9. Sifarişçinin vəzifələri:
9.1. sudan səmərəli və qənaətlə istifadə etmək, israfçılığa yol verməmək;
9.2. istifadəsinə verilmiş meliorasiya və irriqasiya sistemlərinin saz (lazımi) vəziyyətdə saxlanmasını təmin etmək, onların korlanmasına yol verməmək;
9.3. istifadəsinə verilmiş meliorasiya və irriqasiya sistemlərini istismar etmək, onlarda müvafiq təmir- bərpa işlərini aparmaq;
9.4. yalnız xidmət göstərdiyi ərazi hüdudlarında su paylamaq;
9.5. bu sazişə uyğun olaraq “İcraçı”dan götürdüyü suyun dəyərini tam və vaxtında ödəmək;
9.6. xidmət göstərdiyi ərazidə olan əkinlərin növləri və miqdarı üzrə uçotunu aparmaq və bu sazişin 4.1-ci bəndinə uyğun olaraq göstərilən məlumatları “İcraçı”ya təqdim etmək;
9.7. xidmət göstərdiyi ərazidə suların mühafizəsini, onların çirklənməkdən və zibillənməkdən qorunmasını təmin etmək.
Dostları ilə paylaş: |