8. SƏYYAR ELEKTRİK STANSİYALARININ İSTİSMARI ZAMANI
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
8.1. Təhlükəsizlik tədbirləri:
8.1.1. stansiyanı işə salmazdan əvvəl onu torpaqlamaq;
8.1.2. elektrik enerjisini verməmişdən öncə stansiyanın müdafiə avtomatının sazlığını yoxlamaq;
8.1.3. stansiya ilə işləyərkən müdafiə geyimindən, ayaqqabısından və rezin əlcəkdən istifadə etmək ;
8.1.4. stansiya işləyərkən cihazların işinə nəzarət etmək;
8.1.5. stansiyanın müdafiə avtomatı işə düşdüyü halda dərhal stansiyanı söndürmək və nasazlığı aşkar edib aradan qaldırana kimi stansiyanı işə salmamaq;
8.1.6. hər dəfə stansiyanı işə salmazdan əvvəl bütün naqillərin birləşməsini və kabellərin etibarlı olmasını yoxlamaq.
8.2. Qadağandır:
8.2.1. torpaqlamadan stansiyanı işə salmaq;
8.2.2. stansiya işləyən zaman naqil birləşmələrinə əllə toxunmaq və onlar üzərində hər hansı bir təmir işini yerinə yetirmək;
8.2.3. stansiyaya qoşulmuş elektrik alətlərin (drel, kəsici, mişar və s.) nasazlıqların aradan qaldırılmasına, həmin alətləri şəbəkədən ayırmadan başlamaq;
8.2.4. tansiyaya birləşdirilmiş alətləri nəzarətsiz saxlamaq;
8.2.5. nasaz naqillərlə stansiyanı işə salmaq;
8.2.6. stansiyanın naqillərinin üstünə hər hansı bir kənar cisimləri qoymaq;
8.2.7. naqilin sazlığını qısaqapanma yolu ilə yoxlamaq;
8.2.8. maykada və qolları qatlaq paltarda işləmək.
Dostları ilə paylaş: |