Təsdiq edirəm: Kafedra müdiri “ ” 20 il Fənn proqramı (sillabusu) Kafedra

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 81.83 Kb.
tarix17.01.2017
ölçüsü81.83 Kb.
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( )

“___”____________20___ il


Fənn proqramı (sillabusu)

Kafedra: Yapışdırıcı materiallar və betonlar texnologiyası

Fənnin adı: Kompozisiya materialları

1. Fənn haqqında məlumat:

Kodu: ____________

Tədris ili: 2014/2015 semestr : I (yaz)

Fakültə: İnşaat texnologiyası

Qrup: 693 a

Tədris yükü: mühazirə - 60 saat, seminar (məşğələ)- __ saat,

laboratoriya 30 saat. Cəmi – 90 saat.

Kredit: _______

Auditoriya: № ________

Saat: ______


2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi t.e.n., dos., Quvalov Abbas Abdurəhman oğlu

Kafedranın ünvanı: Ayna Sultanova küçəsi 5

Məsləhət saatları: ________________

E-mail ünvanı: abbas-guvalov@mail.ru

İş telefonu: 539-10-25 (2-18)



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

  1. ХрулевВ.М. Технология и производства композиционных материалов для строительства Учеб. Пособие для строит.-техноло. Спец.вузов Уфа, 2001, 168 с.

  2. Кислицына Светлана Николаевна, Худяков Владислав Анатольевич, Современные композиционные строительные материалы" Издательство: Феникс, Высшее образование 2007 г. 224 с.

  3. Воробъев В.А., Андрианов Р.А. Технология полимеров. М., 1980.

  4. Воробъев В.А . Технология строительных материалов и изделий на основе пластмасс. М., 1974.

  5. Иванков Д. В., Фридман М. Л. Полипропилен. М., 1974.


4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


Kompozisiya materialları çoxfazalı sistem olub müxtəlif xassəli iki və daha çox komponentdən ibarətdir. Bir neçə ilkin komponentin rasional qarışdırılması nəticəsində verilmiş xassəli yeni materiallar alınır. Bu materialların xassələri ilkin komponentlərdən xərqlənsə də onların hər birinin özünəməxsus xüsusiyyətlərini saxlayır.

Kompozisiya materiallarının yaradılmasında məqsəd ilkin komponentlərə nisbətən onların bu və ya digər xassələri, o cümlədən mexaniki və fiziki yaxşılaşdırılmasından, həmçinin kimyəvi dayanıqlığının, uzunömürlülüyünün və s. artırılmasından ibarətdir. Eyni zamanda kompozisiya materiallarının tətbiqi ilə müxtəlif növ tullantılardan istifadə etməklə materialların maya dəyəri aşağı salınır.

Kompozisiya materiallarının yaradılması ideyası yeni deyil. Keçmiş zamanlarda gil və samandan ibarət olan materiallar tətbiq edilmişdir. Bu materialda gil yapışdırıcı rolunu, saman isə armatur rolunu oynayırdı. Tikintidə artıq çoxdandır ki, kompozisiya materialı kimi asbestsement tətbiq edilir. Bu materialda sement yapışdırıcısı matrisa rolunu, təbii lifli material olan asbest isə armatur rolunu oynayır.

Kimya sənayesinin inkişafı ilə əlaqədar olaraq yeni inşaat kompozisiya materialının (polimerbetonun) alınması imkanı yarandı. Bu materiallarda yapışdırıcı kimi müxtəlif sintetik qətranların tətbiqi onların bir sıra xassələrini ənənəvi mineral yapışdırıcılı betonlara nisbətən xeyli artırdı.

“Kompozisiya materialları” fənninin əsas məqsədi qeyri-üzvi, üzvi və qarışıq yapışdırıcılar əsasında kompozisiya materiallarının tərkibinin istehsalı, tətbiq sahələri və inkişaf perperspektivləri barədə məlumat verməkdən ibarətdir.

Mineral yapışdırıcılardan gips, əhəng, maqnezit, portlandsement, maye şüşə və kükürd, polimer yapışdırıcılardan karbomid-formaldehid, fenol–formaldehid, poliefir, furan epoksid poliuretan qətranları, həmçinin polietilen, polipropilen və polistirol əsasında olan kompozisiya materiallarının alınması, xassələri və tətbiqi verilmişdir.

Fənndə inşaatda tətbiq olunan kompozisiya materiallarının istehsalının bütün aspektlərini əhatə edir. Fəndə kompozisiya materialları istehsalı üçün xammallar, onların istehsalının əhatəsi, bərkimə mexanixmləri, komponenetləri, birgə istehsal imkanları geniş verilmişdir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1. Kompozisiya materialları haqqında anlayış Kompozisiya materialları haqqında ümumi məlumat. Kompozisiya materiallarının təsnifatı.

