Təsdiq edilmişdir



Yüklə 2,28 Mb.
səhifə8/13
tarix22.10.2017
ölçüsü2,28 Mb.
#9795
1   ...   5   6   7   8   9   10   11   12   13

22 nömrəli cədvəl

Havanın temperaturu (°C-lə)

Geyim

Geyim qatının

yolverilən sayı

18-20

pambıq parçadan geyimlər, qızlar üçün yarıyun və ya qalın pambıq paltar, uzun corab, yuxarı yaş qruplarının uşaqları üçün qolf corablar, ayaqqabı

2-3

21-22

pambıq paltarlar, pambıq parçadan qısaqollu paltar (köynək), corab, ayaqda yüngül çəkmə və ya açıq ayaqqabı

2

23 və yuxarı

pambıq parçadan nazik alt paltarı, yüngül paltar, qolsuz yay köynəyi, corab, açıq yay ayaqqabısı

1-2


1.2. Otaqların sanitariya vəziyyətinə dair tələblər və dezinfeksiya tədbirləri
1.2.1. Bütün otaqlar gündə 2 dəfə yuyucu vasitələr tətbiq olunmaqla, yaş üsulla təmizlənməlidir. Təmizlik işləri pəncərə və nəfəsliklər açıq olan şəraitdə həyata keçirilir. Çirklənən səthlər (qapı və şkafların dəstəkləri, pəncərə altlıqları, elektrik açarları, bərk mebellər) və toz yığılan yerlər (plintus ətrafında və mebel altında döşəmələr, radiatorlar, işıqlanma cihazlarının armaturları, ventilyasiya şəbəkəsi) əsaslı şəkildə təmizlənməlidir.

1.2.2. Yataq otaqlarında nəm üsulla təmizlik işləri uşaqların gecə və gündüz yuxusundan sonra, qrup otaqlarında isə hər dəfə qida qəbulundan sonra həyata keçirilməlidir.


1.2.3. Qrup otaqlarında masaların səthi hər dəfə qida qəbulundan əvvəl və sonra bu məqsədlə ayrılmış əskilər vasitəsilə sabunlu isti su ilə yuyulmalıdır. Sonradan bu əskilər yuyulub qurudulmalı və quru halda ağzı bağlı xüsusi tutumda saxlanmalıdır. Oturacaqlar, bələmə masaları, manejlər və digər avadanlıqlar, eləcə də astarlı müşəmbələr və önlüklər gündəlik olaraq sabunlu isti su ilə silinməlidir.

1.2.4. Texniki məqsədlər (qrup otaqlarının, sanitar qovşaqlarının təmizlənməsi) üçün istifadə olunan su yalnız xüsusi krandan götürülməlidir. İşlənmiş su unitaza töküldükdən sonra istifadəsinə icazə verilən hər hansı bir vasitə ilə dezinfeksiya edilir.

1.2.5. Xalçalar gündəlik olaraq tozsoranla təmizlənir, nəm şotka ilə silinir və ya bu məqsədlə ayrılmış meydançada çırpılır. İldə bir dəfə xalçalar quru kimyəvi üsulla təmizlənməlidir.

1.2.6. Canlı təbiət guşələrində gündəlik olaraq nəm üsulla təmizlik işləri aparılmalı, qəfəslər, yem və su təknələri təmizlənməli, döşənəklər dəyişdirilməli, təknələrdə olan su əvəzlənməlidir. İki həftədə bir dəfə qəfəslər, yem və su üçün təknələr dezinfeksiya edilməli, axar su altında yuyularaq qurudulmalıdır. Dezinfeksiyadan sonra qəfəsə təmiz döşənək və yem qoyulmalıdır.

1.2.7. Epidemioloji vəziyyətdən asılı olmayaraq, sanitar-texniki avadanlıqlar zərərsizləşdirilməlidir. Unitazların oturacaqları, su axıdılan çənlər və qapıların dəstəkləri hər gün sabunlu isti su ilə yuyulur. İstifadədən sonra güvəclər yuyucu vasitələrlə zərərsizləşdirilməlidir. Vannalar, əlüzyuyanlar və unitazlar gündə iki dəfə yuyucu və dezinfeksiyaedici vasitələrdən istifadə edilərək şotkalarla yuyulur.

1.2.8. Tualet üçün nəzərdə tutulan təmizləyici ləvazimatlar (əskilər, vedrələr və şotkalar) aydın nişanlanır və tualet otağında xüsusi şkafda saxlanılır. Təmizləyici ləvazimatların hər biri istifadədən sonra axar isti su və yuyucu vasitələrlə yuyulmalıdır.

1.2.9. 23 nömrəli cədvəldə göstərilən tətbiq sahələrindən asılı olaraq, istifadəsinə icazə verilmiş dezinfeksiyaedici məhlullar (bağlı qablarda) və yuyucu vasitələr (preparatlar) uşaqların əli çatmayan yerlərdə saxlanılmalıdır.




23 nömrəli cədvəl

Sıra №-si

Preparatların adı

Tətbiq sahəsi

tbiq üsulu

1

2

3

4

1.

Kalium-ftorid peroksohidratı (PFK)

cari, yekun və profilaktik dezinfeksiya üçün

otaqların səthinin, mebelin, ağların, qabların, sanitar-texniki avadanlığın və təmizləyici ləvazimatların dezinfeksiyası, onların silinməsi, isladılması və məhlula salınması yolu ilə

2.

Natriumun elektro-kimyəvi fəal məhlul-ları:






qabların, oyuncaq və ağların dezinfeksiyası, məhlula salın-ması (isladılması) yolu ilə


- liolit

cari, yekun və profi-laktik

dezinfeksiya üçün





- katolit


tibbi təyinatlı məmulat-ların sterilizasiyadan qabaq təmizlənməsi üçün






3.

Natrium-hipoxlorid

cari, yekun və profi-laktik dezinfeksiya za-manı obyektlərin zərər-sizləşdirilməsi üçün

otaqların, mebelin, sanitar-texniki cihazların səthinin silinməsi, islatma (ağlar, tə-mizləyici ləvazimatlar), məh-lula salınma (oyuncaqlar, tibbi ləvazimatlar və xəstələrə qul-luq vasitələri) yolu ilə

4.

Natrium xloridin elek-trokimyəvi cəhətdən aktivləşdirilmiş

məhlulları:








silinmə, isladılma və məhlula salınma yolu ilə

- liolit

cari, yekun və profi-laktik dezinfeksiya








- katolit

tibbi alət və ləvazi-matların sterilizasiya-dan əvvəl təmizlənməsi





1

2

3

4

5.

Natrium xloridin

elektrokimyəvi cəhətdən

fəallaşdırılmış məhlulu - neytral anolit



cari, yekun və profi-laktik dezinfeksiya za-manı obyektlərin zərər-sizləşdirilməsi

silinmə, isladılma və məhlula salınma yolu ilə

6.

Belor

sanitar-texniki avadanlıqların və ağla-rın dezinfeksiyası


məhlulda isladılmış şotka və ya əski ilə sürtülməsi və məhlula batırılma yolu ilə

7.

Amfolan - D

sanitar-texniki avadan-lıqların, otaqların səthi-nin, qabların və ağların dezinfeksiyası

işçi məhlul vasitəsilə yaş üsulla təmizləmə, işçi məhlul-la yuma və yaxalama yolu ilə


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin