«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi



Yüklə 1,63 Mb.
səhifə15/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
TTQ FHN emr 150

Şək.12. Buz baltasına dayanaraq az sabit töküntülərdə qalxma.

Şək.13. Buz baltasına dayanaraq az sabit töküntülərdə enmə.
5.4.7. Töküntülərdə yamacın dikliyindən asılı olaraq, əsasən, otlu yamaclarda olduğu kimi aşağıdakı üsullarla qalxırlar: «alına», əyri-üyrü (ziqzaq), tarversləmə (yamacın dikliyinə köndələn eyni yüksəklikdə hərəkət etməklə).

5.4.8. Xırda az sabit töküntülərdə (şək.12) ayağı tam qoyub, pəncələri kənara (yana) döndərməklə qalxırlar. Növbəti ayaq töküntünün hərəkəti tam dayanandan sonra qoyulur və hərəkət davam etdirilir. Buz baltasından əlavə dayaq və təhlükəsizlik təminatı kimi istifadə olunur. Buz yamaclarında və qaya laylarında nazik qatla yerləşən töküntülər üzərində, xüsusən uçurum yaxınlığın-da hərəkət edərkən çox ehtiyatlı olmaq lazımdır. Orta töküntü üzərinə qalxanda ehtiyatla, daşdan daşa tullanaraq, bundan ötrü isə möhkəm yerləşən, ayaq qoymağa rahat olan daşları seçmək lazımdır.

5.4.9. Dik töküntü üzərinə qalxanda çox böyük olmayan qaya parçaları seçmək lazımdır ki, böyük qayaya dırmaşmaq, sonra kiçik qayaya tullanıb düşməyə ehtiyac olmasın.

5.4.10. Töküntülər üzərində enmə texnikası qalxmada olduğu kimidir. Az sabit kiçik töküntülər üzərində arxası yamaca buz baltasına dayanıb enirlər, qaya qırıntılarının sürüşməsindən isə aşağı hərəkəti sürətləndirmək üçün istifadə olunur (şək.13).

5.4.11. Qarlı yamaclardan keçmə üsulları. Yüksək dağ rayonlarında hətta yayda dağların əksər yamacı qarla örtülü olur. Günəşin, küləyin və şaxtanın təsiri altında qar ilk vəziyyətini dəyişdirir, sıxlaşır və iri dənəli qara çevrilir.

5.4.12. Diklikdən və yamacdakı qarın vəziyyətindən asılı olaraq, qarlı yamacları keçəndə müxtəlif üsullar tətbiq edilir. Ən əlverişlilər aşağıdakılardır: dikliyi 35°-yə qədər, sıx qar yatan yamaclarda “alına”, “yoloçka” və “əyri-üyrü” qalxma tətbiq edilir. Qalxma zamanı botinkaların burnu və altı ilə vurulub düzəldilən pilləkənlərdən istifadə olunur; buz baltasından təhlükəsizliyin təminatı üçün istifadə edilir; üç taktla alma qalxma (şək. 14) dikliyi 35°-dən çox olan yamaclarda tətbiq olunur: buzyaran balta yamacda yuxarıda qara sancılır, sonra əsgər bir ayaq üstə duraraq baltaya dayaq edib o biri ayağını hərəkət istiqamətində yuxarı keçirir və qarda vurub pillə düzəldərək ayağını ora möhkəm qoyur. Bundan sonra o biri ayağı ilə vurub sonrakı pilləni düzəldir və ayağını ora qoyur. Sonra isə bu hərəkət təkrar edilir.



14.

Şək.14. Üç taktla «alına» qalxma (buz baltasından istifadə etməklə).
5.4.13. Qarlı yamac bir neçə üsulla kəsilib keçilir:

5.4.13.1. üzü hərəkət istiqamətində (şək. 15), bu vaxt pillələr ayaqqabının yan hissəsi ilə düzəldilir. Buz baltasından təhlükəsizlik üçün istifadə olunur;

5.4.13.2. yanakı hərəkət istiqamətində üzü yamaca (şək. 16), bu vaxt pillələr ayaqqabının burnu ilə növbə ilə vurulur, buz bal-tası dayaq olur, ayağı bir-birinə yanaşı qoymaqla hərəkət edilir (iki-üç dayaq nöqtəsi qaydasına riayət etməklə).



15

5.4.14. Diklikdən və qarın vəziyyətindən asılı olaraq qarlı yamaclar-da enmə qalxmada olduğu kimi eyni üsulla həyata keçirilir. Bundan başqa, təhlükəsiz yamaclarda yol yaxşı tanış olduqda sürüşmə ilə enmə tətbiq olunur (şək. 17). Bu vaxt ayaqlar azca aralı saxlanılır və yarımbükülü olur, müvazinəti saxlamaq üçün buz baltası yanda, mili qara sancılmış olmalıdır. Dayanmaq və tormozlanmaq üçün pəncələri banlara keçirmək, yaxud ayağı yamaca köndələn qoymaq lazımdır.. Qarlı yamaclarda hərəkətdə dağ ləvazimatından buz baltası, trikonlu botinkalar və ondişli qarmaqlardan istifadə olunur. .



Şək.15.Qarlı yamacı üzü hərəkət istiqamətində keçmə.
5.4.15. Dik və mürəkkəb yamacları trikonlu botinkalarla sıx və keçmək lazımdır, buzlaşmış qarlarda isə ondişli qarmaqları geymək və təhlükəsizliyin təminatı üçün ip tətbiq etmək lazımdır. Uçqun təhlükəli yamaclardan çəkinmək və əksəriyyətdə silsilələrlə hərəkət etmək lazımdır. Əgər qar axını təhlükəsi olan yamacı kəsib keçmək lazımdırsa, o, gün çıxana qədər, artırılmış distansiyalarla keçilməlidir. Hərəkət izbəiz olmalıdır.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin