5. Dürüstləşdirmə
5.1. İllik müqavilə bağlandıqdan sonra “Sifarişçi” verilən suyun həcminin azaldılmasını və (və ya) suyun verilməsi qrafikinin dəyişdirilməsini tələb edə bilər.
5.2. Belə tələb 14 gün əvvəl yazılı surətdə irəli sürülübsə, “İcraçı” onu yerinə yetirməlidir. Bu halda “Sifarişçi” əvvəl tələb etdiyi, lakin sonradan imtina etdiyi su həcminin dəyərini ödəməyə borclu deyildir.
5.3. “İcraçı” eyni su mənbəyindən təchiz olunan digər birliyi qarşısında öz müqavilə öhdəliklərini nəzərə almaqla, “Sifarişçi”nin tələbatına uyğun olaraq suyun verilməsi qrafikinin dəyişdirilməsi üçün bütün imkanlardan istifadə etməyə səy göstərməlidir. Lakin qrafiki dəyişdirmək iqtidarında olmadığı halda o, “Sifarişçi”yə vurula bilən zərərin əvəzini ödəməyə borclu deyildir.
Dostları ilə paylaş: |