4.6. Genişləndirici - ayırıcı (mexaniki, pnevmatik və hidravlik) alətlərlə işləyərkən təhlükəsizlik tədbirləri.
4.6.1. mexaniki alətlərlə işləyərkən:
4.6.1.1. genişləndiricinin ucluqları iş aparılacaq səthə təsir etmək üçün onu tam tutmalıdır (əhatə etməlidir). Əgər səthi tutarkən genişləndiricinin ucluqları sürüşürsə bu zaman icra olunacaq iş dayandırılmalı, alət əvvəlki (ilkin) vəziyyətinə qaytarılmalıdır;
4.6.1.2. alət elə yerləşdirilməlidir ki, hissə və fraqmentlərin əzilməsi iş aparılan obyektdən (nəqliyyat vasitəsindən) xaricə yönəlsin;
4.6.1.3. iş prosesində alətin təbii olaraq yerdəyişməsinin qarşısının alınmasının mümkün olmadığından paltar kəsilən material ilə alət arasında qaldıqda kəskinin işi dayandırılmalı və alət ilkin vəziyyətinə qaytarılmalıdır;
4.6.1.4. alətin linginə və ucluqlarına əl ilə toxunmaq qadağandır;
4.6.1.5. genişləndiricilər ilə iş başa çatdıqdan sonra onun təhlükəsiz vəziyyəti bərpa edilməlidir.
4.6.2. Hidravlik alətlərlərlə işləyərkən:
4.6.2.1. Hidravlik qayçı fırlanan tutacaq vasitəsi ilə hərəkətə gətirilməlidir. Kəsmək, sıxmaq, dartmaq, ülgücü açmaq və ya aləti genişləndirmək məqsədilə tutacaq saat əqrəbi istiqamətinin əksinə çevirilməlidir (döndərilməlidir). Texniki təhlükəsizlik məqsədilə alətin ülgücləri yarımörtülü vəziyyətdə saxlanılmalıdır. Onlar nə açıq nə də qapalı olmalıdır. Qayçı ilə işləyərkən qoruyucu vasitələrdən (əlcək və s.) istifadə edilməlidir. İş prosesi zamanı elektrik kabellərinin sazlığına diqqət yetirilməlidir. Alətdən istifadə etdikdən sonra alət təmizlənməli və onun ülgüc hissələri yağlanmalıdır.
4.6.2.2. Hidravlik domkratların bir dayaq nöqtəsi olduğundan dayaq üzərindən sürüşməsinin qarşısının alınması məqsədilə dayaq üzərinə etibarlı yerləşdirilməlidir.
4.6.2.3. Bu məqsədlə aşağıdakı texniki təhlükəsizlik qaydalarına riyət olunmalıdır:
-hidravlik domkrat elə yerləşdirilməlidir ki, onun idarə edilməsi rahat olmalı və eyni zamanda zərərçəkənlərin xilas edilməsinə maneçilik törətməməlidir;
-yükün dartılması və ya endirilməsi zamanı işi dayandırdıqda, əsas diqqət əl tutqacının vəziyyətinə yönəldilməli və əl tutqacı tələb olunan vəziyyətdə olmalıdır;
-domkratın hər iki dayaq nöqtəsi (yuxarı və aşağı hissələr) etibarlı yerləşdirilməlidir.
4.6.3. Hidravlik nasoslarla işlərkən qadağandır:
4.6.3.1. alətdən istifadə edərkən, alətlə nəqliyyat vasitəsi arasında dayanmaq;
4.6.3.2. sıradan çıxmış şlanqlardan istifadə etmək;
4.6.3.3. alət və nasosların yerini dəyişmək üçün şlanqlardan istifadə etmək;
4.6.3.4. hidravlik şlanqların üzərinə çıxmaq.
4.6.4. Hər dəfə alətlərdən istifadə edildikdən sonra onların üzərində aşağıdakı yoxlama işləri aparılmalıdır:
4.6.4.1. onların xarici görünüşlərində qüsurların yaranıb yaranmaması məqsədilə onlara xarici baxış keçirilməlidir:
4.6.4.2. kəsicinin tiyəsinə – ülgücünə;
4.6.4.3. genişləndiricilərin ucluqlarına;
4.6.4.4. domkratın başlığına:
4.6.4.5. funksional idarəetmə tutacaqları yoxlanılmalıdır;
4.6.4.6. əyilən şlanqlara baxış keçirilməlidir:
4.6.4.7. şlanqların xarici səthində kəsilmələrin, çatların və digər yaranmış qüsurların əmələ gəlməsi yoxlanılmalıdır;
4.6.4.8. şlanqların həddindən artıq əyilməsi və sınması yoxlanılmalıdır.
4.6.4.9.qayçının ağzı təmiz yuyulmalı, təmizlənməli və onu bağladıqda ucluqları üst-üstə oturmamalıdır; 4.6.4.10. ağzıqlar tozdan müdafiəedici qapaqlarla (örtüklərlə) örtülərək yerinə qoyulmalıdır;
4.6.5. alətlər təhlükəsiz vəziyyətdə (təzyiq altında olmadan) saxlanılmalıdır:
4.6.5.1. genişləndirici – ayırıcıların ucluqları azacıq açıq vəziyyətdə saxlanmalıdır;
4.6.5.2. domkratın plunjeri azacıq boşaldılmış vəziyyətdə olmalıdır;
4.6.5.3. kəsicilərdə ülgüc hissələr azacıq bir – birinin üstünə oturmalıdır.
4.6.5.4. xəbərdaredici və işin icrası haqqında tələb olunan yazılmış təlimat lövhələri oxunması mümkün və öz yerlərində düzgün yerləşdirilməlidir;
4.6.5.5. işə başlamazdan əvvəl nasosun yanacaq şənində (bakında) yanacağın olub-olmaması, bağlanan hissələrin etibarlılığı, yüksək təzyiqli nasosun qoşulma etibarlılığı, qoruyucu klapanda plombların mövcudluğu və onların təzyiqi yoxlanılmalıdır;
4.6.5.6. sərbəst gedişdə alətin işləməsi yoxlanılmalıdır;
4.6.5.7. nasazlıq yarandıqda dərhal təzyiq azaldılmalıdır.
4.6.5.8. pnevmatik alətlərlə işləyərkən:
4.6.6. Drellə işləyərkən dağılacaq və ya deşiləcək konstruksiya ilə alət perpendikulyar (900) olmalıdır. Bu halda burğunun sınma ehtimalı sıfıra bərabərdir. Həmçinin şurup fırlayanla işləyərkən alətin fırlanma anında qolla tətbiq olunacaq gücün nisbətinə fikir verilməlidir.
4.6.7. Drellə işləyərkən qadağandır:
4.6.7.1. dreli sutkada 6 – 10 saat saatdan çox işlətmək;
4.6.7.2. dişli patronun başqa alətlərlə açılması (xüsusi açarla açılmalıdır);
4.6.7.3. drellə işlərkən qoruyucu eynəkdən və əlcəkdən istifadə etməmək;
4.6.8. Motoperforator aləti ilə işləyərkən qoruyucu eynək, əlcək və dəbilqədən istifadə olunmalıdır.
4.6.9. Alət ilə işləyərkən toz yaranırsa nəfəs orqanlarını tozdan qorumaq üçün respirator geyinilməlidir.
4.6.10. Burğu aləti ilə işə başlamamışdan əvvəl burğuda çatların və qırıntıların olmamasına əmin olmaq üçün ona vizual baxış keçirilməlidir. Belə nasazlıqları olan burğularla işləmək qadağandır.
4.6.11. Pnevmatik alətlərdən və kompressor stansiyasından istifadə edərkən aşağıda göstərilən təhlükəsizlik tədbirlərinə riayət edilməlidir:
4.6.11.1. iş yalnız vibroqoruyucu əlcəklər və qoruyucu eynəklə yerinə yetirilməlidir;
4.6.11.2. kompressor stansiyası üfüqi meydançalarda yerləşdirilməli və təkərlərinin ön və arxa hissələrinə dayaq qoyulmalıdır (taxta, daş və s. əşya);
4.6.11.3. asetilen generatorları və sıxılmış qaz balonları işləyən kompressordan ən azı 10 metr kənarda yerləşdirilməlidir;
4.6.11.4. sındırıcı çəkicləri şlanqlara birləşdirməmişdən öncə onlar sudan, yağdan və tozdan sıxılmış hava ilə üfürülərək təmizlənməlidir;
4.6.11.5. sındırıcı çəkicdə olan piklərin və belləciklərin yağlanmasını, təmirini və dəyişdirilməsini yalnız kompressor stansiyasının maşinisti etməlidir;
4.6.11.6. pnevmatik alət saz vəziyyətdə olmalıdır, güclü təpmə olmamalı və onun işləyən hissələri yuvacıqlarda (vtulkalarda) möhkəm bərkidilməlidir;
4.6.11.7. alətin qulplarında olan klapanlar bağlı vəziyyətdə hava buraxmamalı, rahat açılmalı və bağlanmalıdır;
4.6.11.8. rezin şlanqlarının alətə birləşdirilməsi və ayrılması yalnız havanın verilməsi dayandırıldıqdan sonra yerinə yetirilməlidir;
4.6.11.9. yalnız alət iş vəziyyətinə gətirildikdən sonra havanın verilməsi dayandırılmalıdır;
4.6.11.10. pnevmatik alətin sərbəst gedişinə yol verilməməlidir;
4.6.11.11. pnevmatik alət yalnız sabit vəziyyətdə olduqda işlədilməlidir;
4.6.11.12. şlanqları çəkərkən, həmçinin xilasedicilərin şlanqlara birləşdirilmiş alətlər ilə hərəkəti zamanı şlanqların burulmamasına, bükülməməsinə və möhkəm çəkilməməsinə yol verilməməlidir;
4.6.11.13. konstruksiyanı parçalayanda xilasedicilər qoruyucu dəbilqələrdə, eynəklərdə və vibroqoruyucu əlcəklərdə işləməlidirlər.
4.6.12. Qadağandır:
4.6.12.1. kompressor stansiyasının havanın artıq təzyiqi ilə işləməsi;
4.6.12.2. kompressorun boş balonlar ilə işləməsi;
4.6.12.3. kompressoru açıq alov mənbəyinin və yanan qazların yanında yerləşdirilməsi;
4.6.12.4. şlanqları bilavasitə sıxılmış havanın magistralına birləşdirmək;
4.6.12.5. açıq alov yanında işlər aparmaq;
4.6.12.6. yük altında, dirəkdən sallanmış və sabit vəziyyətdə olmayan konstruksiyalarda və qaya qırıntılarında işləmək (onlar əvvəlcədən bərkidilməli və yaxud yerə endirilməlidirlər);
4.6.12.7. paltarın maşının fırlanan hissələrinə ilişməməsi üçün, yaxası açıq paltarla işləmək.
4.6.13. Dəmir-beton konstruksiyalarını və beton qırıntılarını parçalayarkən, qopan qəlpə və parçaların yanaşı işləyən xilasediciləri zədələməməsi üçün onlar arasında təhlükəsiz məsafə olmalıdır.
Dostları ilə paylaş: |