«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


ZƏHƏRLİ TEXNİKİ MAYELƏRLƏ İŞLƏYƏN ZAMAN



Yüklə 1,63 Mb.
səhifə23/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   19   20   21   22   23   24   25   26   ...   29
TTQ FHN emr 150

11. ZƏHƏRLİ TEXNİKİ MAYELƏRLƏ İŞLƏYƏN ZAMAN

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
11.1. Zəhərli texniki mayelərlə (ZTM) işləyərkən təhlükəsizlik tədbirlərini təmin etmək məqsədilə aşağıdakı qaydalara riayət etmək lazımdır:

11.1.1. Qadağan edilir:

11.1.1.1. mayeləri ağzı açıq və hermetik olmayan taralarda saxlamaq;

11.1.1.2. mayeləri boşaldarkən sifon yaratmaq üçün ağızla sovurmaq;

11.1.1.3. mayelərlə işləyərkən siqaret çəkmək və hər hansı qida qəbul etmək;

11.1.1.4. istifadə olunmuş mayeləri kanalizasiyaya boşaltmaq;

11.1.1.5. əlləri yumaq, detalları və geyim formalarını təmizləmək üçün benzindən istifadə etmək;

11.1.1.6. mayeləri yerə tökmək;

11.1.1.7. yük avtomobillərinin kabinasında, minik avtomobillərinin salonunda, həmçinin qida və ərzaq məhsulları ilə birlikdə ZTM –i nəql etmək;

11.1.1.8. hər hansı bir şəxsin ZTM olan qabları belində, çiynində və yaxud qucağında daşıması;

11.1.1.9. ZTM qablarından su və qida məhsullarının daşınması və yaxud saxlanılması.

11.2. Mayeləri boşaldarkən sifon yaratmaq məqsədi ilə nasos və yaxud armudu rezin şlanqlardan istifadə etmək lazımdır.

11.3. Yanacaq çənlərini təmizləyərkən fərdi mühafizə vasitələrindən (PŞ - 1, PŞ - 2 şlanqlı əleyhqaz, xilasedici kəmərdən, rezin çəkmə və brezent əlcəklər) istifadə etmək, işin sonunda isə həmin vasitələr təmiz yuyulmalı və qurudulmalıdır. ZTM - lə işləyərkən, işlərin hansı həcmdə yerinə yetirilməsindən asılı olmayaraq respiratoplardan istifadə olunmalıdır.

11.4. ZTM – lə (benzindən başqa) bütün işlər xüsusi geyimlərdə yerinə yetirilməlidir.

11.5. İşin sonunda əllər sabunla və ya isti su iə təmiz yuyulmalıdır. Mayedən kənara sıçrantıların olması ehtimalı olduqda, mühafizə eynəklərindən istifadə olunmalıdır. Əgər gözlərdə kəskin ağrılar və tənəffüs orqanlarında qıcıqlanma baş verərsə, dərhal fərdi mühafizə vasitələrini geyinilməsi lazımdır.

11.6. ZTM – lə təmasda olan hər bir şəxs müntəzəm olaraq həkim müayinəsindən keçməlidirlər.

11.7. İşlərin yerinə yetirilməsi zamanı geyimin üzərinə maye düşərsə, həmin geyimi çıxartmaq, tökülən yeri su ilə təmiz yumaq lazımdır və otağın havasını dəyişmək lazımdır. Çirklənmiş mayeni sönmüş əhənglə neytrallaşdırmaq, şüşə qablara yığmaq və su mənbələrindən kənar bir yerdə torpağa basdırmaq lazımdır.

11.8. ZTM – in qalıqlarından azad edildikdən sonra saxlama, ötürmə və nəqletmə vasitələri xüsusi meydançalarda çoxlu su ilə yuyulmaqla, buxara verilməklə və qurudulmaqla zərərsizləşdirilir.

11.9. ZTM saxlanılan hər bir qabın üzərində aşağıdakı məzmunda silinməyən yazı olmalıdır:

11.9.1. ZTM - in adı və markası;

11.9.2. standartın işarəsi;

11.9.3. ZTM – i istehsal edən zavodun satış nişanı;

11.9.4. qabın kütləsi (netto, brutto) və yaxud həcmi;

11.9.5. hazırlanma tarixi (ay və il);

11.9.6. partiyanın nömrəsi;

11.10. “Zəhər”, asan alışan mayelər üçün isə əlavə olaraq ”Oddan təhlükəlidir” yazıları.

11.11. ZTM olan qabların əllə daşınması xüsusi arabalarda və yuvalı xərəklərdə həyata keçirilir. Daşınmaya başlamazdan əvvəl qabların etibarlığı yoxlanılır. ZTM olan qabları çevirmək, sürümək və tullamaq qəti qadağandır.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin