7. Tərəflərin məsuliyyəti
7.1. Aşağıdakı hallarda Obyektin istifadəsinə görə müəyyən edilmiş ödənişin gecikdirilmiş hər günü üçün bu Müqavilədə göstərilmiş məbləğin 0,05 faizi həcmində qarşı tərəfə dəbbə pulu ödənilir:
7.1.1. istifadəyə verilən Obyekti bu Müqavilədə nəzərdə tutulmuş müddətdə İstifadəçiyə vermədikdə;
7.1.2. İstifadəçi bu Müqaviləyə xitam verildikdən sonra müəyyən olunmuş müddətdə Obyekti geri qaytarmadıqda;
7.1.3. bu Müqavilədə nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədikdə.
7.2. Gecikdirilmiş günlərin sayı 30 (otuz) günü keçdikdə, tərəflərdən hər hansı biri birtərəfli qaydada bu Müqaviləyə xitam verə bilər.
Dostları ilə paylaş: |