10. “İcraçı”nın vəzifələri:
10.1. bu sazişin şərtlərinə uyğun olaraq “Sifarişçi”ni su ilə təmin etmək;
10.2.”Sifarişçi”yə verilən suyun keyfiyyətində ciddi dəyişikliklər müşahidə edilərsə, bu barədə “Sifarişçi”ni dərhal məlumatlandırmaq;
10.3. hər hansı iki ölçmə arasındakı vaxtda birinci ölçmədə olan su sərfini ikinci ölçməyədək saxlamaq;
10.4. bu sazişin 4.5-ci bəndinə uyğun olaraq su təchizatının azaldılmasına dair əsaslandırılmış təklifini, tələb olunan məlumat və izahatları “Sifarişçi”yə təqdim etmək.
11. Ərazidən axıb çıxan sular
Bu sazişə uyğun olaraq “Sifarişçi”yə verilən və onun xidmət göstərdiyi ərazidən artıq olub kənara axıb çıxan suya hüquqlar “İcraçı”ya məxsusdur.
12. Su təchizatının azaldılması və dayandırılması
12.1. Su mənbəyində sululuğun azalması nəticəsində illik müqaviləyə uyğun olaraq “Sifarişçi”nin tələbatını ödəmək üçün suyun kifayət qədər olmadığı halda, “İcraçı” həmin azalmaya mütənasib olaraq “Sifarişçi”yə verilən suyun həcmini azalda bilər.
12.2. İnsanların həyatına, mülkiyyətə və ya su təsərrüfatı sistemlərinə əhəmiyyətli dərəcədə zərərin vurulması təhlükəsi yarandıqda, onun qarşısını almaq məqsədilə həmin sistemlərdə zəruri araşdırma, yoxlama və ya təmir işlərinin aparılması üçün “İcraçı” “Sifarişçi”yə suyun verilməsini müvəqqəti olaraq dayandıra, yaxud azalda bilər.
Dostları ilə paylaş: |