahədə gələn il həyata keçirilməsi zəruri olan tədbirlərin maliyyələş-dirilməsini 1997-ci ilin dövlət büdcəsinin layihəsində nəzərə alsın.



İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi



1996-cı il sentyabr ayının 1-dək

İqtisadiyyat və maliyyə-kredit siyasəti, xarici investisiyaların və texniki yardım proqramlarının əlaqələndirilməsi və müvafiq sahə şöbələri 1996-cı il, 20 sentyabr





2. Nazirlər Kabineti sosial-iqtisadi sahələrin idarəetmə strukturunun təkmilləşdirilməsi barədə təkliflərini 10 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti Komissiyasının işçi qrupu

1996-cı il 31 iyul




3. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Azərenerji» Dövlət Şirkətinə göstərilən işlərin mənbələrinin müəyyənləşdirilməsi haqqında təklifləri 10 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti Komissiyasının işçi qrupu

1996-cı il 31 iyul




1

2

3

4

4. «Azərneftkimyamaş» Dövlət Şirkətinə tapşırılsın ki, müəssisələrin fəaliyyətində olan nöqsanları aradan qaldırsın və bu sahədə struktur dəyişiklikləri aparmaq üçün təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

«Azneftkimyamaş» Dövlət Şirkəti

1996-cı il 25 avqust

Maşınqayırma və energetika şöbəsi

1996-cı il, 5 sentyabr



5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, müvafiq banklar və digər dövlət təşkilatları ilə birlikdə Azərbaycan Respublikasının xarici borclarının vəziyyətini araşdırsın və bu məsələnin həlli barəsində təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Maliyyə Nazirliyi, Material Ehtiyatları Nazirliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti

1996-cı il 25 avqust

İqtisadiyyat və maliyyə-kredit siyasəti, neft və kimya, xarici iqtisadi əlaqələr şöbələri

1996-cı il, 20 avqust



6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, Milli Bank və müvəkkil banklarla birlikdə müəssisələr arasında qarşılıqlı borcların azaldılması barədə təkliflərini hazırlayıb, 5 gün ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi,

Baş Dövlət Vergi Müfəttişliyi,

Milli Bank



1996-cı il 26 iyul

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi

1996-cı il 27 iyul (icra olunub)



7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi ilə birlikdə əmək haqqının məhsulun maya dəyərinə düzgün əks etdirilməsi barədə təkliflərini hazırlayıb, bir həftəyə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi



1996-cı il 31 iyul

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi

1996-cı il 29 iyul



8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, məhsulun (işin və xidmətin) maya dəyərinin hesablanmasını tənzimləyən normativ sənədi 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər və Nazirlər Kabineti avqustun 15-dək bu sənədin təsdiq olunmasını təmin etsin

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi



1996-cı il 5 avqust

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi

1996-cı il, 12 avqust



1

2

3

4

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq nazirlikləri, komitələri və Dövlət orqanlarını cəlb etməkdə təbii inhisarçı subyektlərin fəaliyyətini, o cümlədən onların göstərdikləri xidmətlərin tariflərini tənzimləyən normativ sənədləri bir ay ərzində hazırlayıb, təsdiq etsin.

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi



1996-cı il 15 avqust

İqtisadiyyat və maliyyə kredit siyasəti şöbəsi

1996-cı il, 22 avqust



10. Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi vergiləri və tədi-yələri ödəməkdən yayınan təşkilat-ları aşkar edib, onlara qarşı Azərbay-can Respublikasının qanunvericili-yində nəzərdə tutulan tədbirləri tətbiq etsinlər və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat versinlər.

Baş Dövlət Vergi Müfəttişliyi,

Dövlət Gömrük Komitəsi



İl ərzində rübdə bir dəfə

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi il ərzində rübdə bir dəfə

11. Azərbaycan Respublikasının müvafiq nazirliklərin, komitələrin, dövlət şirkətlərin, konsernlərin, istehsalat birliklərin və müəssisə-lərinin rəhbərlərinə tapşırılsın ki, 1996-cı ilin sonunadək ambarlarda yığılıb qalmış hazır məhsul qalığının satışını təşkil edib, dövlət büdcəsinə çatacaq vergilərin ödənilməsini təmin etsinlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yerli istehsalçıların mənafeyini qorumalı, vergilərin bazasını genişləndirmək və ölkəyə gətirilən məhsulların tam qeydiyyata alınmasını təmin etmək üçün spirtli içkilərin və tütün məmulatının isteh-salını və idxalını lisenziyalaşdırılması barədə təkliflərini iki həftə müddətində Azərbaycan Respubli-kasının Prezidentinə təqdim etsin.



İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi



1996-cı il dekabr

1996-cı il 2 avqust



İqtisadiyyat və maliyyə-kredit siyasəti, maşınqayırma və energetika, neft və kimya, aqrar-sənaye, yüngül sənaye və xalq istehlakı malları, müdafiə sənayesi, tikinti, inşaat və tikinti sənayesi şöbələri

1996-cı il dekabr

Aqrar-sənaye, iqtisadiyyat və maliyyə kredit siyasəti, ticarət və pullu xidmətlər, xarici iqtisadi əlaqələr şöbələri

1996-cı il, 7 avqust



12. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq təşkilatlarla birlikdə vergi sisteminin və vergilərin yığılması mexanizminin təkmilləşdi-rilməsi, vergi və qeyri vergi güzəşt-lərinin ləğv olunması, onların əvəzinə əhalinin aztəminatlı hissəsinə müvafiq müavinətlərin və kompensasiyaların verilməsi barədə təkliflərini bir ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi



1996-cı il 15 avqust

İqtisadiyyat və maliyyə-kredit siyasəti, səhiyyə və sosial problemləri şöbələri 1996-cı il 20 avqust

1

2

3

4

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində xarici iqtisadi əlaqələri tənzimləyən müvafiq sənədlərin təsdiqini təmin etsin.

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət Gömrük Komitəsi

1996-cı il 25 avqust

Xarici iqtisadi əlaqələr, iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbələri 1996-cı il 20 avqust

14. Azərbaycan Respublikası Nazir-lər Kabineti səhmlərinin nəzarət zərfi Dövlətə məxsus olan səhmdar kommersiya banklarının fəaliyyətinə Azərbaycan Respublikasının qanun-vericiliyi daxilində nəzarəti güclən-dirsin. Kredit resurslarının yerləşdi-rilməsi və səmərəli istifadəsi barədə rübdə bir dəfə Azərbaycan Respubli-kasının Prezidentinə məlumat versinlər.

Maliyyə Nazirliyi, Sənaye-investisiya, Aqrar-sənaye, Beynəlxalq səhmdar kommersiya bankları

İl ərzində rübdə bir dəfə

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi il ərzində rübdə bir dəfə

15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşı-rılsın: əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı ailələ-rin sosial müdafiəsinin gücləndiril-məsi üzrə təkliflərini bir ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Dövlət Sosial Müdafiə Fondu



1996-cı il 25 avqust

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi

1996-cı il 5 sentyabr



16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublika-sının Dövlət Sosial Müdafiə Fondu əhalinin pensiya təminatı sahəsində islahatların aparılması barədə təklifləri Azərbaycan Respublikası Prezidentinə təqdim etmək üçün iki ay ərzində hazırlayıb, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Dövlət Sosial Müdafiə Fondu



1996-cı il 25 sentyabr

İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi

1996-cı il 5 oktyabr




___________________

Yüklə 210,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin