«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


Təhlükəsizlik tədbirlərinin təşkil edilməsi və yerinə yetirilməsi üzrə vəzifəli şəxslərin vəzifələri



Yüklə 1,63 Mb.
səhifə2/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   2   3   4   5   6   7   8   9   ...   29
TTQ FHN emr 150

2. Təhlükəsizlik tədbirlərinin təşkil edilməsi və yerinə yetirilməsi üzrə vəzifəli şəxslərin vəzifələri
2.1. Manqa (heyət, ekipaj) komandiri* manqada (heyətin, ekipajın) məşğələlər keçirilərkən və işlər yerinə yetirilən zaman manqanın şəxsi heyəti tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdehdir.

2.2. O borcludur:

2.2.1. təhlükəsizlik qaydalarını bilməli, müntəzəm olaraq şəxsi heyət tərəfindən onların necə mənimsənilməsini yoxlamalı;
*Digər qurumlarda həmin vəzifələrə uyğun vəzifələr nəzərdə tutulur.

2.2.2. tabeçiliyində olan şəxsi heyətdən nizam – intizama riayət etmələrini tələb etməli;

2.2.3. daima tabeçiliyində olan şəxsi heyətin yerini bilməlidir;

2.2.4. atışdan sonra şəxsi heyətin üzərində döyüş güllələrinin və boş gilizlərin qalmadığına nəzarət etməli;

2.2.5. zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsinin təşkil edilməsi qaydalarını bilməli;

2.2.6. manqanın silah və texnikalarına, əmlaklarına gündəlik baxışlar keçirməli, onların daima təmiz və texniki cəhətdən saz vəziyyətdə olmalarını təmin etməlidir.

2.3. Bölüyün baş çavuşu borcludur:

2.3.1. Vaxtında silahların alınmasını təşkil etsin və müntəzəm olaraq onlara baxış keçirtsin, onların mövcudluğunu yoxlasın, düzgün istismar edilməsinə və qorunub –saxlanmasına ciddi nəzarət etsin və dəqiq qeydiyyatını aparsın;

2.3.2. bölük komandirinin icazəsi ilə qarovulun şəxsi heyətinə, hərbi hissə növbətçisinin icazəsi ilə isə növbətçi bölməyə döyüş sursatları versin və geri təhvil verilərkən şəxsən qəbul etsin və onların mövcudluğunu yoxlasın;

2.3.3. bölükdən qarnizon daxilində işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan komandaların hazırlığını yoxlasın və onların göndərilməsini təşkil etsin, qarnizondan kənar göndərilən bölmələri isə yoxladıqdan sonra hərbi hissə növətçisinə təqdim etsin;

2.3.4. bölüyün şəxsi heyətini şəxsən hamama aparsın və tibbi müayinədən keçmək üçün hərbi hissənin tibb məntəqəsinə təqdim etsin;

2.3.5. hərbi hissədən kənara buraxılan şəxsi heyətin üst-başlarını, onların ictimai yerlərdə davranış qaydaları üzrə biliklərini yoxlasın və onlara buraxılış vərəqələri versin;

2.3.6. müntəzəm olaraq bölüyə məxsus yanğınsöndürmə vasitələrinin mövcudluğunu və onların texniki saz vəziyyətdə saxlanılmasını yoxlasın, bölüyün şəxsi heyəti tərəfindən yanğın təhlükəsizliyi tədbirlərinə riayət etməsinə nəzarət etsin.
2.4. Taqım komandiri borcludur:

2.4.1. taqımda olan silahların, texnikaların və qurğuların material hissələrini, istismar etmə və saxlanılma qaydalarını bilsin, onların tətbiq etməyə hazırlığını yoxlasın və onlardan düzgün istifadə edilməsinə nəzarət etsin;

2.4.2. iki həftədə bir dəfədən az olmayaraq taqımda olan silahların, texnikaların, qurğuların, ləvazimat və əmlakların düzgün istismar edilməsini və saxlanılmasını yoxlasın, qaydalarını bilsin və onların tətbiq etməyə hazırlığını yoxlasın;

2.4.3. təlim və məşğələlərə cəlb olunan silah və texnikaların hazırlığını yoxlasın, təlim və məşğələlərdən sonra isə onlara texniki qulluğun göstərilməsini təşkil etsin;

2.4.4. məşğələlər keçirilərkən, atış üzrə məşqlərdə və işlərin yerinə yetirilməsi zamanı taqımın şəxsi heyətindən təhlükəsizlik tədbirlərinə riayət olunmasını tələb etsin.
2.5. Bölük komandiri borcludur:

2.5.1. məşğələ və işlərə başlamazdan əvvəl bölmənin şəxsi heyəti ilə təlimatlar keçirtsin;

2.5.2. bölüyün zabit, gizir, çavuş və əsgərlərinin təhlükəsizlik tədbirlərinin düzgün yerinə yetirmələri üzrə bilik səviyyələrini və praktiki vərdişlərini yoxlasın;

2.5.3. məşğələlərdə və texnika üzərində işləyərkən bölüyün şəxsi heyətindən təhlükəsizlik qaydalarına riayət etmələrini tələb etsin, vaxtlı – vaxtında mühafizə qurğularının və xüsusi geyimlərin alınmasını və onların saxlanılmasını və təmirini təşkil etsin;

2.5.4. bədbəxt hadisələrin baş vermə səbəblərini araşdırsın, təhlil etsin və onlar barəsində öz bilavasitə rəislərinə və hərbi hissə komandirinə məruzə etsin;

2.5.5. bölükdə olan silahların, texnikaların və qurğuların material hissələrini, istismar edilmə və saxlanılma qaydalarını bilsin, onların tətbiq etməyə hazırlığını yoxlasın və onlardan düzgün istifadə edilməsinə nəzarət etsin;

2.5.6. təyin olunmuş qaydada bölüyün şəxsi heyətinin qeydiyyatını aparsın, daima şəxsi heyətin, sayı və harada olmaları barədə, həmçinin bölüyün silah, texnika və yanacaq sürtgü materiallarının varlığı və vəziyyəti barədə məlumata malik olsun;

2.5.7. bölüyün şəxsi heyətinin problemərinə diqqət yetirsin, onların təyin olunmuş təminat normaları ilə təmin olunmalarına ciddi fikir versin;

2.5.8. vaxtında kazarma inventarlarının, əşya və digər əmlakların alınmasına, onlardan düzgün istifadə edilməsinə və qorunub-saxlanılmasına nəzarət etsin, bölüyün silah, texnika və qurğularının düzgün istismar edilməsini, texniki qulluğun göstərilməsini təşkil etsin, ayda bir dəfədən az olmayaraq onların varlığını, qeydiyyatını və texniki vəziyyətini yoxlasın;

2.5.9. təlim və məşğələlərə cəlb olunan silah və texnikaların hazırlığını yoxlasın, təlim və məşğələlərdən sonra isə onlara texniki qulluğun göstərilməsini təşkil etsin, qəzaların, bədbəxt hadisələrin və sınmaların xəbərdar edilməsi üzrə tədbirlər həyata keçirtsin;

2.5.10. bölüyün yaşayış və qeyri-yaşayış binalarından düzgün istifadə edilməsinə, təhkim olunmuş ərazinin təmiz olmasına, həmçinin bölükdə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etsin.

2.6. Tabor komandiri borcludur:

2.6.1. bölmələrdə olan silah, texnika və qurğuları bilsin, onların düzgün istifadəsini, saxlanılmasını və onlara texniki qulluğun göstərilməsini təşkil etsin, üç ayda bir dəfədən az olmayaraq onların varlığını, qeydiyyatını və texniki vəziyyətini yoxlasın;

2.6.2. təlim və məşğələlərdə, atışlarda şəxsi heyətdən döyüş sursatları, silah və texnikalarla davranan zaman təhlükəsizlik tədbirlərinə riayət etmələrini tələb etsin, texnikalarla qəzaların, bədbəxt hadisələrin və sınmaların xəbərdar edilməsi üzrə tədbirlər həyata keçirtsin;

2.6.3. taborun yaşayış və qeyri-yaşayış binalarından düzgün istifadə edilməsinə, taborun bölmələrinə təhkim olunmuş ərazilərin təmiz olmasına, həmçinin bölmələrdə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etsin.

2.7. Birləşmənin (hərbi hissənin) şöbə və xidmət rəisləri borcludurlar:

2.7.1. vaxtında tabeçiliyində olan bölmələrin şəxsi heyətinə təhlükəsizlik tədbirlərinin çatdırılmasını, onlardan bu tədbirlərin düzgün yerinə yetirmələrini və ciddi riayət etməılərini tələb etsinlər;

2.7.2. silah və texnikaların, hərbi əmlakların istismarı, təmiri və onlara texniki qulluq göstərilən zaman təhlükəsizlik və yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsinə ciddi nəzarət etsinlər;

2.7.3. iki ayda bir dəfədən az olmayaraq tabeçiliyində olan bölmələrdə və xidmətin anbarlarında maddi vəsaitlərin, silah, texnika və qurğuların varlığını, qeydiyyatını, qorunub saxlanılmasını və texniki vəziyyətini yoxlasınlar;

2.7.4. bədbəxt hadisələrin araşdırılmasında və onların təhlilində iştirak etsinlər.

2.8. Birləşmə (hərbi hissə) komandirinin maddi-texniki təminat (MTT) üzrə müavini borcludur:

2.8.1. texnikaların istismarı, təmiri və onlara texniki qulluq göstərilərkən təhlükəsizlik tədbirlərini təşkil etsin;

2.8.2. silah, texnika və qurğuların texniki cəhətdən düzgün istifadə edilməsini, onlara texniki qulluğun göstərilməsini, təmirini və təxliyyəsini təşkil etsin, üç ayda bir dəfədən az olmayaraq xidmətlərin anbarlarında və bölmələrdə olan maddi vəsaitlərin, silah, texnika və qurğuların varlığını, qeydiyyatını, qorunub saxlanılmasını və texniki vəziyyətini yoxlasın;

2.8.3. texnika və silahların istismarı, təmiri və onlara qulluq göstərilən zaman təhlükəsizliyi təmin edən tədbirlər planının işlənilib hazırlanmasına rəhbərlik etsin;

2.8.4. müntəzəm olaraq bölmələrin şəxsi heyətinin təhlükəsizlik tədbirlərinin düzgün yerinə yetirmələri üzrə bilik səviyyələrini və praktiki vərdişlərini yoxlasın;

2.8.5. yanacaq – sürtgü materiallarının düzgün tətbiqinə və keyfiyyətinə nəzarəti həyata keçirtsin, onlarla davranan zaman təhlükəsizlik qaqydalarına riayət olunmasını daima nəzarətdə saxlasın;

2.8.6. bütün yaşayış və qeyri-yaşayış binalarından, kazarma inventarından, və mebellərindən düzgün istifadə edilməsini, hərbi hissənin ərazisinin təmiz saxlanılmasını təşkil etsin, hərbi hissədə yanğından mühafizə tədbirlərinə riayət olunmasına nəzarət etsin;

2.8.7. iş yerlərində (texnika və silıahların, ərzaq, əşya və digər xidmətlərin texniki vasitələrinin istismarı zamanı) müvafiq xidmət rəisləri tərəfindən texniki təhlükəsizlik üzrə təlimatların işlənilib hazırlamalarına rəhbərlik etsin;

2.8.8. təlimatların keçirilməsinə nəzarət etsin, bölmə komandirləri və digər vəzifəli şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunması məqsədi ilə təlimatları düzgün təşkil etməkləri üçün onlarla nümunəvi məşğələlər təşkil edib keçirtsin;

2.8.9. naryaddan əvvəl park və yeməkxana üzrə növbətçiləri təlimatlandırsın;

2.8.10. hərbi hissədə yerinə yetirilən işlərin təhlükəsizliyini təmin edən şəraitin yaradılması məqsədi ilə tədbirlər həyata keçirtsin;

2.8.11. bədbəxt hadisələrin baş vermə səbəblərini təhlil etsin və onlar barəsində hərbi hissə komandirinə məruzə etsin.

2.9. Birləşmənin (hərbi hissənin) qərargah rəisi borcludur:

2.9.1. qərargahın zabitləri tərəfindən bölmələrin vəziyyətini yoxlamaq məqsədi ilə yoxlama planı tərtib etsin;

2.9.2. daima şəxsi heyətin sayını, maddi vəsaitlərin, silah və texnikaların varlığını və vəziyyətini bilsin və onların qeydiyyatının aparılmasını təşkil etsin;

2.9.3. naryaddan əvvəl hərbi hissə, NBM və qərargah növbətçilərini, həmçinin ezamiyyətə gedən bölmə komandirlərini (komanda böyüklərini) təlimatlandırsın, ezamiyyətə gedən komandaların nəzərdə tutulan əmlak və ləvazimatlarla təmin olunmasını yoxlasın;

2.9.4. üç ayda bir dəfədən az olmayaraq bilavasitə onun tabeçiliyində olan bölmələrdə maddi vəısaitlərin, silah və texnikaların və digər əmlakların varlığının, qorunub saxlanılmasını, qeydiyatını və texniki vəziyyətini yoxlasın.

2.10. Birləşmə (hərbi hissə) komandiri təhlükəsizlik tədbirlərinin təşkilinə və yerinə yetirilməsinə cavabdehdir.

2.11. O borcludur:

2.11.1. hərbi hissədə günün nizam qaydalarını müəyyən etsin və möhkəm daxili qayda-qanunun olmasını təşkil etsin;

2.11.2. silah, texnika və döyüş sursatları ilə işləyərkən, məşğələlər, təlimlər, atışlar keçirilərkən, həmçinin fövqəladə hadisələrdə xilasetmə işləri aparılarkən təhlükəsizlik tədbirlərini müəyyənləşdirsin və bu tədbirlərin şəxsi heyət tərəfindən ciddi yerinə yetirilməsini bölmə komandirlərindən və digər vəzifəli şəxslərdən tələb etsin;

2.11.3. döyüş hazırlığının gedişində və müxtəlif işlərin (təsərrüfat, təmir, tikinti və s.) yerinə yetirilməsi zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə tədbirlər planı və təlimatların işlənilib hazırlanmasını təşkil etsin;

2.11.4. şəxsən və yaxud öz müavinlərinin, xidmət və şöbə rəislərinin vasitəsi ilə şəxsi heyət tərəfindən müxtəlif şəraitlərdə texnika və silahların istismarı, təmiri və onlara texniki qulluğun göstərilməsi zamanı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi qaydalarının öyrənilməsini təşkil etsin;

2.11.5. tibb məntəqəsində hərbi qulluqçuların zədələnməsi hallarının qeydiyyatının aparılmasını, təhlil edilməsini və baş vermiş hər bir hadisə barədə xidməti araşdırmanın aparılmasını təşkil etsin (ölümlə nəticələnən hadisələri şəxsən özü araşdırsın);

2.11.6. zədələnmə və bədbəxt hadisələrin xəbərdar edilməsi üzrə tədbirlər planı işləyib hazırlasın;

2.11.7. il ərzində iki dəfədən az olmayaraq maddi vəsaitlərin, silah, texnika və qurğuların varlığını, vəziyyətini, qeydiyyat sənədlərinin aparılmasını, qorunub saxlanılmasını yoxlasın və yoxlamanın nəticələrini birləşmə (hərbi hissə) üzrə əmrlə elan etsin;

2.11.8. cinayət və bədbəxt hadisələrin xəbərdar edilməsi üzrə tədbirlər həyata keçirtsin, baş vermiş cinayət və bədbəxt hadisələr barədə araşdırma təyin etsin, bu barədə dərhal böyük komandirə (rəisə) məlumat versin və hərbi prokurorluğu xəbərdar etsin;

2.11.9. bütün yaşayış və qeyri-yaşayış binalarından, kazarma inventarından, və mebellərindən düzgün istifadə edilməsinə, hərbi hissənin ərazisinin təmiz saxlanılmasına nəzarət etsin və hərbi hissədə yanğından mühafizə tədbirlərinə riayət olunması tədbirlərinin həyata keçirilməsini təşkil etsin.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin