Sıra №-si
|
Göstəricinin adı
|
Açıqlanması
|
1
|
2
|
3
|
1.
|
Təhlükəsizlik
|
keyfiyyət göstəricilərinə düzgün riayət edilməsidir
|
2.
|
Keyfiyyət
|
göstəricilərin tələbata uyğungəlmə dərəcəsidir
|
3.
|
Keyfiyyət təminatı
|
keyfiyyət idarəetməsinin bir hissəsidir və keyfiyyətin tələbata uyğun gəlməsinə yönəldilir; bu məhsulun keyfiyyətinə ayrılıqda və ya birgə təsir göstərə biləcək amilləri əhatə edir
|
4.
|
Keyfiyyətin idarə olunması sistemi (KİS)
|
təşkilatı keyfiyyətlə bağlı istiqamətləndirən və ona nəzarət edən idarəetmə sistemidir. İstehsal olunmuş komponentlərin keyfiyyətinə etibarlı və müşahidə olunan tərzdə nail olmaq üçün keyfiyyət təminatının ardıcıl tərzdə həyata keçirilməsini təmin edən və sənədləşdirən KİS təşkil olunmalıdır
|
5.
|
Keyfiyyətə nəzarət
|
keyfiyyətin idarə olunmasının bir hissəsidir və göstəricilərin tələblərə uyğun olmasına yönəldilir. Nümunələrin götürülməsini, spesifikasiyasını, müayinəsini, eyni zamanda təşkilati, sənədləşdirmə, uyğunluq testlərinin keçirilməsi və materialların keyfiyyətinin təsdiqinə qədər istifadəyə buraxılmamasını təmin edən əməliyyatları özündə birləşdirir
|
6.
|
Effektivlik
|
planlaşdırılmış fəaliyyətin həyata keçirilməsi və planlaşdırılmış nəticələrə nail olma dərəcəsidir
|
7.
|
Səmərəlilik
|
istifadə olunan resurslarla əldə olunan nəticələrin müqayisəsidir
|
8.
|
İzləmə imkanları
|
nəzərdə tutulan məhsulun hazırlanma tarixi, istifadəsi və yerləşdirilməsinin izlənə bilinməsidir
|
9.
|
Audit
|
müvafiq meyarlara uyğunolma dərəcəsinin təyin olunması məqsədi ilə materialların əldə edilməsi və obyektiv şəkildə qiymətləndirilməsi üçün aparılan mütəmadi, müstəqil sənədləşdirmə prosesidir; işin həqiqətən qəbul olunmuş qaydalar, protokollar və prosedurlar çərçivəsində aparılmasının yoxlanılması üçün bir vasitədir
|
10.
|
Özünüqiymətləndirmə
|
təşkilatlar tərəfindən fəaliyyətlərinin nəticələrini hərtərəfli və mütəmadi şəkildə nəzərdən keçirilməsi və nəticələrin müxtəlif sistemlərlə müqayisə edilməsidir. Bu təkmilləşdirilməsinə ehtiyac olan sahələrin aşkar olunmasına kömək edə bilər
|
11.
|
Peşə səriştəliyinin yoxlanılması
|
laboratoriya işçilərinin qarşılarında qoyulmuş vəzifələrin həyata keçirilməsi səriştəliyini yoxlamaq üçün xüsusi monitorinq alətidir və kənardan gətirilmiş anonim laboratoriya nümunələrinin köməyi ilə həyata keçirilir
|
12.
|
Standart əməliyyat prosedurları
|
əməliyyatların aparılmasının bütün mərhələlərinin təlimatıdır
|
13.
|
Statistik nəzarət
|
istehsal prosesində və ya prosedurunda baş verən dəyişiklikləri göstərən vasitədir
|
14.
|
Qanköçürməyə nəzarət
|
qanın köçürülməsi zamanı arzuolunmaz və gözlənilməz təsirlər haqqında məlumatların aşkar olunması, toplanması və təhlil edilməsindən ibarətdir; qanköçürməyə nəzarətin dərman nəzarəti ilə bağlılığı vardır və qan komponentlərinin təchizindən sonrakı proseslərə yönəldilir, ardıcıl təkmilləşdirilmə məqsədi ilə tibb müəssisəsi və istehsalçı arasında qarşılıqlı əlaqəni təmin edir
|