9. Mübahisələrin həlli
9.1. Bu Müqavilənin yerinə yetirilməsi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir.
9.2. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələrində baxılır.
10. Qüvvədə olan qanunvericilik
10.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və onun əsasında tərtib olunmuşdur.
11. Müqavilənin dili
11.1. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 (iki) nüsxədə tərtib edilir və 1 (bir) nüsxəsi İstifadəyə verəndə, 1(bir) nüsxəsi İstifadəçidə saxlanılır.
Dostları ilə paylaş: |