təsdiq edilmişdir
2009-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
Dövlət Proqramı ölkənin iqtisadi inkişafına uyğun olaraq, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, 2009-cu ildə işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində fəaliyyətin əsas istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə hazırlanmışdır.
Bu Proqram hazırlanarkən «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən tədbirlər, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)», eləcə də Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafla əlaqədar qəbul edilmiş digər normativ hüquqi sənədlərin icrası ilə bağlı məşğulluq xidməti orqanları tərəfindən həyata keçiriləcək tədbirlər nəzərə alınmışdır.
Bununla əlaqədar, tərtib olunmuş proqnozlara əsasən 2009-cu ildə respublikanın əmək bazarında iştirak edəcək 540 min nəfərdən 65 min nəfərin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir.
Proqnozlara əsasən 2009-cu il ərzində məşğulluq xidməti orqanları tərəfindən 31,5 min nəfərin münasib işlə təmin olunması, 5,5 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 3,5 min nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 4 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 47 min nəfərin isə işaxtaran kimi qeydiyyata götürülməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən vətəndaşların layiqli işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlıq və ixtisaslarının artırılması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb edilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
2009-cu ildə respublikanın şəhər və rayonlarında əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, peşəyönümlü məsləhət kabinetlərinin, eləcə də məşğulluq xidməti orqanlarının nəzdində regional peşə tədris mərkəzlərinin yaradılması, işaxtaran və işsiz vətəndaşların əmək bazarındakı real vəziyyət və vakant iş yerləri haqqında operativ məlumat əldə etmə imkanlarının artırılması, reklam-informasiya sahəsində işlərin günün tələbləri səviyyəsində qurulması ilə yanaşı, məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması sahəsində işlər 2009-cu ildə davam etdiriləcəkdir.
Eyni zamanda, işsizlik müavinətinin minimum məbləğinin respublika üzrə yaşayış minimumuna uyğunlaşdırılması həyata keçiriləcəkdir.
Dostları ilə paylaş: |