«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi



Yüklə 1,63 Mb.
səhifə3/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   2   3   4   5   6   7   8   9   ...   29
TTQ FHN emr 150

3. Təlimatlandırma
3.1. Təhlükəsizlik tədbirləri üzrə şəxsi heyətlə aşağıdakı növ təlimatlar keçirilir:

3.1.1. giriş təlimatlandırılması;

3.1.2. ilkin təlimatlandırma (təlim və yaxud iş yerində);

3.1.3. təkrar təlimatlandırma;

3.1.4. gündəlik təlimatlandırma;

3.1.5. plandan kənar təlimatlandırma.

3.2. Giriş təlimatlandırılması - xidmət müddətindən və ixtisasından asılı olmayaraq hərbi hissəyə və bölməyə gələn bütün yeni əsgərlərlə hərbi hissədə məşğələlərin keçirilməsi və texnikaların istismarının xüsusiyyətləri ilə tanış etmək məqsədi ilə keçirilir.

3.3. Təlimatlandırılmanın gedişində hərbi qulluqçular aşağıdakıları öyrənirlər:

3.3.1. günün nizam qaydalarının tələblərini;

3.3.2. hərbi hissənin ərazisini və sərhədlərini, yaşayış və qeyri-yaşayış binalarının yerləşməsini;

3.3.3. park elementləri və qurğularını, texnikaların istismar xüsusiyyətlərini;

3.3.4. hərbi hissədə təhlükəsizlik tədbirləri üzrə qəbul olunmuş ümumi qaydaları.

3.4. İlkin təlimatlandırma (təlim və yaxud iş yerində) - bölmə komandiri, məşğələ rəhbəri və yaxud işlərin yerinə yetirilməsinə təyin edilən başçı tərəfindən hərbi qulluqçu texnikaya (qurğuya) təhkim olunduqda, ixtisasının dəyişdirilməsi ilə əlaqədar iş yerini dəyişdikdə, bölməyə yeni markalı texnika (qurğu) daxil olduqda, həmçinin işlərin yerinə yetirilmə xüsusiyyətlərində hər hansı bir dəyişiklik baş verdikdə keçirilir. Təlimatlandırma hərbi qulluqçunun xidmət müddətindən, ixtisasından və iş stajından asılı olmayaraq keçirilir.

3.5. Təlimatlandırılmanın gedişində hərbi qulluqçular aşağıdakıları öyrənməlidirlər:

3.5.1. təyin olunduğu iş və yaxud təlim yerinin ixtisası üzrə vəzifələrini;

3.5.2. təlim və yaxud iş yerinin saxlanılma qaydalarını;

3.5.3. qurğunun quruluşunu, ona texniki xidmətin göstərilməsini, təhlükəsiz istismarı qaydalarını;

3.5.4. alətləri və onlarla davranış qaydalarını;

3.5.5. təlim və yaxud iş yerlərində olan elektrik qurğuları ilə davranış qaydalarını;

3.5.6. xüsusi geyimlərdən və mühafizə qurğularından istifadə qaydalarını;

3.5.7. təhlükəli və çətin vəziyyətlərdə fəaliyyət göstərmək ;

3.5.8. təyin olunduğu iş və yaxud təlim yerində təhlükəsizlik qaydalarına riayət olunması üzrə təlimatları.

3.6. Komandir (məşğələ rəhbəri, iş başçısı) əmin olduqdan sonra ki, həqiqətən bütün hərbi qulluqçular təhlükəsizlik texnikalarının yerinə yetirilmə tələblərini mənimsəyiblər, o halda onları müstəqil olaraq işlərin yerinə yetirilməsinə buraxır.

3.7. Bölmə komandiri tərəfindən rüb ərzində (3 ayda) bir dəfədən az olmayaraq hərbi qulluqçularla fərdi və yaxud qrup şəklində (10-15nəfər) əvvəllər onlar tərəfindən mənimsənilən fənd və üsulların təhlükəsiz yerinə yetirilməsinin təkrarlanması məqsədi ilə təkrar təlimat keçirlir.

3.8. Gündəlik təlimatlandırma - bölmə komandiri tərəfindən hər məşğələyə və işlərin yerinə yetirilməsinə başlamazdan əvvəl, həmçinin onların gedişində və aşağIdakI hallarda keçirilir:

3.8.1. məşğələnin keçirilmə şəraiti, texnoloji prosessi dəyişdirilərkən hansı ki, şəxsi heyətin təhlükəsizlik tədbirlərində dəyişikliklər edilməsini tələb edir;

3.8.2. məşğələnin və işlərin gedişində hərbi qulluqçular tərəfindən təhlükəsizlik tədbirləri pozularsa;

3.8.3. təhlükəli işlər yerinə yetirilərkən;

3.8.4. məşğələ və işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik tədbirləri üzrə məniməsənilən üsul və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə.

3.9. Plandan kənar təlimatlandırma - hərbi qulluqçular tərəfindən təhlükəsizlik tədbirləri üzrə təlimatların tələbləri pozulduğu hallarda, texnikanın istismarı ilə əlaqədar, xilasetmə işlərinin aparılması zamanı və məşğələlərin (təlimlərin) gedişində bədbəxt hadisə baş verdikdə hərbi hissə komandiri və onun müavinlərinin göstərişləri ilə bütün birbaşa rəislər və bu məqsədlə təyin olunmuş şəxslər tərəfindən keçirilir.

3.10. Təhlükəsizlik tədbirlərinin pozuntusu nəticəsində bədbəxt hadisə törədən hərbi qulluqçularla plandan kənar təlimat keçirilməyincə işlərə buraxılmırlar.

3.11. Şəxsi heyətin miqdarından, yerinə yetiriləcək işlərin müddətindən asılı olmayaraq təhlükəsizlik tədbirləri üzrə təlimatların şəxsi heyətə çatdırılması bütün dərəcəli komandirlər, rəislər və obyekt rəhbərləri üçün mütləqdir.


4. TƏLİMLƏRİN, DÖYÜŞ HAZIRLIĞI ÜZRƏ MƏŞĞƏLƏLƏRİN KEÇİRİLMƏSİ, XİLASETMƏ İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ, TEXNİKA VƏ QURĞULARIN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ QAYDALARI

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin