«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


RABİTƏ VASİTƏLƏRİNİN İSTİSMARI ZAMANI



Yüklə 1,63 Mb.
səhifə25/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   21   22   23   24   25   26   27   28   29
TTQ FHN emr 150

13. RABİTƏ VASİTƏLƏRİNİN İSTİSMARI ZAMANI

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
13.1. Aparuturanı işə salmazdan əvvəl torpaqlama və qidalanma naqillərinin düzgün və etibarlı qoşulduğunu yoxlamaq lazımdır. Qoruyucuların qoşulub çıxardılması yalnız gərginlik söndürüldükdən sonra icra olunmalıdır. Yalnız saz vəziyyətdə və iş üçün təhlükəsiz olan elektrik alətlərindən istifadə olunmalıdır. 220V gərginlikdən istifadə olunması nəzərdə tutulan alətlərin dəstəyi izoləedici materialla izolə edilməlidir.

13.2. Qadağandır:

13.2.1. hər hansı aparat və texniki vasitələrə xidmət göstərməyə icazəsi olmayan şəxsi heyətin həmin aparat və vasitələrdə işləməsi;

13.2.2. elektrik alətlərin və daşınması elktrik çıraqlarının avtotransformatorlardan qidalandırılması;

13.2.3. elektrik lampalarının burma yolu ilə yandırılıb söndürülməsi (nasaz elektrik lampalarını yalnız gərginlik söndürüldükdən sonra dəyişmək olar);

13.2.4. nasaz və istismar müddəti bitmiş qoruyucu vasitələrdən istifadə olunması;

13.2.5. işləyən aparatın nəzarətsiz qoyulması;

13.2.6. aparat gərginlik altında olarkən onun bloklarının çıxardılması, radiolampaların,qoruyucuların və başqahissələrin dəyişdirilməsi, naqillərin başqa qayda üzrə montaj olunması;

13.2.7. sıxac və keçiricilərin gərginlik olmasının əl ilə və ya cərəyan keçirən vasitələrlə yoxlanması;

13.2.8. gərginlik itdiyi zaman hər hansı bir işə başlayacaq cərəyanötürücü qurğulara toxunmaq;

13.2.9. torpaqlamanı qaz və yanacaq keçən borulara birləşdirilməsi;

13.2.10. aparatura gərginlik altında olarkən onun daxili montajının yoxlanılması, blokları təmizləmək üçün çıxarılması.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin