Təsdiq edirəm: Azərbaycan Respublikası Təhsil Nazirliyi Nazir M. Mərdanov



Yüklə 18,41 Kb.
tarix24.10.2017
ölçüsü18,41 Kb.
#12213

Təsdiq edirəm:

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

Nazir________M.Mərdanov

___”____________2012-ci il


Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar elektron müraciət üzrə inzibati reqlament


  1. Ümumi müddəalar




    1. Elektron xidmətin adı: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar elektron müraciət.

    2. Elektron xidmətin məzmunu: Nostrifikasiyaya aid olan sayt üç əsas hissədən ibarət olacaq: məlumat hissəsi (xəbərlər, qeydlər, nostrifikasiya qaydaları , Təhsil sənədlərinin tanınması işi üzrə sektorun fəaliyyəti və s.), diplomun təsdiqi üzrə ərizələrin verilməsi üçün formalar və ərizələrin statusunu izləyən bölmə.

    3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyasi) qaydaları”nın təsdiq edilməsi haqqında
      Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin qərarı 

    4. Elektron xidmət göstərən dövlət qrumunun adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi.

    5. Elektron xidmətin digər icraçıları: yoxdur

    6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: tam

    7. Elektron xidmətin icra müddəti: müddətsiz.

    8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Saytın Məlumat hissəsində Təhsil nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektor barədə xəbərlərdən, hesabatlardan ibarət olacaq. Saytın ziyarətçiləri sektorun fəaliyyəti barədə tam dəyərli və operativ məlumat alacaqlar. Saytın xüsusi bölməsində ziyarətçilər diplomun təsdiqi üzrə ərizəni onlayn rejimdə doldura və göndərə biləcəklər. Həmçinin ərizələrinin baxılma prosedurunu izləyə biləcəklər.




  1. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

    1. Elektron xidmətin növü: interaktiv

    2. Elektron xidmət üzrə ödəniş: dövlət rüsumu

    3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər, hüquqi şəxslər, dövlət orqanları

    4. Elektron xidmətin təqdim olunma yeri: http://nostrifikasiya.edu.az

    5. Elektron xidmət barədə məlumatlandırma: 146 nömrəli qaynar xətt, 4969113, www.edu.gov.az

    6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:

  • 146 Qaynar xətt, 4969113

  • Təhsil Nazirliyinə müraciət (496-34-77)




  1. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar




    1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

    2. İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçiləri elektron ərizəni doldurduqdan sonra bütün təqdim edilən sənədlərinin kağız formaları Təhsil Nazirliyində təqdim edilməlidir.

      1. Sorğunun formalaşdırılması: Təhsil nazirliyinin rəsmi İnterent səhifəsində nəzərdə tutulmuş formada həyata keçirilir.

      2. http://nostrifikasiya.edu.az/

    3. Sorğunun qəbulu.

Ərizə vermək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://nostrifikasiya.edu.az) yerləşdirilmiş elektron ərizə ilə müraciət edib, qeydiyyatlarını Təhsil Nazirliyində təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.


    1. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:




  • Müvafiq sənədləri və elektron ərizədəki xanaları dolduraraq, məlumatları təsdiq etməli və sənədlərin kağız formasını Təhsil Nazirliyinə təqdim etmək lazımdır. Həmçinin dövlət rüsumu ödənilməlidir. Əks təqdirdə, müraciətiniz qeydiyyata alınmayacaqdır.




    1. Sorğunun icrası:

  • Elektron ərizənin doldurulması və elektron ərizədəki sənədlərin təqdim olunmasında məsul şəxs istifadəçi özüdür.

  • Qeydiyyat proseduruna nəzarətçi – Təhsil Nazirliyi

  • Elektron ərizəyə baxılma müddəti 30 gündür.

    1. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetrilməsinə nəzarət Təhsil Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə 146 Qaynar xətti fəaliyyətt göstərir.


    1. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Mübahisə predmeti üzrə müsabiqənin qaydaları əsasında qarşılıqlı anlaşma əldə etmək mümkün olmadıqda mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
Yüklə 18,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin