Təsdiq edilmişdir 2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə



Yüklə 88,66 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü88,66 Kb.
#8822
  1   2   3   4

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 26 noyabr

tarixli 223 nömrəli qərarı ilə

təsdiq edilmişdir


2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə


TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Talassemiya - xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyidir.

Azərbaycan talassemiyanın geniş yayıldığı və bu xəstəliyin diyar patologiyası hesab edilən ölkələr sırasındadır. Hər il respublikada 300-ə yaxın uşaq bu xəstəliklə doğulur.

Son illər talassemiyanın profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatının yaxşılaşmasına səbəb olmuşdur.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur. Lakin bu tədbirlərin görülməsinə baxmayaraq, həmin xəstəliklə qeydiyyata düşən şəxslərin sayı ilbəil artır. Hazırda rəsmi statistikaya əsasən respublikada talassemiyalı xəstələrin sayı 1800-ə yaxındır. Ona görə də talassemiyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır.

Hal-hazırda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikasına və əhalinin bu sahədə sosial səfərbərliyinə istiqamət-lənməlidir.

2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı talassemiyalı xəstələr üçün tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlmişdir.


Yüklə 88,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin