6. Əlavə verilən suyun həcmi
6.1. Bildiriş günündən qabaq “Sifarişçi” suyun həcmini və verilməsi qrafikini göstərməklə yazılı surətdə tələb edə bilər ki, “İcraçı” ona yuxarı həddən çox su versin.
6.2. “İcraçı” eyni su məntəqəsindən təchiz olunan digər sudan istifadəedənlər üçün suyun kifayət qədər olduğuna əmin olarsa o, əlavə olaraq yuxarı həddən çox “Sifarişçi”yə su verə bilər.
6.3. Əlavə verilən suyun həcmi və qrafiki illik müqavilə ilə müəyyən edilməlidir.
7. Suyun verildiyi yer
“İcraçı” tərəfindən “Sifarişçi”yə suyun verildiyi yer bu sazişə uyğun müəyyən edilən su vermə məntəqəsi və ya qarşılıqlı razılaşmaya əsasən yazılı surətdə rəsmiləşdirilmiş digər yerlərdir.
Dostları ilə paylaş: |