2

30.01.2015

1

Mövzu№2. Gips əsaslı kompozisiya materialları

Gips- sement – pussolan yapışdırıcısı. Gips-posa yapışdırıcısı və gips-əhəng yapışdırıcısı. Gips kompozisiya materiallarının xassələri və tətbiqi. Gips kompozisiyalarının bərkimə mexanizmi.



2

30.01.2015

2

Mövzu№3. Maqnezitli kompozisiya materialları Maqnezit kompozisiyaları və onların bərkimə mexanizmləri. Maqnezit kompozisiyası kimi fibrolit və ksilolitin xüsusiyyətləri və inşaat materialı kimi tətbiqi.

2

06.02.2015

2

Mövzu№4. Əhəng kompozisiya materialları

Əhəng əsasında klinkeersiz sement.



2

06.02.2015

3


Mövzu№5. Əhəng-pussolan kompozisiyasının

Əhəng-pussolan kompozisiyasının bərkiməsinin əsasları, xassələri və inşaat materialı kimi tətbiqi



2

13.02.2015

3

Mövzu№6. Əhəng kompozisiya materialları

Əhəng –posa yapışdırcısı, xassələri və tikintidə tətbiqi.



2

13.02.2015

4

Mövzu№7. Portlandsement əsaslı kompozisiyalar Mikrodolduruculu portlandsement kimi qumlu və karbonatlı portlandsementin xassələri və tətbiqi.

2

20.02.2015

4

Mövzu№8. Polifunksional beton

Betonun tərkibinin kəsilməzlik üsulu təyini.

Polifunksional betonun bərkiməsi və tikintidə tətbiqi.


2

20.02.2015



5

Mövzu№9. Yüngül beton, onun xassələri və tətbiqi

Penobeton. Qazabeton.




2

27.02.2015



5

Mövzu №10. Özüyerləşən betonlar

Onların alınması, xassələri və tətbiqi



2

27.02.2015

6

Mövzu№11. Üzvi, mineral və üzvi-mineral modifikatorlar

Onlarının özüyerləşən betonlarda rolu.



2

06.03.2015

6

Mövzu№12. Asbestsement kompozisiyaları

Asbestsement məmulatları. Asbestsementin bərkiməsi, xassələri və tətbiqi. Asbestsement boruları. Vərəq şəkilli asbestsement tavaları və onların örtük məmulatı kimi tətbiqi



2

06.03.2015

7

Mövzu№13. Maye şüşə əsasında beton və məhlullar

Maye şüşə əsasında olan betonların növləri. Natrium və ya kalium silikatlar maye şüşənin əsas komponentləri kimi. Maye şüşənin bərkimə prosesi. Maye şüşənin bərkiməsində istifadə edilən katalizatorlar.



2

13.03.2015

7

Mövzu№14. Maye şüşə əsasında alınan kompozisiyalar Onların tətbiq sahələri

2

13.03.2015

8

Mövzu№15. Qələvi-posa kompozisiyaları

Onların bərkiməsi və tətbiqi.



2

20.03.2015

8

Mövzu№16. Kükürd əsasında kompozisiya materialları

Kükürdlü kompozisiyalar. Kükürdlü inşaat məmulatları üçün materiallar: kükürd, kükürd tərkibli tullantılar, narın doldurucular, doldurucular, modifikasiya edici əlavələr.



2

20.03.2015

9

Mövzu№17. Kükürdlü və polimerkükürdlü betonlar Kükürdlə hopdurulmuş betonlar. Polimer kükürd əsasında kükürdlü betonlar.

2

27.03.2015

9,10

Mövzu№18. Sement polimerli betonlar

Betonların quruluşunu poimerlərlə modifikasiyası. Betonların xassələrinin polimerlərlə yaxşılaşdırılma üsulları.



4

27.03.2015

03.04.2015



10

Mövzu№19. Polietilen əsasında kompozisiyalar

Polietilenin alınması və kompozisiyalarda matrisa kimi tətbiqi.



2

03.04.2015

11

Mövzu№20. Polipropilen əsasında kompozisiyalar

Polipropilen əsasında kompozisiya materiallarının alınması və xassələri. Polipropilenin tətbiq sahələri




2

10.04.2015

11

Mövzu№21. Poliizobutilen əsasında kompozisiyalar

Onların tətbiq sahələri. Qoruyucu vərəq materiallar. Təbəqə materialları. Mastika və zamaskalar.



2

10.04.2015

12

Mövzu№22. Polistirol əsasında alınan kompozisiyalar

Tətbiqi.Tökmə məmulatlar. Preslənmiş məmulatlar. Ekstruziya məmulatları. Köpüklü polistirol.



2

17.04.2015

12

Mövzu№23. Polivinilxloridin alınması və kompozisiya materiallarının istehsalında tətbiqi

Polivinilxlorid əsasında alınan məmulatlar.



2

17.04.2015

13

Mövzu№24. Polivinilxlorid əsasında alınan preslənmiş məmulatlar.

Linolium və döşəmə üçün tavalar. Laylı plastiklər. Köpüklü və məsaməli polivinilxlorid. Perxlorvinil.



2

24.04.2015

13

Mövzu№25.Fenolformaldehid qətranı əsasında kompozisiyalar.

Fenolformaldehid qətranının alınması. Novolak və rezol qətranları.



2

24.04.2015

14

Mövzu№26. Fenolformaldehid qətranı əsasında yapışqanlar.

Novolak qətranı əsasında laklar.



2

01.05.2015

14

Mövzu№27. Aseton –formaldehid qətranları əsasında kompozisiyalar.

Aseton–formaldehid qətranının alınması, xüsusiyyətləri. Aseton–formaldehid kompozisiyalarının tətbiq sahələri.



2

01.05.2015

15

Mövzu№28. Aktilatlar əsasında kompozisiya materialları və onların tətbiqi.

Preslənmiş və tökmə məmulatlar. Öz-özünə bərkiyən plastmaslar. Örtüklər. Yapışqanlar.



2

08.05.2015

15

Mövzu№29. Polivinilasetat kompozisiyalar əsasında materiallar və onların tətbiqi.

Yapışqanlar. Sement və polivinilasetat əsasında kompozisiyalar.



2

08.05.2015


5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1, 2

Mövzu№1

Gips- sement – pussolan kompozisiyasınin fiziki-mexaniki xassələrinin təyini



4

27.01.2015 03.02.2015

3, 4

Mövzu№2

Əhəng-pussolan kompozisiyasının fiziki-mexaniki xassələrinin təyini



4

10.02.2015

17.02.2015



5, 6

Mövzu№3

Qumlu və karbonatlı portlandsementin xassələrinin təyini



4

24.02.2015

03.03.2015



7, 8

Mövzu№4

Özüyerləşən betonların hazırlanması və xassələrinin təyini



4

10.03.2015

17.03.2015



9, 10

Mövzu№5

Asbestsement və onun əsasında olan məmulatları xassələrinin təyini



4

24.03.2015

31.03.2015



11, 12

Mövzu№6

Döşəmə üçün lineliumun və tavaların sürtülməyə sınanılması



4

07.04.2015

14.04.2015



13, 14

Mövzu№7

Damüstü və hidroizolyasiya materiallarının sınanılması



4

21.04.2015

28.04.2015



15

Mövzu8

Mastikaların sınanılması



2

05.05.2015



    1. Fənn üzrə sərbəst işlərin mövzuları

№-si

Mövzunun adı

1

Kompozisiya materialları haqqında məlumat.

2

Gips kompozisiyalarının bərkiməsi

3

Maqnezitli kompozisiya materiallarının tətbiqi

4

Əhəng-pussolan kompozisiyasının bərkiməsinin əsasları

5

Üzvi, mineral və üzvi-mineral modifikatorlar

6

Maye şüşə əsasında alınan kompozisiyaların tətbiqi

7

Qələvi-posa kompozisiyalarının bərkiməsi

8

Radikal polimerləşmə

9

İonlarla polimerləşmə

10

Vinil spirti əsasında kompozisiyalar

11

Akril və metakril turşusu əsasında kompozisiyalar

12

Kumaron-indenli polimerlərin əsasında kompozisiyalar

13

Karbamid-formaldehid polimerləri əsasında kompozisiyalar

14

Poliefir polimerləri əsasında kompozisiyalar

15

Furan polimeri əsasında kompozisiyalar

16

Epoksid polimerləri əsasında kompozisiyalar

17

Furan qətranı əsasında kompozisiyalar

18

Epoksid qətranı əsasında əsasında kompozisiyalar

19

Poliuretan əsasında əsasında kompozisiyalar

20

Poliizobutilen əsasında əsasında kompozisiyalar

21

Silisium üzvi birləşmələr əsasında kompozisiyalar

22

Polivinilxlorid əsasında kompozisiyalar


6. Davamiyyətə verilən tələblər

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ Quvalov A.A.
_____”________________ 20__ il.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə