6. Obyektin istifadəyə verilməsi
6.1. İstifadəyə verən bu Müqavilə qüvvəyə mindikdən sonra 5 (beş) iş günü müddətində Obyekti İstifadəçiyə verir.
6.2. Obyektin verilməsi İstifadəyə verənlə İstifadəçi arasında imzalanan aktla rəsmiləşdirilir. Aktda Obyektlə birgə verilən inventar və ləvazimatların, digər əmlakın siyahısı göstərilir. Aktın imzalanması tarixi istifadə münasibətlərinin başlanılması tarixi hesab olunur.
6.3. Bu Müqaviləyə xitam verildikdən sonra 5 (beş) iş günü müddətində İstifadəçi Obyekti yararlı vəziyyətdə İstifadəyə verənə qaytarır və bununla bağlı tərəflər arasında müvafiq akt imzalanır.
Dostları ilə paylaş: |