TəSDİq ediLMİŞDİR” “Proxy” mmc-nin Baş Direktoru


LOTEREYANIN ADI, KEÇİRİLMƏ FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ



Yüklə 48,3 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü48,3 Kb.
#108579
1   2   3   4
2. LOTEREYANIN ADI, KEÇİRİLMƏ FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ

2.1. Lotereyanın adı və keçirilmə forması: “Pepsi hər evdə!” stimullaşdırıçı tirajlı lotereya (bundan sonra - “Lotereya”)

2.2. Lotereyanın keçirilməsi ərazisi: Azərbaycan Respublikası

2.3. Lotereyanın başlanılması tarixi: 10 avgust 2020-cü il, saat 09:00

2.4. Lotereyanın bitməsi tarixi: 08 oktyabr 2020-cü il, saat 21:00

3. LOTEREYADA İŞTİRAK HÜQUQU, LOTEREYANIN (HƏR TİRAJIN) UDUŞ FONDUNA DAXİL OLAN HƏR BİR UDUŞUN ADI VƏ MİQDARI, MƏBLƏĞİ VƏ OYNANILMASI QAYDALARI
3.1. Lotereya iştirakçısı qismində könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibləri çıxış edə bilərlər.
3.2. Uduş fondunun oynanılması 68 (altmış səkkiz) tirajla həyata keçiriləcəkdir.

3.3. Lotereyada iştirak aşağıdakı qaydada baş tutur:

3.3.1. Lotereyada iştirak etmək üçün Lotereya keçirilən müddətdə Azərbaycan Respublikası ərazisindəki mağaza və ticarət nöqtələrindən ən azı bir ədəd Məhsul dəyəri ödənilməklə alınır. Hər bir ədəd Məhsul Lotereya turlarının hər birində 1 (bir) şans verir. Hər bir şans Məhsulun qablaşdırılmasının (qapağının) altında yerləşən xüsusi təkrarlanmayan nömrəyə sahib olur və bir lotereya biletinə bərabər tutulan məlumat daşıcıyısında öz əksini tapır. Lotereya iştirakçısı şanslar qazandıqda, onların müqabilində lotereya sistemində müvafiq sayda məlumat daşıyıcılarına sahib olur.

3.3.2. Lotereyada iştirak etmək istəyənlər aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:

Lotereyada iştirak etmək arzusunda olan fiziki şəxs Məhsulun dəyəri ödənildikdən sonra Məhsulun qablaşdırılmasını (qapağını) açaraq, qapağın iç tərəfindəki Unikal kodu (Bundan sonra “Kod”) pulsuz ismarıcla (Bundan sonra “SMS”) 5555 qısa nömrəsinə göndərir. Yalnız “Bakcell” mobil operatorlaruna aid nömrələrdən göndərilən SMS-lər keçərlidir. Lotereyada qeydiyyat həmin kodun qısa nömrəyə uğurla (SMS-in ünvana çatması) göndərilməsi anı sayılır. Lotereya biletininə bərabər tutulan digər məlumat daşıyıcısı qismində Məhsulun üzərində olan qapaq (iç tərəfində xüsusi kodla) qəbul edilir. Lotereya biletininə bərabər tutulan digər məlumat daşıyıcısının eyniləşdirmə nömrəsi qismində müvafiq qapağın iç tərəfində əks edilmiş xüsusi təkrarlanmayan nömrə qəbul edilir. Lotereya iştirakçısı həmin nömrəni bu Şərtlərdə qeyd edilən qaydada SMS-lə qısa nömrəyə uğurla göndərdiyi andan Lotereyada qeydiyyatdan keçmiş hesab edilir. Lotereya İştirakçısının SMS göndərməklə uğurla qeydiyyatdan keçdiyi zaman, ona cavab SMS-i gəlir, hansında ki, Lotereyanın keçirilməsi şərtləri ilə tanış olmaq üçün keçid linki təqdim edilir.

Və ya İştirakçı www.pepsi.promo.az saytına daxil olaraq, şəxsi kabinetində xüsusi pəncərəyə daxil olaraq Lotereya biletininə bərabər tutulan digər məlumat daşıyıcısının eyniləşdirmə nömrəsini (Kodu) daxil edir və qeydiyyatdan keçir və müvafiq saytda Lotereyanın keçirilmə şərtləri ilə tanış olma imkanı əldə edir.

3.3.3. 5555 qısa nömrəsindən cavab SMS-i 6 (altı) saat ərzində gəlir və göndərilən Kodun uduşlu olub-olmamasını ondan sonrakı gün ərzində bildirir. Aşağıdakı cədvəldə 5555 qısa nömrəsindən gələn SMS-lərin mətni və açıqlaması verilmişdir.



Yüklə 48,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin