Təsdiq edilmişdir Avropa Komissiyasının Azərbaycan Respublikasına “Ədliyyə Sahəsində İslahatlara



Yüklə 94,48 Kb.
səhifə1/3
tarix04.01.2022
ölçüsü94,48 Kb.
#53537
  1   2   3

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 26 oktyabr

tarixli 187 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Avropa Komissiyasının Azərbaycan Respublikasına “Ədliyyə Sahəsində İslahatlara

Dəstək Proqramı” ilə bağlı ayırdığı 14,5 mln. avro məbləğində qrant

vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə
TƏDBİRLƏR PLANI
1. Ümumi müddəalar
Demokratiyanın gücləndirilməsi, insan hüquqlarının təminatı, dövlət idarəçiliyində islahatların aparılması və bu sahələrdə institusional potensialın artırılması 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş “Bir tərəfdən Avropa İttifaqı və onun üzvü olan Dövlətlər və digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin, Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan üzrə Fəaliyyət Planının, eləcə də 2007-2010-cu illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramının əsas prioritetlərindən biridir.

Bu sahələrdə inkişafa nail olmaq üçün ədliyyə sisteminin səmərəli, müstəqil və şəffaf olması, onun inzibati potensialının gücləndirilməsi, hüquq mühafizə orqanlarının təqdim etdikləri xidmətlərin təkmilləşdirilməsi və ədliyyə sahəsində islahatların aparılmasına dəstəyin göstərilməsi xüsusi əhəmiyyət kəsb edir.

Büdcəyə dəstək mexanizmi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan Avropa Komissiyasının “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” məhz bu məqsədlərə nail olmaq üçün hazırlanmışdır. Bu sənəd nəzərdə tutulan istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasına, regional ədliyyə şöbələrinin, Ədliyyə Akademiyasının və Penitensiar Xidmətin potensialının artırılmasına, həmçinin məhkumların idarə edilməsi və saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəldiləcəkdir. Proqram Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq müvafiq qaydada imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 yanvar tarixli 14s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

Bu Tədbirlər Planı “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı”nın tərkib hissəsi olan xüsusi şərtlərin yerinə yetirilməsinə yardım etmək məqsədi ilə hazırlanmışdır. Həmin şərtlərin yerinə yetirilməsi əsasında Proqram üzrə vəsaitlər Avropa Komissiyası tərəfindən müvafiq tranşlar vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsinə yönəldiləcəkdir.

Tədbirlər Planının icrası zamanı həm yerli, həm də xarici mütəxəssislərin cəlb edilməsi, Avropa İttifaqı və ona üzv dövlətlərin müsbət təcrübəsindən istifadə olunması məqsədəuyğun hesab edilir.



  1. Yüklə 94,48 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin