Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 fevral
tarixli 30 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2007-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı
tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
Azərbaycan Respublikasında sosialyönümlü bazar iqtisadiyyatının yaradılmasına üstünlük verilməsi ilə əlaqədar əhalinin, o cümlədən əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə bir çox əhəmiyyətli tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Cəmiyyətin qayğıya və yardıma daha çox ehtiyacı olan üzvləri kimi, əlil olmuş şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsi dövlətin qarşısında duran ən başlıca vəzifələrdəndir.
Dövlət Proqramının başlıca məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artımına əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.
2007-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək Dövlət Proqramı ölkənin demokratik prinsiplər əsasında dinamik sosial-iqtisadi inkişafına, davamlı sabitliyə və tərəqqiyə xidmət edən strateji siyasi kursun davamı kimi vəzifələri müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”na əsaslanaraq hazırlanmışdır.
Dövlət Proqramı BMT-nin Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsinin əsas müddəalarından, Azərbaycan Hökumətinin Avropa Sosial Xartiyasının ratifikasiyası ilə bağlı öhdəliklərindən, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələri əhatə edir.
Dövlət Proqramı ilə nəzərdə tutulmuş əlillərin texniki-bərpa vasitələri ilə təmin edilməsi, onların sanatoriya-kurort müalicələrinin təşkili, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanılması xərcləri dövlət büdcəsindən hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan təxsisatlar daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə və respublika daxilində reabilitasiyasına şərait yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;
əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakı üçün şəraitin yaradılması və əlillər üçün ixtisaslaşdırılmış idman sağlamlıq mərkəzinin yaradılması;
əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardımların göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, əlil uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi;
əlillərin və şəhid ailələrinin mənzil problemlərinin həllinə kömək göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi.
2. 2007-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı
T Ə D B İ R L Ə R
Sıra№-si
|
Tədbirin adı
|
Ayrılmış vəsaitin
məbləği
(min manatla)
|
Maliyyə mənbəyi
|
1
|
2
|
3
|
4
|
|
I. Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası
|
9256,958
|
|
1.1.
|
Əlillərin bərpa mərkəzlərində fərdi reabilitasiya proqramları üzrə dərman təchizatı,
o cümlədən Naxçıvan MR üzrə
|
22,0
2,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.2.
|
Əlillərin xarici ölkələrdə reabilitasiyasına şərait yaradılması,
o cümlədən Naxçıvan MR üzrə
|
250,0
25,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.3.
|
Respublika daxilində əlillərin müalicəsinə köməklik göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
80,0
7,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.4.
|
Yevlax və Xaçmaz şəhərlərində əlillərin regional bərpa mərkəzinin inşası
|
900,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.5.
|
2006-cı ildə Naftalan şəhərində tikintisinə başlanılmış əlillərin bərpa mərkəzinin tikintisinin başa çatdırılması
|
80,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.6.
|
Naftalan şəhərində əlillərin bərpa mərkəzi üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi
|
23,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.7.
|
Naxçıvan şəhərində uşaq bərpa mərkəzinin tikintisi üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi
|
20,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1
|
2
|
3
|
4
|
1.8.
|
Əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi
|
3674,042
|
dövlət büdcəsi vəsaiti hesabına
|
1.9.
|
Əlillərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması
|
500,0
|
dövlət büdcəsi vəsaiti hesabına
|
1.10.
|
Əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması
|
3707,916
|
dövlət büdcəsi vəsaiti hesabına
|
|
II. Əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili
|
1337,5
|
|
2.1.
|
Əlillərin sosial müdafiəsi və reabilitasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə bağlı əməkdaşlıq və informasiya mübadiləsi
|
12,5
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.2.
|
Əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
200,0
10,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.3.
|
İdman tədbirlərinin keçirilməsi və əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması
|
230,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.4.
|
Əlillərin IV Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsi
|
35,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.5.
|
Əlillər üçün ixtisaslaşdırılmış idman-sağlamlıq mərkəzinin inşasının davam etdirilməsi
|
860,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
III. Əlillərə maddi və texniki yardımın təşkili
|
430,0
|
|
1
|
2
|
3
|
4
|
3.1.
|
20 Yanvar Ümumxalq hüzn günü, 20-24 mart – Novruz bayramı, 26 aprel - Çernobıl qəzasının ildönümü, 9 may – Faşizm üzərində qələbə günü, 15 sentyabr - Bilik günü, 3 dekabr – Beynəlxalq əlillər günü münasibəti ilə tədbirlərin keçirilməsi və əlillərə maddi yardım göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
350,0
25,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
3.2.
|
Əlil uşaqların təhsili ilə bağlı texniki yardım göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
20,0
1,5
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
3.3.
