Təsdiq edilmişdir Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları



Yüklə 174.67 Kb.
tarix21.10.2017
ölçüsü174.67 Kb.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 29 may

tarixli 64 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Peşə məktəblərinin peşə litseylərinin nümunəvi ştatları



Vəzifələrin adı

Ştat sayı




1

2

3

1. İdarə aparatı işçiləri







1. Direktor

1




2. Tədris istehsalat işləri üzrə

direktor müavini



1




3. Tərbiyə işləri üzrə direktor

müavini


1

peşə litseylərində 200 nəfərdən artıq şagird olduqda

4. İnzibati-təsərrüfat işləri üzrə

direktor müavini



1

şagird kontingentinin sayı 250 nəfərdən artıq olduqda

5. Təsərrüfat müdiri

1

şagird kontingentinin sayı 250 nəfərdən artıq olduqda

6. Dərs hissə müdiri

1

peşə litseylərində 250 nəfərdən artıq şagird olduqda

7. Baş mühasib

1




8. Mühasib

1

şagird kontingentinin sayı 500 nəfərdən artıq olduqda

9. Kassir

1




10. Psixoloq

1




11. Mülki müdafiə qərargahının rəisi

1

şagird kontingentinin sayı 600 nəfərdən artıq olduqda

12. Kadrlar və xüsusi işlər üzrə

inspektor



0,5
1

hərbi mükəlləfiyyətlə və çağırışçı şagird kontingentinin sayı 100-500 nəfərədək olduqda

hərbi mükəlləfiyyətlə və çağırışçı şagird kontingentinin sayı 500 nəfərədək olduqda



13. Tədris hissəsinin katibi

(dispetçer)



1

şagird kontingentinin sayı 500 nəfərdən artıq olduqda

14. Komendant

1

tədris müəssisələrinin yataqxanasında 50 nəfərdən yuxarı yaşayan şagird olduqda

2. İdarə aparatına daxil

olmayan işçilər







15. Böyük usta

1

200-dən çox kontingent olduqda

16. İstehsalat təlim ustası

1

Hər tədris qrupunda 25-30 şagird olduqda, mürəkkəb avadanlıqlara xidmətlə, təhlükəli, yaxud mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar olan sənətlər üzrə müəyyən qruplarda müəyyən olunmuş qaydada 12-15 nəfər şagird olduqda

17. Nəqliyyat vasitələrinin

sürücülüyü üzrə istehsalat təlim

ustası


1

avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda

18. Bədən tərbiyəsi rəhbəri

1




19. Hərbi rəhbər

1

tədris müəssisələrində tədris proqramına əsasən hərbi hazırlıq aparıldıqda

1

2

3

20. Katibə-makinaçı

1




21. Böyük kitabxanaçı

0,5

1


kitab fondu ilə təmin olunmuş kitabxana və 250 nəfərədək şagird kontingenti olduqda (eyni zamanda kitabxana müdirinin vəzifəsini yerinə yetirir)

kitab fondu ilə təmin olunmuş kitabxana və 250 nəfərdən çox şagird olduqda (eyni zamanda kitabxana müdirinin vəzifəsini yerinə yetirir)



22. Laborant

1

1

1,5



2

0,5


1

tədris müəssisələrində avadanlıqla təchiz edilmiş fizika, yaxud kimya kabineti olduqda aşağıdakı hesabla:

qrupların sayı 9-18 olduqda

qrupların sayı 19-28 olduqda

qrupların sayı 29-39-dan yuxarı olduqda tədris proqramları və planlarına əsasən xüsusi texniki fənnlər üzrə lazımi avadanlığı olan laboratoriya-təcrübi iş aparılan tədris müəssisələrində:

illik dərs yükü 240 saat olduqda

illik dərs yükü 480 saat olduqda



23. Texnik (binanın istismarı üçün)

1




24. Mexanik

1

tədris-istehsalat emalatxanasında 20 ədəddən artıq işləyən avadanlıq (maşın, traktor, avtomobil, dəzgah, kombayn) olduqda

25. Anbar müdiri

1

anbarı olan litsey və peşə məktəblərində 800 nəfərədək şagird olduqda

26. Anbardar (alət anbarı üzrə)

1

xüsusi təchiz edilmiş alətsaxlayan, anbarı olan kənd təsərrüfatı profilli tədris müəssisələrində

27. Təmirçi-çilingər

1

30 ədəd işləyən avadanlıq (maşın, traktor, avtomobil, dəzgah və s.) olduqda

28. Paltarsaxlayan (mövsümü)

1

xüsusi paltarsaxlayan yer olduqda, (qış mövsümündə)

29. Xadimə

1

hər 600 kv.m. təmizlənən sahəyə (yataqxanada yataq otaqları və tədris korpusunda tədris otaqları hesab olunmadan), peşə məktəbinə 1 ştat vahidindən az olmayaraq, hər sonrakı 300 kv.m. təmizlənən sahəyə isə 0,5 əlavə ştat vahidi

30. Yük maşının sürücüsü

1

yük maşını olduqda

31. Avtobus sürücüsü

1

şagirdləri daşımaq üçün nəzərdə tutulmuş avtobus olduqda

32. Ocaqçı (peçqalayan) mövsümü

0,5

1


otaqlarda qızdırıcı peçlərin sayı 5-9 olduqda

otaqlarda qızdırıcı peçlərin sayı 10-15 olduqda



33. Tərbiyəçi

1

yataqxanada yaşayan şagirdlərin faktiki sayı 75 nəfərdən çox olduqda

34. Yataqxana üzrə növbətçi

1

yataqxanada yaşayan şagirdlərin faktiki sayı 50 nəfərdən çox olduqda

35. Gözətçi

3




36. Bağban

1

bağban vəzifəsi 1,5 hektardan artıq bağ, yaşıllıq sahəsi olan peşə məktəbi və peşə litseylərində tətbiq olunur

37. Dəyişək xidmətçisi

1

yataqxanada yaşayan şagirdlərin faktiki sayı 150 nəfərdən çox olduqda

QEYDLƏR.
1. İkinci növbədə tədris olan peşə məktəblərində və peşə litseylərində ehtiyac olduqda ikinci növbənin xidməti üçün ştat cədvəlinə əlavə 4 ştat vahidi (fəhlə vəzifələri və xidmətedici heyət üzrə) daxil edilə bilər.

2. Yeni yaranmış peşə məktəblərinin və peşə litseylərinin ştat cədvəlinə direktor, inzibati təsərrüfat işləri üzrə direktor müavini, baş mühasib, böyük usta ştatları - cəmi 4 ştat, həmin peşə məktəbinin və peşə litseylərinin binasının tikintisinin başa çatmasına və istismara verilməsinə 6 ay qaldıqda daxil edilə bilər.

3. Tədris prosesində elektron-hesablama texnikası tətbiq edilən peşə məktəblərində və peşə litseylərində operator, mühəndis vəzifələri ştata daxil edilə bilər.

Həmin peşə məktəblərində və peşə litseylərində kabinet müdirliyinə və hər bir kabinet üçün əlavə ödəniş verilmir.

4. Ocaqçı-binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi mənzil kommunal sisteminə verilməyən peşə məktəblərində və peşə litseylərində müəyyən edilir:

mərkəzi istilik sistemi olduqda – hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (torf, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv. metrdən çox olduqda isə növbədə 2 ocaqçı vəzifəsi;

mərkəzləşdirilmiş istiliklə təchiz edilən peşə məktəblərində və litseylərdə istilik məntəqəsi və ya elevator olduqda binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boyler, nasos olduqda isə - növbədə bir fəhlə vəzifəsi;

bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulur.

Göstərilən vəzifələrin ümumi sayından bir vəzifə (0,5 vahid sobayandıran vəzifəsi) illik müəyyən edilir.

5. Bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsi (elektromontyor) mənzil kommunal təsərrüfatında qüvvədə olan normativlər uyğun müəyyən edilir.

6. Peşə məktəblərinin ştat cədvəli təsdiq olunarkən şagird kontingentinin sayı 1 yanvar vəziyyətinə götürülür.

________________




Müqavilə ilə fəhlə kadrlarının hazırlığı üzrə peşə məktəblərinin

peşə litseylərinin axşam şöbəsinin ştatları



Vəzifələrin adı

Ştat sayı




1. Axşam şöbəsi üzrə direktorun

müavini




peşə məktəblərində və peşə litseylərində istehsalatdan ayrılmamaq şərtilə hazırlanan fəhlə kadrlarının axşam kurslarında sayı 200 nəfərdən artıq olduqda

2. İstehsalat təlimi ustası




iki qrupa, həftədə 24 saatdan az olmayaraq dərs yükü olduqda

3. Nəqliyyat vasitələrinin

sürücülüyü üzrə istehsalat təlimi

ustası





peşə məktəblərində və peşə litseylərində şagirdlərə əsas peşə ilə yanaşı sürücülük vəsiqəsi verildikdə, hər ustaya 1500 saatdan az olmayaraq tədris yükü olduqda



QEYD. Göstərilən ştatlar peşə öyrənənlərin köçürdüyü vəsait hesabına maliyyələşdirilir.

Orta peşə məktəblərinin və peşə litseylərinin

tədris-istehsalat emalatxanaları
Vəzifələrin adı:


  1. Emalatxana (mətbəə) rəisi (müdiri)

  2. Bütün ixtisaslardan olan mühəndis, iqtisadçı, mühasib

  3. Bütün ixtisaslardan olan texnik

  4. Böyük usta, mətbəələrdə nəzarətçi usta

  5. Usta, sahənin (sexin) nəzarətçi ustası

  6. Fəhlə



Orta peşə məktəblərinin peşə litseylərinin təlim təsərrüfatı
Vəzifələrin adı:


  1. Müdir

  2. Aqronom, zootexnik, baytar həkimi, bütün ixtisaslar üzrə mühəndis, mühasib

  3. Bütün ixtisaslardan olan texnik, baytar, feldşer


QEYD.

1. Tədris-istehsalat emalatxanaları və təlim-təsərrüfat sahələri üzrə ştatlar istehsalatdan və təsərrüfatdan gələn gəlir (büdcədənkənar) hesabına saxlanılır.

2. Tədris-istehsalat emalatxanalarının və təlim-təsərrüfatının ştat cədvəli təsdiq olunarkən vəzifə maaşlarının məbləği xalq təsərrüfatının ayrı-ayrı sahələrinin təşkilat, müəssisə və idarələrində qüvvədə olan normativlərə əsasən müəyyən olunmalıdır.

3. Tədris emalatxanasının və təlim təsərrüfatının müdiri vəzifələri istehsalatdan müvafiq məbləğdə gəlir olduqda müəyyən edilir.



4. Mexanik vəzifəsi istehsalatdan gələn gəlirin hesabına saxlanıla bilər.

5. Peşə məktəblərində stasionar kinoqurğular və kinoaparaturalar olan hallarda istehsalatdan gələn gəlir hesabına 0,5 ştat vahidi kinomexanik saxlanıla bilər.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə