\
Şək. 4 Köməkçi ip və karabinin köməyi ilə öz təhlükəsizliyinin təminatı.
4 .
5.3.18. Öz təhlükəsizliyinin təminatı üçün (şək.5) buz baltasından istifadə etməklə, əsas iplə döşə bağlanmış repşnur ucunda bəndedici düyünün köməyi ilə hərəkət edilir.
5.
Şək.5. Buzyaran baltadan istifadə edərək otlu yamacda özünü saxlama və öz təhlükəsizliyinin təminatı.
5.3.19. Təhlükəsizliyin təminatı dağlarda təhlükəsiz hərəkəti təmin edən tədbirlərdir. Bu bütün hallarda dağ maneələrini keçəndə qopub yıxılmaq qorxusu olan zaman təşkil edilir. Dağ maneələrini keçəndə onların xarakterindən və çətinliyindən, keçmə üsulundan asılı olaraq təhlükəsizliyin təminatı kütləvi, qarşılıqlı və növbə ilə ola bilər.
5.3.20. Kütləvi təhlükəsizlik dağ çaylarını, qayalardan, qarlı, buzlu yamacları keçərkən maneəni tez və xətasız keçmək üçün ipdən, kanatdan məhəccər düzəltməklə tətbiq edilir.
5.3.21. Qarşılıqlı təhlükəsizlik təminatı çətin olmayan, lakin təhlükəli yerlərdə, xüsusən bataqlıqlarda, qarla örtülü yarıqlarda bir biri ilə bağlı hərəkət zamanı tətbiq edilir.
5.3.22. Növbə ilə təhlükəsizlik təminatı bir-birinin ardınca bağlı hərəkətdə çətin yerlərdə ən cüzi qopma və yıxılma təhlükəsi olduqda tətbiq olunur. Növbə ilə təhlükəsizliyin bir çox üsulları vardır, onlardan əsasları çiyindən, beldən, qaya çıxıntısı, qaya qarmağı, buz qarmağı və buz baltası vasitələridir.
5.3.23. Çiyin vasitəsilə təhlükəsizlik (şək.6) başlıca olaraq yuxarıda ayaqlar üçün yaxşı dayaq olanda və düz vəziyyətdə durmaq üçün kifayət qədər yer olduqda tətbiq edilir.
6.
Şək.6. Çiyindən təhlükəsizliyin təminatı.
5.3.24. Bunun üçün böyrü ilə sıçrayış mümkün olan tərəfdə durub, ayaqları dayayıb, ipi çiyindən aşırıb, arxadan sıçrayış olan tərəfdəki qol altından buraxıb, qola elə sarılmalı ki, ip ələ çəçələ barmaq tərəfindən girsin. O biri əllə ipi beldə saxlamalı. Sıçrayışda ipi tez sıxmaq lazım deyil, dartma qüvvəsini azaltmaq üçün azca buraxmaq gərəkdir.
5.3.25. Bel vasitəsilə təhlükəsizlik (şək.7) yuxarıdan ayaqlar üçün yaxşı dayaq olanda tətbiq olunur. Bu halda ip təhlükəsizliyi təmin edənin belindən keçir və o, ipi iki əllə qarşısında tutaraq ya buraxır, ya da yığır. Bu zaman ayaqları dayağa dirəmək lazımdır.
7. 8.
Şək.7. Beldən təhlükəsizliyin təminatı.
5.3.26. Qaya çıxıntısı ilə təhlükəsizlik (şək.8) yaxşı çıxıntılar olan-da tətbiq olunur, lakin çıxıntının iti tinlərini qaya çəkici ilə diqqətlə yonmaq lazımdır ki, dartanda əsas ip zədələnməsin. Yonmadan sonra ip çıxıntıya geydirilir. Təhlükəsizliyi təmin edən ipi iki əllə tutaraq onu rahatca ya çəkir, ya da buraxır.
Şək.8. Qaya çıxıntısı ilə növbəti təhlükəsizliyin təminatı
5.3.27. Çiyin və qaya çıxıntısı vasitəsilə təhlükəsizlik (şək.9) məhdud meydançada yarıq olanda tətbiq olunur. Bu üsulda yarığa qarmaq vurulur, ona karabin (yaylı qarmaq) geydirilir və ondan ip buraxılır. Təhlükəsizliyi təmin edən ipi iki əllə tutur.
Şək.9. Çiyindən və qaya çıxıntısından təhlükəsizlik təminatı.
5.3.28. Buz qarmağı ilə təhlükəsizlik (şək.10) dik buzlu yamaclar-da tətbiq edilir. Bunun üçün əvvəlcədən yuxarıda sıx olmayan qarı təmizləyərək, yonub pilləkən (oyuq) düzəltmək lazımdır. Qarmağı əvvəl yüngül, sonra isə bərk və tez-tez zərbələrlə vurmaq, karabini bağlamaq və ondan ipi keçirmək lazımdır. Təhlükəsizliyi təmin edən ipi tutub daima buz qarmağını izləməlidir, çünki günəş şüalarının təsiri altında buz qarmağın ətrafında əriyə bilər.
10. 11.
Şək.10. Buz qarmağı ilə təhlükəsizliyin təminatı (sağdan vurulmuş buz qarmaqlarının vəziyyəti):
a - dik yamacda;
b - dik yamacda yarılmış pilləkəndə.
Şək. 11. Buz baltası ilə təhlükəsizliyin təminatı.
5.3.29. Buz baltası ilə təhlükəsizlik (şək.11) dik qarlı yamaclarda tətbiq edilir. Əvvəlcə yeri tapdalanır (bərkidilir), sonra buz baltası başlığa qədər sancılır və ipi üstünə atırlar. Sıx qar olanda ip iki əllə tutulmalı, ayağın diz hissəsini qara dayaq etməli, qar yumşaq olanda bir əllə baltanın başlığından yapışmalı, ikinci ilə, yaxud dizlə baltanın başlığına söykənib ipi iki əllə saxlamalı. Təhlükəsizliyi təşkil edəndə hər yerdə və bütün şəraitlərdə təhlükəsizliyi təmin edən ilk növbədə öz təhlükəsizliyini təşkil etməli, sonra isə yoldaşının təhlükəsizliyini təmin edərək hərəkətə başlamağa icazə verməlidir.
5.3.30. Bundan başqa, təhlükəsizliyi təşkil edəndə aşağıdakı qaydaları nəzərə almaq lazımdır:
5.3.30.1. əlverişli təhlükəsiz üsulu tətbiq etməli;
5.3.30.2. dayağın möhkəmliyini diqqətlə yoxlamalı;
5.3.30.3. təhlükəsizliyin təminatı üçün meydança ayaqlardan ötrü dayaq və yaxşı görüş sahəsi olmasını nəzərə alaraq seçilməlidir;
5.3.30.4. təhlükəsizliyi təmin edən təhlükəsizliyini təmin edəcəyi şəxsin dik üstündə və dik altında olmamalıdır;
5.3.30.5. bütün şübhəli hallarda öz təhlükəsizliyini təşkil etmək lazımdır;
5.3.30.6. aşağıdakının təhlükəsizliyini təmin edəndə öz təhlükəsizliyini təmin etmək məcburidir;
5.3.30.7. sıçrayış mümkün olan istiqaməti müəyyən etməli, təhlükəsizliyi təmin ediləcək şəxsin mümkün qədər hər hərəkətini izləməli;
5.3.30.8. təhlükəsizliyi təminetmə ləvazimatını diqqətlə yoxlamalı;
5.3.30.9. təhlükəsizliyi təmin edənin ləvazimatı şəraitə uyğun olmalıdır;
5.3.30.10. təhlükəsizliyi təmin edənlə təmin olunacaq şəxs arasında beşdən artıq qarmaq olmamalıdır, ip ehtiyatı saxlama zamanı buraxmada 1 m-dən az olmamalıdır;
5.3.30.11. təhlükəsizliyi təmin edən mütləq fırtına kostyumunda və əlcəkdə olmalıdır;
5.3.30.12. hərəkət edənin təhlükəsiz yerə çıxıb öz təhlükəsizliyini təminetmə siqnalı olmayınca heç bir halda təhlükəsizliyin təminatına son vermək olmaz;
5.3.30.13. bütün komandalar bərkdən və aydın verilməlidir.
5.4. DAĞ MANEƏLƏRİNİ KEÇMƏ ÜSULLARI
5.4.1. Dağ maneələrini keçmədə ilk vərdişləri öyrənmək üçün məşğələlər dağ idman şəhərciyində keçirilir. Orada müvazinət saxlamaq, ensiz yerdə hərəkət etməyi bacarmaq, yüksəklikdən qorxma hissinə üstün gəlmək, həmçinin qılıcda (iki tərəfi maili tirdə) hərəkəti öyrənmək, kanyonları ayaq və əllərin köməyi ilə, iplə keçmək və s. işlənib öyrənilir. Daşlar olan meydançadan daşdan-daşa tullanmanı öyrənmək üçün istifadə olunur, dağ çaylarını keçəndə sudan çıxıntısı olan daşlardan istifadə zamanı bu üsullardan istifadə olunur. İdman üsulu ilə iplə dırmaşmanı və enməni. Üç nöqtəyə istinad tətbiqi ilə qayalara dırmaşma düzəldilmiş trapesiyada öyrədilir. Divarlarda müxtəlif üsullarla yarıqları keçmək, həmçinin divara dırmaşmaq öyrədilir. Dik otlu yamaca və qayalardan özünün və başqasının təhlükəsizliyini təmin etməyi öyrətmək üçün istifadə etmək olar. Dağ maneələrini keçmədə sonrakı məşğələlər xüsusi hazırlanmış təlim yerlərində və təbii dağ maneələrində taqım (bölük) komandirinin rəhbərliyi altında keçirilir.
Dağ maneələrini keçmə həm dağ ləvazimatının tətbiqi olmadan, həm də onun tətbiqi ilə keçirilməlidir. Şəxsi heyət dağ maneələrini keçəndə təhlükəsizlik tədbirlərini mütləq öyrənməlidir
5.4.2. Otlu yamacları keçmə üsulları. Otlu yamaclar ciddi maneə təşkil etmir, lakin onları keçmə texnikasını bilməyəndə sürüşüb qopmalar mümkündür ki, bu, bədbəxt hadisə ilə nəticələnə bilər. Aşağı hissəsi uçurum olan sahələr xüsusi ilə təhlükəlidir. Dikliyindən və otlu yamacların vəziyyətindən asılı olaraq bunları keçəndə müxtəlif üsullar tətbiq edilir.
5.4.3. Onlardan əsasları aşağıdakılardır:
5.4.3.1. “alına” (“vlob”- alın irəli) qalxma qısa və dik olmayan yamaclara hərəkətdə tətbiq edilir. Bu vaxt ayaq pəncələri açılır və «yoloçka» (bucaq altında) hərəkət edirlər. Pəncələr arasında bucaq yamacın dikliyi artdıqca böyüyür. Ayaq torpağa birdəfəlik qoyulur və mümkün qədər düz yer seçilir. Ayağın burnu (barmaqlar) üstündə hərəkətlərdən çəkinmək lazımdır, çünki bu, tez yorulmağa və sürüşüb yıxılmağa səbəb ola bilər. Bədəni irəli endirməli, hərəkət sıçrayışsız olmalı, müvazinət saxlanmalıdır. Buz baltasından əlavə dayaq nöqtəsi kimi istifadə etmək olar, bu zaman baltanın halqasını ələ geydirmək lazımdır;
5.4.3.2. əyri - üyrü (“ziqzaq”) qalxma dikliyi çox olan yamaclarda tətbiq olunur. Hərəkət zamanı ayaqların qoyuluşuna diqqət verilməlidir: yuxarıdakı ayaq burnu hərəkət istiqamətində, aşağıdakı ayaq isə azca yamacın aşağısına döndərilməlidir. Hərəkət istiqamətini dəyişərək yamacı çəpinə «yarımyolka» üsulunun tətbiqi ilə qalxırlar. Bu istiqamətdə 40-50 m hərəkət edib istiqaməti dəyişdirirlər. Hər dəfə dönmədən əvvəl arxayın olmaq lazımdır ki, onun altında yamacda heç kəs yoxdur. Hərəkət istiqaməti üzü yamaca dönərək dəyişdirilir. Buz baltası öz təhlükəsizliyini təmin etmək üçün daima maili yamaca yönəlmiş hazır vəziyyətdə saxlamalıdır;
5.4.3.3. hərəkət istiqamətinə yanakı (bokom) qalxma çox dik yamaclarda tətbiq edilir. Hər iki ayağın pəncələri bir-birinə paralel qoyulur, yuxarıdakı ayaq qaldırılır və onun pəncəsi möhkəm torpağa qoyulur, ondan sonra aşağıdakı ayaq qaldırılır və yanaşı qoyulur, sonra hərəkət təkrar olunur. Yanakı qalxmada buz baltasından dayaq nöqtəsi kimi istifadə etmək lazımdır.
5.4.4.. Otlu yamacları enərkən qalxmada tətbiq edilən üsullar tətbiq edilir. Seyrək ot bitən yamaclarda hərəkətdə ayaqlar ot dəstələri arasına qoyulur, sıx ot bitən yamaclarda ayaqlar yoxlayıb qoyulur; ayaq-ları əyri yerlərə və daşlar üzərinə qoymaqdan çəkinmək lazımdır, çünki bu, əzələ bəndlərinin zədələnməsinə, müvazinətin itirilməsinə, yığılmasına səbəb ola bilər. Dağ ləvazimatından otlu yamacları keçmək üçün buz baltası tətbiq olunur. Əgər otlu yamac uçurum üzərindədirsə, onu keçəndə təhlükəsizliyi təmin etmək üçün ip tətbiq edilir.
5.4.5. Töküntülər olan yerləri keçmə üsulları. Töküntülər qayaların dağılmasının nəticəsi olub, dağ döşündə yığılan qaya sınıqları və daş qırıntılarıdır. Töküntüləri keçməyin çətinlik dərəcəsi yamacın dikliyindən, qaya sınıqlarının böyüklüyündən və onların sabitliyindən asılıdır. Hamar qayalarda və buzlu yamaclarda töküntülər daha çox təhlükəli olur. Çünki onlar mütəhərrik olur və ayaq altında böyük sürətlə sürüşür.
5.4.6. Buna görə töküntülər üzərində hərəkət ehtiyat və diqqət tələb edir. Töküntülər üzərində hərəkət marşrutu seçəndə nəzərə almaq lazımdır ki, töküntülər yağışdan sonra daha mütəhərrik, yağışdan, yaxud qardan sonrakı şaxtalarda isə xeyli sabit olur.
Dostları ilə paylaş: |