4. İllik müqavilələrin bağlanması ilə əlaqədar tərəflərin hüquq və vəzifələri
4.1. “Sifarişçi” bildiriş günü və ya ondan qabaq, barəsində illik müqavilənin bağlanacağı suyun həcmi, suyun verilməsi qrafiki və əkinlərin növləri haqqında ”İcraçı”ya məlumat verməlidir.
4.2. “Sifarişçi” yuxarı həddə bərabər və ya ondan az olan həcmdə suyun verilməsini tələb edə bilər.
4.3. “İcraçı” bildirişi aldıqdan sonra hidrometeoroloji məlumata əsasən növbəti il (və ya suvarma mövsümü) ərzində su mənbəyində ehtimal olunan suyun həcmini hesablayır və bu həcmin “Sifarişçi” də daxil olmaqla bütün birliklərin tələbatına uyğun olub - olmamasını müəyyən edir.
4.4. Hesablama nəticəsində “Sifarişçi”nin tələbatını ödəmək üçün suyun kifayət qədər olduğu müəyyən edilərsə, “İcraçı” bunu “Sifarişçi”yə bildirir və tərəflər müəyyən olunmuş formada illik müqavilə bağlayırlar.
4.5. Hesablama nəticəsində “Sifarişçi”nin tələbatını ödəmək üçün suyun kifayət qədər olmadığı müəyyən edilərsə, tərəflər digər birliklərin tələbatını nəzərə almaqla, su mənbəyindən veriləcək suyun həcminin azaldılmasına dair qarşılıqlı razılığa çatmaq üçün xoş niyyətlə, təxirə salmadan danışıqlara başlayır və bildiriş günündən iki həftə müddətində müəyyən edilmiş formada illik müqaviləni bağlayırlar.
4.6. İllik müqaviləyə uyğun olaraq “İcraçı” tərəfindən “Sifarişçi”yə veriləcək suyun həcmi bu sazişin 14-cü maddəsində göstərilmiş fövqəladə hallar (fors-major) istisna olmaqla bütün digər hallarda sazişin əlavəsində müəyyən edilmiş aşağı həddən az ola bilməz.
4.7. Əgər bu sazişin 4.1-ci yarımbəndinə uyğun olaraq bildlriş günü və ya ondan qabaq bildiriş təqdim edilməyibsə, “Sifarişçi”nin sonradan illik müqavilə bağlayarkən “İcraçı”dan aşağı həddən çox su tələb etmək hüququ yoxdur.
4.8. Əgər bu sazişin 4.1-ci yarımbəndinə uyğun olaraq bildiriş günü və ya ondan qabaq bildiriş təqdim edilməyibsə və “Sifarişçi” bildiriş günündən iki ay müddətində illik müqaviləni bağlamaq niyyətini yazılı surətdə bildirməyibsə, “İcraçı” “Sifarişçi”nin su istəmədiyini ehtimal etməyə haqlıdır və həmin suyu eyni su mənbəyindən təchiz olunan digər birliklərə verə bilər.
Dostları ilə paylaş: |