Təsdiq edilmişdir Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi



Yüklə 129,1 Kb.
səhifə9/16
tarix04.01.2022
ölçüsü129,1 Kb.
#54863
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

5.1. İstifadəçinin hüquqları:

5.1.1. istifadəsinə verilmiş Obyektdən bu Müqavilə ilə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə etmək;


5.1.2. bu Müqavilənin uzadılması üçün İstifadəyə verənə təklif vermək;

5.1.3. İstifadəyə verənin razılığı ilə Obyektdən səmərəli istifadə edilməsi məqsədi ilə əlavə tikililər və avadanlıqlar quraşdırmaq;

5.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.2. İstifadəçinin vəzifələri:

5.2.1. istifadəyə götürülmüş Obyektdən bu Müqavilənin, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlarının tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə etmək;

5.2.2. bu Müqavilənin şərtlərinə və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin tələblərinə riayət etmək;

5.2.3. istifadəyə götürdüyü Obyekti bu Müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında İstifadəyə verənə geri qaytarmaq;

5.2.4. istifadəyə götürdüyü Obyektə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;

5.2.5. Obyektdən istifadəyə görə ödənişin məbləğini vaxtında ödəmək;

5.2.6. bu Müqavilənin predmetini təşkil edən fəaliyyətdən kənar işlərə yol verməmək.



Yüklə 129,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin