Təsdiq edilmişdir Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi



Yüklə 129,1 Kb.
səhifə1/16
tarix04.01.2022
ölçüsü129,1 Kb.
#54863
  1   2   3   4   5   6   7   8   9   ...   16

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 21 aprel

tarixli 114 nömrəli qərarı ilə

təsdiq edilmişdir


Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi,

mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə

ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği


  1. Ümumi müddəalar

1.1. “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği” (bundan sonra - Qayda) “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər (bundan sonra - təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.

1.3. Bələdiyyələrin, təbiət istifadəçisinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahələrində təşkil edilmiş yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadə üçün ödənişlər onların təsisçiləri tərəfindən müəyyən olunur və tətbiq edilir.

1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadə üçün ödəniş bu ərazilərin fəaliyyət rejiminin xüsusiyyətləri və istifadənin əlverişliliyi, habelə əldə oluna biləcək gəlirlər, əraziyə dəyə biləcək antropogen təsirlər və onların aradan qaldırılması ilə əlaqədar çəkiləcək xərclər və analoji xidmətlər üzrə müəyyən olunmuş məbləğ və tariflər nəzərə alınmaqla formalaşdırılır.

1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə etməsi təbiət istifadəçisini ətraf mühitin qorunması ilə bağlı tədbirləri yerinə yetirməkdən, təbii ehtiyatlardan səmərəli istifadədən və təbiəti mühafizə qanunvericiliyi aktlarına riayət etməkdən azad etmir.




Yüklə 129,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin