4.3. Fövqəlada halların nəticələrin aradan qaldırılması zamanı təhlükəsizlik tədbirləri.
4.3.1. Hər bir xilasetmə əməliyyatına başlamazdan əvvəl hərtərəfli kəşfiyyat işləri aparılmalı və vəziyyət düzgün qiymətləndirilməlidir. Belə ki, düzgün aparılmayan kəşfiyyat işləri gizli təhlükə mənbələrinin aşkar edilməməsinə və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər.
4.3.2. Xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilər daima texniki təhlükəsizlik tələblərinə riayət etməlidirlər. Xilasetmə əməliyyatları keçirilən ərazilərdə xilasedicilərin təhlükəsizliklərini təmin etmək məqsədi ilə bütün lazımi tədbirlər həyata keçirməlidir. İlk növbədə xilasedici geyim dəstinin tələblərinə riayət etməlidir.
4.3.3. Xilasedicilər çox vaxt aşağıdakı səbəblərdən zədələnirlər:
4.3.3.1. binanın ayrı - ayrı hissələrinin vəziyyətinə nəzarətin zəif olmasından və işlərin düzgün aparılmaması nəticəsində hündürlükdən yıxılmalar zamanı;
4.3.3.2. çəpərlənməmiş quyulara , deşiklərə və çatlara düşmələr zamanı;
4.3.3.3. hündürlükdən müxtəlif əşyaların və alətlərin düşməsi zamanı;
4.3.3.4. ağır texnika ilə işləyən zaman operator və ya işləyənlərin diqqətsizliyindən (fikrin dağınıq olmasından);
4.3.3.5. müdafiə vasitələrindən (dəbilqə, bütün bədəni örtən iş geyimi, əlcək və s.) istifadə edilmədikdə.
4.3.4. Qadağandır:
4.3.4.1. zərurət olmadan dağılmış evlərə vəya tikililərə daxil olmaq;
4.3.4.2. uçqunlar altında hərəkət etmək;
4.3.4.3. dağılma ehtimalı olan binaların yaxınlığında yerləşmək və ya hər hansı işi yerinə yetirmək.
4.3.5. Xilasedici xilasetmə işlərini yerinə yetirərkən aşağıdakılara riayət etməlidir:
4.3.5.1. bütün iş prosesində başında örtük (şlem, dəbilqə) olmalıdır;
4.3.5.2. gözlərinin qorunması üçün eynək və ya üzə qoruyucu ekranı olan maska taxmalıdır;
4.3.5.3. bütün iş prosesində qoruyucu əlcəklərdən istifadə etməlidir;
4.3.5.4. yanğınlar zamanı bədəni mühafizə edən xüsusi odadavamlı qoruyucu forma geyinməlidir;
4.3.5.5. istifadə etdiyi qoruyucu ayaqqabı və ya uzunboğaz çəkmələrin altı sürüşkən olmamalıdır;
4.3.5.6. kəsmə və doğrama işlərini yerinə yetirərkən, şüşə və metaldan qopan zərrəciklərin nəfəs orqanlarına və gözlərinə düşməsinin qarşısını almaq məqsədilə qoruyucu eynəkdən, maskadan və respiratordan istifadə etməlidir.
Dostları ilə paylaş: |