Təsdiq edilmişdir 2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin d ö V l ə tproqram I

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 157.3 Kb.
tarix21.10.2017
ölçüsü157.3 Kb.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 23 fevral

tarixli 38 nömrəli qərarı ilə

təsdiq edilmişdir
2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
«2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın (bundan sonra – Proqram) başlıca məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlillərin) tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.

Dövlətin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir.

Bu Proqram «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunundan, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyadan və Azərbaycan Hökümətinin bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələri əhatə edir.

Bu Proqrama əsasən əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, onların sanatoriya-kurort müalicələrinin təşkili, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanılması xərcləri hər il dövlət büdcəsindən ayrılan vəsait daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;

əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, onların asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakı üçün şərait yaradılması;

əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardım göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi.
2. 2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı
T Ə D B İ R L Ə R P L A N I


Sıra

-si



dbirin adı

Ayrılmış vəsaitin məbləği

(min manatla)

Maliyyə mənbəyi

1

2

3

4




1. Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası

13991,0




1.1.

Əlillərin bərpa mərkəzlərində fərdi reabilitasiya proqramları üzrə dərman təchizatı,

o cümlədən Naxçıvan MR üzrə



25,0
1,5

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

1.2.

Əlillərin xarici ölkələrdə reabilitasiyasına şərait yaradılması,

o cümlədən Naxçıvan MR üzrə



288,0
15,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

1.3.

Respublika daxilində əlillərin müalicəsinə köməklik göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə



190,0
17,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

1.4.

Əlillərin bərpa mərkəzinin yeni fəaliyyət istiqamətinin təşkili,

o cümlədən Naxçıvan MR üzrə



100,0
1,5

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

1.5.

Əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi

5170,0


dövlət büdcəsi vəsaiti hesabına

1.6.

Əlillərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması

950,0

dövlət büdcəsi vəsaiti hesabına

1.7.

Əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması


7268,0

dövlət büdcəsi vəsaiti hesabına

1

2

3

4




2. Əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili

715,0




2.1.

Əlillərin sosial müdafiəsi və reabilitasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə bağlı əməkdaşlıq və informasiya mübadiləsi

10,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2.2.

Əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi,

o cümlədən Naxçıvan MR üzrə



250,0
15,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2.3.

İdman tədbirlərinin keçirilməsi və əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması,

o cümlədən Naxçıvan MR üzrə



400,0
4,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2.4.

Əlillərin V Ümumrespublika bədii yaradıcı-lıq baxış müsabiqəsinin keçirilməsi,

o cümlədən Naxçıvan MR üzrə



55,0
3,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına




3. Əlillərə maddi və texniki yardımın təşkili

700,0




3.1.

20 Yanvar –Ümumxalq hüzn günü, 20-24 mart – Novruz bayramı, 26 aprel – Çernobıl qəzasının ildönümü, 9 may – Faşizm üzərində qələbə günü, 15 sentyabr – Bilik günü, 3 dekabr – Beynəlxalq əlillər günü və sair münasibətilə tədbirlərin keçirilməsi, əlillərə maddi yardım göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə



590,0
73,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

3.2.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı texniki yardım göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə



40,0
4,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

3.3.

Əlillərin sosial-məişət problemlərinin həlli ilə bağlı yardım göstərilməsi,

o cümlədən Naxçıvan MR üzrə



70,0
8,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına




4. Əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması

1700,0




4.1.

Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və zona şöbələrinin saxlanılması,

o cümlədən Naxçıvan MR üzrə



1700,0
88,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına



Cəmi:


17106,0



Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 23 fevral

tarixli 38 nömrəli qərarı ilə



təsdiq edilmdir

2010-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların

Sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin



D Ö V L Ə T P R O Q R A M I

1.Giriş

«2010-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı» (bundan sonra – Proqram) ölkənin iqtisadi inkişafına uyğun olaraq, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, 2010-cu ildə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində fəaliyyətin əsas istiqamətlərini müəyyən edir.


Bu Proqram hazırlanarkən «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)», habelə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktların icrası ilə bağlı məşğulluq xidməti orqanları tərəfindən keçiriləcək tədbirlər də nəzərə alınmışdır.

Bununla əlaqədar, tərtib olunmuş proqnozlara əsasən 2010-cu ildə respublikanın əmək bazarında 520,0 min nəfərin iştirak edəcəyi, onlardan 65 min nəfərinin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir. Məşğulluq xidməti orqanlarına müraciət edəcək vətəndaşlardan 31,5 min nəfərin münasib işlə təmin olunması, 5,5 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 4,0 min nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 4,0 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 48,0 min nəfərin isə işaxtaran kimi qeydiyyata götürülməsi proqnozlaşdırılır. Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə üstünlük verməklə, müraciət edən vətəndaşların münasib işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmış, eləcə də cəzaçəkmə müddətinin bitməsinə az qalmış şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

2010-cu ildə respublikanın şəhər və rayonlarında əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, peşəyönümü məsləhət kabinetlərinin, eləcə də məşğulluq xidməti orqanları nəzdində regional peşə tədrisi mərkəzlərinin yaradılması, eləcə də fəaliyyət göstərən regional peşə tədrisi mərkəzlərinin istehsalat bazalarının təkmilləşdirilməsi işi davam etdiriləcəkdir.

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində vacib amillərdən biri də onların bu sahədə məlumat əldə etmə imkanlarının artırılmasıdır və bu məqsədlə əhalinin məlumatlandırılması istiqamətində reklam-informasiya işinin genişləndirilməsi, eləcə də məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.


2. 2010-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların

sosial müdafiəsi ilə bağlı
T Ə D B İ R L Ə R P L A N I


Sıra

-si


dbirin adı


Ayrılmış vəsaitin məbləği

(min manatla)

Maliyyə mənbəyi

1.

İşsizlik müavinətinin ödənilməsi,

o cümlədən Naxçıvan MR üzrə




4254,0

100,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına

2.

Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili,

o cümlədən Naxçıvan MR



1054,0
75,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına

3.

Haqqı ödənilən ictimai işlərin təşkili,

o cümlədən Naxçıvan MR üzrə




211,0

20,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına

4.

İşsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsi,

o cümlədən Naxçıvan MR üzrə



390,0

10,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına

5.

Məşğulluq orqanlarının saxlanılması,

o cümlədən Naxçıvan MR üzrə




4754,0

472,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına

Cəmi:

10663,0











Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə