1.1. illik müqavilə -
|
bu sazişin şərtlərinə uyğun olaraq “İcraçı” ilə “Sifarişçi” arasında hər il bağlanılan müqavilə;
|
1.2. sifarişçinin xidmət
göstərdiyi ərazi -
|
bu sazişin əlavəsində göstərilən, Birliyin istifadəsinə verilmiş meliorasiya və irriqasiya sistemlərindən suvarıla bilən torpaq sahəsidir;
|
1.3. yuxarı hədd-
|
su mənbələrində ( su götürülən su təsərrüfatı obyekti, hidrotexniki qurğu və s.) suyun bolluğu səviyyəsinə (su mənbəyinin sululuğuna) müvafiq olaraq bu sazişin əlavəsində göstərilən, “Sifarişçi”nin “İcraçı”dan tələb edə biləcəyi (suvarma normalarına əsasən) suyun maksimum illik həcmi;
|
1.4. aşağı hədd-
|
bu sazişə uyğun olaraq ”İcraçı” tərəfindən “Sifarişçi”yə verilməli olan, bu sazişin əlavəsində göstərilən suyun minimum illik həcmi;
|
1.5. bildiriş günü -
|
“Sifarişçi”nin suvarma mövsümündə istifadə olunacaq suyun həcmi və suyun verilməsi qrafiki haqqında bildirişi ”İcraçı”ya təqdim etdiyi gün. Bildirişin təqdim edilməsi üçün son müddət bu sazişin əlavəsində göstərilir;
|
1.6. su mənbəyi -
|
bu sazişin əlavəsində göstərilən suyun götürüləcəyi su obyekti və hidrotexniki qurğular;
|
1.7. su vermə məntəqəsi -
|
“İcraçı”nın bu sazişin əlavəsində göstərilən kanal, boru və ya digər qurğudan suyu verəcəyi məntəqə, yaxud məntəqələr (su ayrıclar).
|