Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə
sazişin forması
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə
“İcraçı” - “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin hüquqi şəxs kimi nizamnaməyə əsasən fəaliyyət göstərən _________________________________ idarəsidir.
“Sifarişçi” - “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə nizamnaməyə əsasən hüquqi şəxs kimi fəaliyyət göstərən ________________________________