|
Əlillərin sosial-məişət problemlərinin həlli ilə bağlı yardım göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
60,0
6,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
IV. Əlillər üçün mənzil tikintisi
|
7390,0
|
|
4.1.
|
Əlil və şəhid ailələrinin mənzilə olan ehtiyacının ödənilməsi məqsədi ilə Bakı və Xırdalan şəhərlərinin hər birində 9 mərtəbəli 81 mənzilli, Zaqatala, İsmayıllı və Tovuz rayonlarının hər birində 4 mərtəbəli 36 mənzilli, Şamaxı və Qəbələ rayonlarının hər birində 2 mərtəbəli 16 mənzilli yaşayış binasının inşası və 2006-cı ildə Bakı şəhərinin Nərimanov, Binəqədi rayonlarında və Bərdə şəhərində inşasına başlanılmış 4 mərtəbəli 36 mənzilli yaşayış binalarının inşasının başa çatdırılması
|
6405,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1
|
2
|
3
|
4
|
4.2.
|
Tikilib istifadəyə verilmiş yaşayış binaları üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi
|
240,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
4.3.
|
Kənd rayonlarında yaşayan əlillərin fərdi mənzillə təmin olunmasına köməklik göstə-rilməsi, o cümlədən 2006-cı ildə tikintisinə başlanılmış fərdi evlərin tikintisinin başa çatdırılması,
o cümlədən Naxçıvan MR üzrə
|
700,0
40,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
4.4.
|
Kənd rayonlarında tikilib istifadəyə verilmiş fərdi yaşayış evləri üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
45,0
3,5
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
V. Əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması
|
850,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
C Ə M İ
|
19264,458
|
|
________________________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 fevral
tarixli 30 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2007-ci ildə ilk dəfə iş axtaranların və işsiz vətəndaşların sosial
müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
Dövlət Proqramının hazırlanmasında başlıca məqsəd ölkənin sosial-iqtisadi inkişafında əldə olunan real nəticələr, iqtisadiyyatın inkişaf dinamikası, eləcə də əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, 2007-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsidir.
Dövlət Proqramı hazırlanarkən «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)»nın, habelə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul edilmiş tədbirlər planının, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)»nın icrası ilə bağlı məşğulluq xidməti orqanları tərəfindən həyata keçiriləcək tədbirlər də nəzərə alınmışdır.
Proqnoz məlumatların təhlili əsasında 2007-ci ildə respublikanın əmək bazarında iştirak edəcək 360,0 min nəfərdən 90,0 min nəfərin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir.
Məşğulluq xidməti orqanlarına müraciət edəcək vətəndaşlardan 30,0 min nəfərin münasib işlə təmin olunması, 6,5 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 2,5 min nəfərin peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarına, 2,5 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 48,5 min nəfərin isə iş axtaran kimi qeydiyyata götürülməsi proqnozlaşdırılır.
Bu məqsədlə məşğulluq xidməti orqanlarının fəaliyyətində aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə üstünlük verilməsi, məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşların münasib işlə təmin olunmasının, əmək bazarının real tələbləri əsasında peşə hazırlığının, yenidən hazırlığının və ixtisaslarının artırılmasının, haqqı ödənilən ictimai işlərə cəlb edilməsinin gücləndirilməsi nəzərdə tutulur.
2007-ci ildə respublikanın şəhər və rayonlarında əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, peşəyönümü üzrə məsləhət kabinetlərinin, eləcə də məşğulluq xidməti orqanları nəzdində regional tədris mərkəzlərinin yaradılması işi davam etdiriləcəkdir.
İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə məşğulluq sahəsində əhalinin məlumatlandırılması yönümündə reklam-informasiya işinin genişləndirilməsi, eləcə də məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, işsizlik müavinətinin minimum məbləğinin respublika üzrə minimum əməkhaqqı məbləğinə uyğunlaşdırılması həyata keçiriləcəkdir.
2. 2007-ci ildə ilk dəfə iş axtaranların və işsiz vətəndaşların
sosial müdafiəsi ilə bağlı
T Ə D B İ R L Ə R
Sıra№-si
|
Tədbirin adı
|
Ayrılmış vəsaitin
məbləği
(min manatla)
|
1
|
2
|
3
|
1.
|
İşsizlik müavinətinin ödənilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
2100,0
180,0
|
1
|
2
|
3
|
2.
|
Peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarının təşkili,
o cümlədən Naxçıvan MR üzrə
|
660,0
10,0
|
3.
|
Haqqı ödənilən ictimai işlərin təşkili,
o cümlədən Naxçıvan MR üzrə
|
100,0
10,0
|
4.
|
İşsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
200,0
14,0
|
5.
|
Məşğulluq xidməti orqanlarının saxlanılması
|
2002,5
|
|
C Ə M İ
|
5062,5
|
________________________________
Dostları ilə paylaş: |