Təsdiq edilmişdir Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi


İstifadəyə verənin hüquq və vəzifələri



Yüklə 129,1 Kb.
səhifə8/16
tarix04.01.2022
ölçüsü129,1 Kb.
#54863
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
4. İstifadəyə verənin hüquq və vəzifələri
4.1. İstifadəyə verənin hüquqları:

4.1.1. istifadəyə verilmiş Obyektin təyinatı üzrə istifadə edilməsinə, onun ətrafında Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlarının tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına, habelə Obyektin keyfiyyətinə mənfi təsir göstərə biləcək hallara yol verilməməsinə nəzarət etmək;

4.1.2. istifadəyə görə ödəniş məbləğinin vaxtında ödənilməsini tələb etmək;

4.1.3. istifadəyə verilmiş Obyektin təyinatı üzrə istifadəsinə və bu Müqavilənin şərtlərinə əməl edilməsinə nəzarət etmək;

4.1.4. istifadəyə verilmiş Obyektin istifadəsi, vəziyyəti və qorunması barədə İstifadəçidən məlumatlar almaq;

4.1.5. bu Müqavilənin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi və uzadılması barədə qərar vermək;

4.1.6. istifadəyə verilmiş Obyektə İstifadəçinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

4.1.7. istifadəyə verilmiş Obyektdə İstifadəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək;

4.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4.2. İstifadəyə verənin vəzifələri:

4.2.1. bu Müqavilənin şərtlərinə əməl etmək;

4.2.2. istifadəyə verilən Obyekti bu Müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada İstifadəçiyə təhvil vermək.


5. İstifadəçinin hüquq və vəzifələri



Yüklə 129,1 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin