Təsdiq edilmişdir 2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu



Yüklə 80,97 Kb.
tarix25.06.2018
ölçüsü80,97 Kb.
#54794

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 13 dekabr

tarixli 233 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu

və qan xidmətinin inkişafına dair
TƏDBİRLƏR PROQRAMI
1. Giriş

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan preparatları ilə təminatının yaxşılaşdırılmasına imkan yaratmışdır. Belə ki, bu Dövlət Proqramının həyata keçirildiyi dövr ərzində təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artmışdır.

Görülən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsinə əsasən nail olunmuşdur.

Eyni zamanda, respublikada irsi qan xəstəliyi olan şəxslərin, aparılan mürəkkəb cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı artırır. Bununla əlaqədar olaraq, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına ehtiyac vardır.

2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı xəstələrin keyfiyyətli və təhlükəsiz qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasına yönəlmişdir.

2. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

- xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılması;

- tədarük edilən və istifadə olunan qan və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi;

- qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;

- qan və qan komponentlərinin donorluğunun inkişaf etdirilməsi.
3. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə

tutulan tədbirlər


Sıra №- si

dbirin adı

İcraçı təşkilatlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

1. Qanın və qan komponentlərinin donorluğunun təbliği

1.1.

İdarə və təşkilatlarda donorluq aksiyalarının təşkil edilməsi


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

1.2.

Qan və qan komponentləri donorluğuna dair populyar kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

1.3.

Kütləvi informasiya vasitələri ilə qan donorluğuna dair məlumatların verilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC



mütəmadi

1

2

3

4

1.4.

Qan və qan komponentlərinin tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2. Qan xidməti müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi

2.1.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.2.

Səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının xüsusiləşdirilmiş avtonəqliyyatla təmin edilməsi


Azərbaycan

Respublikasının

Səhiyyə Nazirliyi


2011

2.3.


Qan xidməti müəssisələrinin kompüterləşdirilməsi və respublikada qan donorları, qan və onun komponentlərinin ehtiyatı barədə məlumatların təmin edilməsi məqsədi ilə kompüter şəbəkəsinin yaradılması


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi


2011-2012


2.4.

Regional qan banklarının (Şəki, Quba, Lənkəran) fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması işlərinin təkmilləşdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi




2011-2012






1

2

3

4

3. Qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi

3.1.

Tədarük edilən qanın təhlükəsizliyini təmin edən müasir texnologiyaların (NAT texnologiyası, plazmanın virusinaktivasiyası, donor qanının tam avtomatik müayinəsi ) tətbiq edilməsi



Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi


mütəmadi

4. Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı

zərərçəkənlərin qan və qanın komponentləri ilə təminatı

4.1.

Təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qanın komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılması (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.)


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi



mütəmadi

5. Kadr hazırlığı

5.1.

Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə)


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

5.2.

Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

5.3.

Qan və qan komponentləri donorluğuna, tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

Yüklə 80,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin