“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na e-müraciət üzrə inzibati reqlament
Ümumi müddəalar
Elektron xidmətin adı: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na e-müraciət.
Elektron xidmətin məzmunu: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün sənədlərin qəbulu “Elektron ərizə” formatında həyata keçirilir. Bu məqsədlə spesifik elektron ərizə forması hazırlanmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq nəticəsində məlumatların yerləşdirilməsi üçün xüsusi baza yaradılmışdır. Beynəlxalq təcrübədən istifadə edilərək, hazırlanan bu “Elektron ərizə”nin digər elektron ərizələrdən üstün cəhəti məhz ondadır ki, bu sistemdə ərizəçilər sənədləri nazirliyə təqdim etmək məqsədilə onlara münasib olan tarix və vaxtı özləri seçirlər, doldurulan elektron ərizənin bir nüsxəsi isə onların ərizədə göstərdiyi elektron poçt ünvanına göndərilir.
Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
Elektron xidmət göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Təhsil Nazirliyi.
Elektron xidmətin digər icraçıları: yoxdur
Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: tam
Elektron xidmətin icra müddəti: 2012-13 tədris ili üçün 112 gün (Hər tədris ilindən asılı olaraq dəyişir)
Elektron xidmətin göstərilməsinin nəticəsi: Müsabiqə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirakını təmin etmək.
Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
Elektron xidmətin təqdim olunma yeri: http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411
Elektron xidmət barədə məlumatlandırma: 146 nömrəli qaynar xətt, 4969113, www.edu.gov.az
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:
İAMAS - İdarələrarası avtomatlaşdırılmış məlumat- axtarış sistemi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestat və s) nömrəsini və ya onu identikləşdirməyə imkan verən digər rekvizitlər
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:
146 Qaynar xətt
Təhsil Nazirliyinə müraciət
Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar
İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciətin edilməsi heç bir qaydada məhdudlaşdırıla bilməz.
İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçiləri elektron ərizəni doldurduqdan sonra çap edərək imzalamalı
və digər sənədlərlə birgə seçdiyiniz vaxtda Təhsil Nazirliyində təsdiq edilməlidir.
Sorğunun formalaşdırılması: Təhsil nazirliyinin rəsmi İnterent səhifəsində nəzərdə tutulmuş formada həyata keçirilir.
Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
Sorğunun yerinə yetirilməsində imtina halları: Müvafiq sənədləri və elektron ərizədəki xanaları dolduraraq, məlumatları təsdiq etməli və ərizənizi nazirlikdə təsdiq etmək üçün sonrakı səhifədə verilən qəbul vaxtını müəyyən etməlisiniz. Əks təqdirdə, müraciətiniz qeydiyyata alınmayacaqdır.
Sorğunun qəbulu.
Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə ilə müraciət edib, qeydiyyatlarını Təhsil Nazirliyində təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.
Sorğunun icrası:
ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat;
Elektron ərizənin doldurulması və elektron ərizədəki sənədlərin təqdim olunmasında məsul şəxs istifadəçi özüdür;
Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yetirilmə müddəti;
Elektron ərizənin doldurulması müddəti 80 gündür
İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat;
Yoxdur.
Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası.
Qeydiyyatdan olan istifadəçinin şəxsi səhifəsinə bildiriş təqdim edilir.
Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan
proseslərə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir
nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Qaynar xətt (146) xidməti fəaliyyət göstərir.
Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət edə bilər.
İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron
xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada məhkəməyə şikayət verilə bilər.
Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3 Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.