Təsdiq edilmişdir Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin



Yüklə 0,66 Mb.
səhifə1/18
tarix04.01.2022
ölçüsü0,66 Mb.
#55970
  1   2   3   4   5   6   7   8   9   ...   18

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 18 iyul

tarixli 138 nömrəli qərarı ilə

təsdiq edilmişdir


Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması

QAYDASI

1. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 165 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Bu şərtlər və Qayda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarələrinin balansında olan və Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən meliorasiya və irriqasiya sistemlərinə (bundan sonra- sistemlər) şamil edilir.

3. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan sistemlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarələri tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılan Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli (20 ildən az olmayan müddətə) istifadəsinə aşağıdakı şərtlərlə verilir:

3.1. sistemlərin mövcud qaydalara uyğun istismarının təmin edilməsi, onlara texniki xidmət göstərilməsi, saz və işlək vəziyyətdə saxlanması;

3.2. sistemlərdən yalnız Birliyin xidmət göstərdiyi ərazi hüdudlarında torpaqların suvarılmasında, meliorasiya tədbirlərinin aparılmasında, üzvlərinə və üzvü olmayan şəxslərə suyun verilməsində istifadə edilməsi;

3.3. suvarma zamanı sistemlərə, onların üzərindəki qurğulara, başqa əmlaka və insanların sağlamlığına zərər vura biləcək hallara yol verilməməsi;

3.4. sistemlərin istifadəsinə götürdüyü zaman olduğu vəziyyətinin pisləşməsinə yol verilməməsi;

3.5. sistemlərin mütəmadi olaraq lildən və alaqdan təmizlənməsi, kanal və hidrotexniki qurğuların su mühafizə zolaqlarının istifadə rejiminə riayət edilməsi;

3.6. sistemlərə göstərilən texniki xidmətin müvafiq qaydalara uyğun uçotunun aparılması, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinin yazılı tələbi əsasında göstərilmiş xidmətlər haqqında məlumatların ona təqdim edilməsi;

3.7. sistemlərə verilən suyun dəyərinin və onların istismarı zamanı istifadə edilmiş elektrik enerjisi xərclərinin vaxtında ödənilməsi;

3.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinin yazılı icazəsi olmadan sistemlərdə və qurğularda hər hansı bir yenidənqurma işlərinin aparılmaması;

3.9. sistemlər üzərində istifadə hüququnun tam və ya qismən üçüncü şəxsə verilməməsi.

4. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan sistemlərin Birliyin uzunmüddətli istifadəsinə verilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi ilə Sudan İstifadəedənlər Birliyi arasında bağlanılan müqavilə və inventarlaşdırma aktı əsasında həyata keçirilir. Müqavilənin və inventarlaşdırma aktının nümunəvi formaları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi tərəfindən təsdiq edilir.

5. Sistemlərin Birliyin uzunmüddətli istifadəsinə verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinin və Sudan İstifadəedənlər Birliyinin mütəxəssislərindən ibarət komissiya yaradılır.

6. Komissiya Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli istifadəsinə verilən sistemlərin inventarlaşmasını aparır. Birliyin istifadəsinə verilən sistemlərin texniki vəziyyəti inventarlaşdırma aktında qeyd edilir.

7. Bu Qaydanın 3-cü bəndində göstərilən şərtlər pozulduqda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi Birlikdən pozuntu və nöqsanların optimal müddətlərdə aradan qaldırılmasını tələb edir və bu məqsədlə ona zəruri metodik-texniki yardım göstərir.

8. Bu tələb yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi həmin sistemlərin vaxtından əvvəl geri qaytarılmasını, habelə sistemin xarab edilməsi ilə əlaqədar zərərin ödənilməsini tələb edə bilər.

9. Bu Qaydanın 8-ci və 11-ci bəndlərində göstərilən hallarda və sistemlərdən istifadə hüququ başa çatdıqda, Birlik sistemləri inventarlaşdırma aktı əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinə təhvil verilir.

10. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulan suyun verilməsi qrafikinə dair illik müqavilənin qüvvədə olma müddəti başa çatanadək, həmin müqavilədə nəzərdə tutulan qrafik üzrə suyun verilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi tərəfindən yerinə yetirilir.

11. Sudan İstifadəedənlər Birliyinin sistemin normal istismarını təmin etmək imkanı olmadıqda, Birlik bu sistemi tam və ya hissə-hissə, vaxtından əvvəl, işlək vəziyyətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinə qaytara bilər.

12. Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli istifadəsinə verilmiş sistemlərin mövcud qaydalara və şərtlərə uyğun istismarına və saxlanmasına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi nəzarət edir.

13. Tərəflər arasında yaranan mübahisələr qarşılıqlı razılıq əsasında həll edilməlidir. Tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə, mübahisələr qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə həll olunur.
________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 18 iyul

tarixli 138 nömrəli qərarı ilə

təsdiq edilmişdir


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin