8. Su həcminin ölçülməsi
8.1. Bu sazişə uyğun olaraq “Sifarişçi”yə verilən suyun həcmi “İcraçı” tərəfindən gündə iki dəfə ölçülməlidir. Ölçü avadanlığının quraşdırılması, istismarı və ona texniki xidmət “İcraçı”nın hesabına aparılır. “Sifarişçi” su ölçmə məntəqələrinin saz halda saxlanılmasına və qorunmasına səy göstərməlidir. “Sifarişçi”nin səlahiyyətli nümayəndəsinin ölçmələri müşahidə etmək və suyun həcminin uçotunu aparmaq hüququ var.
8.2 Ölçmələrin nəticələri yazılmalı və hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq edilməlidir. Əgər “Sifarişçi”nin nümayəndəsi ölçmələrdə iştirak etmirsə, “Sifarişçi” “İcraçı”nın ölçmələri ilə razılaşmalıdır.
Dostları ilə paylaş: |