16. Öhdəliklərin yerinə yetirilməməsinə görə su təchizatının dayandırılması
“Sifarişçi” tərəfindən suvarılan torpaq kimi uçota düşməyən torpaqlarda suvarma apardıqda, “Sifarişçi”nin su haqqının ödəmə vaxtının təxirə salınması haqqında “İcraçı” ilə yazılı razılaşması olmadığı halda su haqqının ödənilməsi 30 gündən çox gecikdirildikdə və bu sazişin 9-cu bəndində göstərilən digər vəzifələr yerinə yetirilmədikdə “İcraçı” müvəqqəti olaraq “Sifarişçi”yə suyun verilməsini dayandıra bilər.
17. Dəbbə pulu
“İcraçı” su haqlarının ödənilmə müddətindən hər bir ötmüş gün üçün “Sifarişçi”dən vaxtında ödənilməmiş məbləğdən (borc məbləğindən) 0,05 faiz miqdarında penya tutmaq hüququna malikdir.
Dostları ilə paylaş: |